Həzrət Əbdul-Əzim Həsəninin vəfatı

15 June 2024

16:40

۵۹

Xəbərin xülasəsi :
Hicri-qəməri 1445-ci il şəvval ayının 15-i, miladi 2024-cü il aprel ayının 24-ü həzrət imam Həsən əleyhissəlamın alimlər nəslindən və Şah Əbdul-Əzim və Seyyidul-Kərim ləqəbi ilə məşhur olan cənab Əbdul-Əzim Həsəninin vəfat günüdür
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Həzrət Əbdul-Əzim Həsəninin (əleyhissəlam) vəfatı

Hicri-qəməri 1445-ci il şəvval ayının 15-i, miladi 2024-cü il aprel ayının 24-ü həzrət imam Həsən əleyhissəlamın alimlər nəslindən və Şah Əbdul-Əzim və Seyyidul-Kərim ləqəbi ilə məşhur olan cənab Əbdul-Əzim Həsəninin vəfat günüdür.

Mərhum Şeyx Səduq bu alimin hədisləri məcmusunu “Camei əxbari Əbdul-Əzim” ünvanı ilə toplamışdır. Cənab Əbdul-Əzim Həsəni həzrət imam Rza (əleyhissəlam), imam Cavad (əleyhissəlam) və imam Hadi əleyhissəlamın yaşadıqları illərdə yaşamış və edilən nəqllərə əsasən əqidəsinin düzgünlüyünə əmin olmaq niyyəti ilə öz əqidəsini və imanını həzrət imam Hadi əleyhissəlama təqdim etmiş və o Həzrətin dövründə də vəfat etmişdir.

Həzrət Əbdul-Əzim Həsəninin hərəmi Rey şəhərində Əhli-Beyt (əleyhimussəlam) sevərlərinin ziyarətgahıdır. Bəzi hədislərdə o cənabın ziyarətinin savabı həzrət imam Huseynin (əleyhissəlam) ziyarətinə bərabər sayılmışdır.

Həzrət Əbdul-Əzim Həsəni hicri-qəməri 173-cü il rəbius-sani ayının 4-ü, müqəddəs Mədinə şəhərində dünyaya gəlmiş və 252-ci il şəvval ayının 15-i, 79 yaşında vəfat etmişdir.

 Bu böyük şəxsiyyət və hədis aliminin vəfat gününü bütün Əhli-Beyt (əleyhimussəlam) sevərlərinə təsəlli və başsağlığı deyirik.



Etiketlər :

Həzrət Əbdul-Əzim Həsəninin (əleyhissəlam) vəfatı