Həzrət Ummul-bənin əleyhasəlamın vəfatının ildönümü

26 April 2024

04:40

۲۳۲

Xəbərin xülasəsi :
Hicri-qəməri 1443-cü il cumadis-saniyə ayının 13-ü, miladi 2022-ci il yanvar ayının 16-ı Kərbəlada imam Huseyn əleyhissəlamın vəfalı döyüş yoldaşlarının sərkərdəsi həzrət Əbulfəzl Abbas və digər üç şəhid qardaşının (əleyhimussəlam) əziz anası Xanım Ummul-bənin əleyhasəlamın vəfat gününün ildönümüdür
آخرین رویداد ها
Bismilləhir-Rahmənir-Rahim

Həzrət Ummul-bənin əleyhasəlamın vəfatının ildönümü

Hicri-qəməri 1443-cü il cumadis-saniyə ayının 13-ü, miladi 2022-ci il yanvar ayının 16-ı Kərbəlada imam Huseyn əleyhissəlamın vəfalı döyüş yoldaşlarının sərkərdəsi həzrət Əbulfəzl Abbas və digər üç şəhid qardaşının (əleyhimussəlam) əziz anası Xanım Ummul-bənin əleyhasəlamın vəfat gününün ildönümüdür. Bu qəmli gün münasibətilə İmam Sahib əz-zaman əleyhissəlama və bütün mömin və möminə bacı-qardaşlara təsəlli və başsağlığı deyirik.

Həzrət Ummul bənin əleyhasəlamın əsl adı Fatimə bint Hizamdır. Həzrət Əli ibn Əbi Talib (əleyhissəlam) Xanım Fatiməi-Zəhra əleyhasəlamın şəhadətindən bir müddət sonra Xanım Ummul bənin ilə ailə qurmuşdur.

Tarixdə igidliklə tanınmış həzrət Abbas (əleyhissəlam) bu ananın tərbiyəsi ilə böyüyüb boya-başa çatmışdı. Onun dörd oğlunun hamısı Kərbəlada şəhid oldular. Bu dörd qəhrəman oğulun şəhidlik xəbəri anaya çatanda təbii olaraq qəlbi yandı və xüsusən oğlu Abbas (əleyhissəlam) üçün göz yaşı axıtdı. Ancaq ruhiyyəsi o qədər güclü idi ki, bir şer dedi:

“Ey igid oğlum Abbası atası kimi düşmənlərə hücum etdiyini görən kəs!

Eşitmişəm ki, oğlum Abbasın əlləri kəsildikdən sonra başına dəmir əmud vurub yarıblar.

 
Əlinin (ə) övladlarının hamısı şücaət cəngəlliyinin şirləridirlər.

Əgər oğlumun əli olsaydı, kim döyüşmək üçün cürət edib ona yaxınlaşa bilərdi?”

Bir daha bu hüzn və kədər dolu gün münasibətilə Əhli-beyt əleyhimussəlam məktəbinin davamçılarına, xüsusən əziz Azərbaycanlı mömin bacı-qardaşlara təsəlli deyirik!

Allah-taala bütün möminləri Əhli-beytin əleyhimussəlam kədər və qəminə şərik etsin, inşa Allah!

İnna lillah və inna iləyhi raciun!



Etiketlər :

Həzrət Ummul-bənin əleyhasəlamın vəfatının ildönümü