Həzrət Ummul-bənin əleyhasəlamın vəfatının ildönümü
25 November 2024
02:59
۲۶۴
Xəbərin xülasəsi :
آخرین رویداد ها
-
Həzrət Fatiməi-Zəhranın (əleyhasəlam) şəhadəti
-
Həzrət Zeynəbi-Kubra əleyhasəlamın təvəllüdü
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) qısa ziyarətnaməsi
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) vəfatı
-
Həzrət imam Həsən Əsgərinin (əleyhissəlam) təvəllüdü
-
Həzrət Ayətullah Fazel Lənkəraninin əhli-sünnə cümə və camaat imamları ilə toplantısında verdiyi açıqlamalar
Həzrət Ummul-bənin əleyhasəlamın vəfatının ildönümü
Hicri-qəməri 1443-cü il cumadis-saniyə ayının
13-ü, miladi 2022-ci il yanvar ayının 16-ı Kərbəlada imam Huseyn əleyhissəlamın
vəfalı döyüş yoldaşlarının sərkərdəsi həzrət Əbulfəzl Abbas və digər üç şəhid qardaşının
(əleyhimussəlam) əziz anası Xanım Ummul-bənin əleyhasəlamın vəfat gününün
ildönümüdür. Bu qəmli gün münasibətilə İmam Sahib əz-zaman əleyhissəlama və
bütün mömin və möminə bacı-qardaşlara təsəlli və başsağlığı deyirik.
Həzrət Ummul bənin əleyhasəlamın əsl adı Fatimə
bint Hizamdır. Həzrət Əli ibn Əbi Talib (əleyhissəlam) Xanım Fatiməi-Zəhra əleyhasəlamın
şəhadətindən bir müddət sonra Xanım Ummul bənin ilə ailə qurmuşdur.
Tarixdə igidliklə tanınmış həzrət Abbas (əleyhissəlam) bu ananın tərbiyəsi
ilə böyüyüb boya-başa çatmışdı. Onun dörd oğlunun hamısı Kərbəlada şəhid
oldular. Bu dörd qəhrəman oğulun şəhidlik xəbəri anaya çatanda təbii olaraq qəlbi
yandı və xüsusən oğlu Abbas (əleyhissəlam) üçün göz yaşı axıtdı. Ancaq ruhiyyəsi
o qədər güclü idi ki, bir şer dedi:
“Ey igid oğlum Abbası atası kimi düşmənlərə hücum etdiyini görən kəs!
Eşitmişəm ki, oğlum Abbasın əlləri kəsildikdən sonra başına dəmir əmud
vurub yarıblar.
Əlinin (ə) övladlarının hamısı şücaət cəngəlliyinin şirləridirlər.
Əgər oğlumun əli olsaydı, kim döyüşmək üçün cürət edib ona yaxınlaşa bilərdi?”
Bir daha bu hüzn və kədər dolu gün münasibətilə Əhli-beyt əleyhimussəlam məktəbinin davamçılarına, xüsusən əziz Azərbaycanlı mömin bacı-qardaşlara təsəlli deyirik!
Allah-taala bütün möminləri Əhli-beytin əleyhimussəlam kədər və qəminə şərik etsin, inşa Allah!
İnna lillah və inna iləyhi raciun!