Həzrət Fatiməi-Zəhranın (əleyhasəlam) şəhadəti
- Tarixində 13 August 2022
- Saat 16:25
- Mətləbin print edilməsi
Xəbərin xülasəsi :
Hicri-qəməri 1443-cü il, cumadis-saniyə ayının 3-ü, miladi 2022-ci il yanvar ayının 6-ı Peyğəmbəri-Əkrəmin (sallallahu əleyhi və alih) ürək parası, qəlbinin meyvəsi, on bir məsum imamın anası, iki dünyanın Xanımı həzrət Fatimei-Zəhranın (əleyhasalam) şəhadət günüdürBismilləhir-Rahmənir-Rahim
Həzrət Fatiməi-Zəhranın (əleyhasəlam) şəhadətiHəzrət Fatimei-Zəhra əleyhasəlamın ziyarətnaməsi
السَّلامُ عَلَيْكِ يَا مُمْتَحَنَةُ امْتَحَنَكِ الَّذِي خَلَقَكِ فَوَجَدَكِ لِمَا امْتَحَنَكِ صَابِرَةً أَنَا لَكِ مُصَدِّقٌ صَابِرٌ عَلَى مَا أَتَى بِهِ أَبُوكِ وَ وَصِيُّهُ صَلَوَاتُ اللَّهِ عَلَيْهِمَا وَ أَنَا أَسْأَلُكِ إِنْ كُنْتُ صَدَّقْتُكِ إِلا أَلْحَقْتِنِي بِتَصْدِيقِي لَهُمَا لِتُسَرَّ نَفْسِي فَاشْهَدِي أَنِّي ظَاهِرٌ [طَاهِرٌ] بِوِلايَتِكِ وَ وِلايَةِ آلِ بَيْتِكِ صَلَوَاتُ اللَّهِ عَلَيْهِمْ أَجْمَعِينَ
Əssəlamu ələyki ya mumtəhənətum təhənəkilləzi xələqək, fəvəcədəki liməm təhənəki sabirəh, ənə ləki musəddiqun sabirun əla ma əta bihi əbuk, və vəsiyyuhu sələvatullahi ələyhima, və ənə əs`əluki in kuntu səddəqtuki illa əlhəqtini bitəsdiqi ləhuma litusərrə nəfsi, fəşhədi ənni zahirun bivilayətiki və vilayəti ali bəytik, sələvatullahi ələyhim əcməin.
Salam olsun sənə, ey imtahandan çıxan şəxs, Allah səni xəlq etdikdən sonra imtahan etdi və səni imtahanlar müqabilində səbirli gördü. Mən sənin uca məqamını təsdiqləyir, atan və onun canişininin (Allahın salamı olsun onlara) gətirdikləri müqabilində səbirliyəm. Biz səndən istəyirik ki, əgər səni təsdiq edənlərdən olsaq, mütləq bizim təsdiqimizi atan Rəsulullah (s) və onun canişini Əliyə (ə) çatdır ki, ürəyimi sevindirəsən. Şahid ol ki, mən ixlasla sənin və Əhli-beytinin (Allahın salamı olsun onların hamısına) vilayətinə sarılmışam.
Dualarınızda həzrət Fatimei-Zəhranın şiələrini unutmayın