Bəqi qəbiristanında müqəddəs məzarların dağıdılması

30 April 2024

06:01

۲۳

Xəbərin xülasəsi :
Hicri-qəməri 1445 – ci il şəvval ayının 8-i, miladi 2024-cü il aprel ayının 17-i müqəddəs Mədinə şəhərində yerləşən Bəqi və Uhud qəbiristanlığında milyonlarla Əhli-beyt (əleyhimussəlam) aşiqlərinin ziyarət etdikləri Məsum imamların və həzrət Həmzənin (əleyhimussəlam) müqəddəs qəbirlərinin daşürəkli vəhhabilər tərəfindən vəhşicəsinə dağıdılması tarixidir.
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Bəqi qəbiristanında müqəddəs məzarların dağıdılması


Hicri-qəməri 1445 – ci il şəvval ayının 8-i, miladi 2024-cü il aprel ayının 17-i müqəddəs Mədinə şəhərində yerləşən Bəqi və Uhud qəbiristanlığında milyonlarla Əhli-beyt (əleyhimussəlam) aşiqlərinin ziyarət etdikləri Məsum imamların və həzrət Həmzənin (əleyhimussəlam) müqəddəs qəbirlərinin daşürəkli vəhhabilər tərəfindən vəhşicəsinə dağıdılması tarixidir. Özlərini dindar və həqiqi müsəlman sayan geri qalmış vəhhabi tayfanın müqəddəs qəbirləri dağıtmaları səbəbləri, bəzi üzdəniraq alimlərin saxta və əsası olmayan əqidə və dini baxışlarına söykənir. 

Bu ürəkyandıran və qüssəli gün münasibəti ilə bütün qeyrətli müsəlmanlara başsağlığı deyir və mütərəqqi Əhli-beyt (əleyhimussəlam) məktəbi və haqq din tərəfdarlarının məzlumiyyəti barəsində möminlərin daha artıq agahlıq əldə etmələrini arzulayırıq.

Mütəəssib vəhhabilər hicri 1343-cü ildə müqəddəs Məkkə şəhərində həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) babası həzrət Əbdul-Müttəlibin, hörmətli əmisi Əbu Talibin, Qurani-kərimin “möminlərin anası” adlandırdığı Peyğəmbərin əziz xanımı həzrət Xədicənin qəbirlərini, həmçinin, həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) və həzrət Fatiməi-Zəhranın (əleyhasəlam) dünyaya gəldikləri evləri dağıdıb yerlə yeksan etmiş və Ciddə şəhərində həzrət Adəm peyğəmbərin zamanından saxlanmış anamız Həvva xanımın müqəddəs qəbrini və başqa qəbirləri və tarixi abidələri –dini əqidələr və inanclara uyğun olmamaq bəhanəsi altında – vəhşicəsinə dağıtmışlar. Məhz vəhhabilərin belə təsəvvürlərinə əsaslanan bəzi terrorist törəmələri hazırda müqəddəs İslam dinini bütün dünyada vəhşi və yırtıcı din kimi tanıtmaq istəyirlər.

Vəhhabilər müqəddəs Mədinə şəhərində bütün müsəlmanların ən böyük ziyarətgahı, həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) şərəfli məzarının günbədini top atəşinə tutmuş və bu şərəfli məzarı dağıtmaq istəyində olmuşlar. Lakin bir sıra müsəlman ölkələrin hədə-qorxusundan sonra şərafətli qəbrin dağıdılmasından çəkinmişlər. Buna baxmayaraq o zamandan indiyə qədər vəhhabi muftilərinin həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) müqəddəs qəbrini dağıtmaq arzuları açıq-aşkar olaraq mətbuatda dərc edilir.

Bu amansız və qarətgər dinsizlərin tarixi ilə daha geniş surətdə tanış olmaq üçün onların tarixini ətraflı şəkildə qeydə alan mötəbər kitabları mütaliə etməyi mömin bacı-qardaşlara tövsiyə edirik.

İlahi! Bütün insanlara, o cümlədən, müsəlmanlara sağlam düşüncə və təfəkkürə əsaslanan pak əqidə və saleh əməllər nəsib et, Amin!


Etiketlər :

Bəqi qəbiristanında müqəddəs məzarların dağıdılması