Həzrət İmam Baqir əleyhissəlamın təvəllüdü

25 November 2024

01:06

۲۴۹

Xəbərin xülasəsi :
Hicri-qəməri 1443-cü il, rəcəb ayının 1-i, miladi 2022-ci il, fevral ayının 3-ü imamət və vilayət səmasının beşinci parlaq günəşi həzrət imam Baqir əleyhissəlamın təvəllüd günüdür
آخرین رویداد ها

Bismillahir-Rahmənir-Rahim

Həzrət İmam Baqir əleyhissəlamın təvəllüdü

Hicri-qəməri 1443-cü il, rəcəb ayının 1-i, miladi 2022-ci il, fevral ayının 3-ü  imamət və vilayət səmasının beşinci parlaq günəşi həzrət imam Baqir əleyhissəlamın təvəllüd günüdür. Mübarək rəcəb ayının ilk günü ilə müvafiq olan bu böyük sevinc gününü öncə həzrət Sahib əz-Zaman əleyhissəlama (Allah-təala o həzrətin zühurunu tezləşdirsin), sonra Əhli-Beyt (əleyhimussəlam) aşiqlərinə təbrik və gözaydınlığı deyirik. Bütün haqsevən insanlara bu bərəkətli və əzəmətli rəcəb ayında cismi və mənəvi sağlamlıq, düzgün əqidə, izzət və başıucalıq, İlahinin dərgahına yaxınlıq diləyirik.

İmam Baqir əleyhissəlamın həyatı barədə qısa məlumat

Həzrət imam Baqir (əleyhissəlam) hicrətin əlli yeddinci ilində Mədinə şəhərində dünyaya gəlmişdir.[1] Atası İmam Zeynül-abidin əleyhissəlamın vəfatı vaxtı Həzrətin otuz yeddi, yaxud otuz səkkiz yaşı var idi. Adı Muhəmməd, künyəsi Əbu Cəfər, ləqəbləri Baqir, Baqirul-ulum olmuşdur. Anası imam Həsən əleyhissəlamın qızı Ümmü Abdullah olmuşdur. Buna görə də, imam Baqir (əleyhissəlam) həm ata, həm də ana tərəfdən həzrət Əli (əleyhissəlam) və xanım Zəhranın (salamullahi əleyha) nəslinə yetişən ilk şəxs olmuşdur. İmam Baqir (əleyhissəlam) hicrətin yüz on dördüncü ilində Mədinə şəhərində vəfat etmiş,[2] məşhur Bəqi` qəbiristanlığında atası və babasının qəbirləri kənarında dəfn edilmişdir. O Həzrətin imamət dövrü on doqquz, ya da iyirmi il olmuşdur.

Həzrət Baqir əleyhissəlamdan bir hədis:

لا یکونُ اَلعَبدُ عالِماً حَتّی لا یکونَ حاسِداً لِمَن فَوقَهُ و لا مُحَقِّراً لِمَن دُونَهُ

“Allah bəndəsi yalnız o zaman alim məqamına yetişər ki, özündən yüksəkdə olan şəxsə həsəd etməsin və özündən aşağı olan şəxsi də təhqir edib kiçiltməsin.”[3]


[1] “Usuli-kafi”, mərhum Şeyx Kuleyni, 1-cild, səh. 469; “Əl-İrşad”, mərhum Şeyx Mufid, səh. 262; “Ə`` lamul-Vəra”, mərhum Təbərsi, səh. 264

[2] Həmin mənbələr.

[3] Tuhəful-uqul, səh. 293


Etiketlər :

İmam Baqir əleyhissəlamın həyatı barədə qısa məlumat