Ailədə xeyir-bərəkət artımına nail olmaq

25 November 2024

03:15

۲۵۳

Xəbərin xülasəsi :
Allah-taala müqəddəs Quranda buyurur:“Əgər insanlar iman gətirib, müttəqi olsaydılar şübhəsiz, yerdən və göydən onlara bərəkət qapıların açardıq...”

آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Ailədə xeyir-bərəkət artımına nail olmaq

Allah-taala müqəddəs Quranda buyurur:

وَلَوْ أَنَّ أَهْلَ الْقُرَى آمَنُوا وَاتَّقَوْا لَفَتَحْنَا عَلَيْهِمْ بَرَكَاتٍ مِنَ السَّمَاءِ وَالْأَرْضِ

“Əgər insanlar iman gətirib, müttəqi olsaydılar şübhəsiz, yerdən və göydən onlara bərəkət qapıların açardıq...”[1]

Bərəkət sözü, sabit və dəyişməz bəxşişlərə deyilir. Bu sözün mənasında xeyir və artım vardır və insanın ömründə, elmində, var-dövlətində və s. olan maddi-mənəvi xeyirlərə bərəkət deyilir. Ayədə məqsəd, yağış vasitəsilə yer üzündə hasil olan məhsulların və heyvandarlığın inkişafı, eləcə də əmin-amanlıq və salamatlıq nəzərdə tutulur.

Allah-taala bu mübarək ayədə insanlara bərəkətin bəxşiş edilməsi üçün ancaq imanlı olmağı deyil, təqvalı olmağı da lazım bilir. Məlum olur ki, İlahi dinlər insanların dünya və axirət səadətlərin istəyir. Əgər imanlı və təqvalı olsaq,  mütləq bərəkət də əldə ediləcək. Amma bunlardan biri olsa və digəri olmasa, necə? Məsələn, təqva olsun, lakin iman olmasın, yəni bir kəs Allaha imanlı olmasın, Onun ibadət və itaətin etməsin amma əməlləri təqvalı olsun; sədaqətli olsun, təmiz yaşasın, halal kəsb etsin, günah etməsin və s. Bunun cavabı belədir ki, imansız əməl Allah yanında qəbul deyil. Lakin təbii ki, insanın günahlardan uzaq olması səbəbinə əzabı da yüngül olacaq. Amma imanı olsa və təqvası olmasa necə? Əgər günahlar insanın imanını aradan aparmasa, tövbə etsə, ya şəfaət olunsa və bağışlansa, nicat tapacaq. Qeyri halda günahlarının miqdarında dünya və Axirətdə giriftar olacaq.


[1] Əraf surəsi, ayə 96


Etiketlər :

Ailədə xeyir-bərəkət artımına nail olmaq