Həzrət Fatimei-Zəhra əleyhasəlam siddiqə və şəhidədir
25 November 2024
03:13
۳۰۶
Xəbərin xülasəsi :
آخرین رویداد ها
-
Həzrət Fatiməi-Zəhranın (əleyhasəlam) şəhadəti
-
Həzrət Zeynəbi-Kubra əleyhasəlamın təvəllüdü
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) qısa ziyarətnaməsi
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) vəfatı
-
Həzrət imam Həsən Əsgərinin (əleyhissəlam) təvəllüdü
-
Həzrət Ayətullah Fazel Lənkəraninin əhli-sünnə cümə və camaat imamları ilə toplantısında verdiyi açıqlamalar
Bismilləhir-Rahmənir-Rahim
Həzrət Fatimei-Zəhra əleyhasəlam siddiqə və şəhidədir
Həzrət imam Kazim əleyhissəlam buyurur:
» إِنَّ فَاطِمَةَ (علیها السلام) صِدِّیقَةٌ شَهِیدَةٌ«
“Həqiqətən, Fatimei-Zəhra (əleyhasəlam) siddiqə idi
və şəhid oldu...”[1]
Allah yolunda cihad etmək iki növdür; ibtidai və difai.
İbtidai cihad odur ki, Allah tərəfindən imaməti və vilayəti olan din rəhbərinin, ya onun tərəfindən təyin edilən şəxsin hökmü ilə İslam düşmənlərinə qarşı cihad hökmü verilsin.
Amma difai, yəni müdafiə xarakterli cihad, İslamda müqəddəs olan hər bir məsələni qorumaq və onun müdafiəsi üçün səfərbər olmaqla baş verə bilər. İslam dininin ən mühüm məsələləri və hökmlərinin icra edilməsi İmamət və vilayət məqamına bağlı olduğu üçün bu məqamı müdafiə etmək, ən
üstün cihad növüdür. Şərait qarşıya gəldikdə müdafiə cihadı bütün müsəlmanlara
lazım olur, qadın və kişi şərt deyil.[2]
Həzrət Fatimei-Zəhra əleyhasəlam Rəsuləllahın (sallallahu əleyhi və alih) vəfatından bilafasilə sonra müsəlmanlar arasında nifaq və ədavət səbəbinə baş qaldıran və dinin mahiyyətini təğyir verməyə qadir olan təhlükənin qarşısını vaxtında almışdır. O, cəmiyyətin inadkar qüvvələrinin yaratdıqları bütün çətinliklərə baxmadan Allah-taalanın müqəddəs İmamət və vilayət məqamını müdafiə etmiş və bu yolda şəhid olmuşdur.