Həzrət Zeynəb-Kubra əleyhasəlamın İlahi maarifindən bir damla
24 November 2024
10:56
۲۹۳
Xəbərin xülasəsi :
-
Həzrət Fatiməi-Zəhranın (əleyhasəlam) şəhadəti
-
Həzrət Zeynəbi-Kubra əleyhasəlamın təvəllüdü
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) qısa ziyarətnaməsi
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) vəfatı
-
Həzrət imam Həsən Əsgərinin (əleyhissəlam) təvəllüdü
-
Həzrət Ayətullah Fazel Lənkəraninin əhli-sünnə cümə və camaat imamları ilə toplantısında verdiyi açıqlamalar
"مَا رَأَیْتُ إلّا جَمِیلاً"
“Gözəllikdən başqa heç nə görmədim”.[1]
Bu cümlə hər bir etiqadlı alim və düşüncə sahibini fikrə vadar edir. Görəsən, Xanım Zeynəb (əleyhasəlam) həzrət imam Huseyn əleyhissəlamın zahiri məğlubiyyətini, Kərbəla səhrasında düşmənin vəhşicəsinə qətlə yetirdiyi ən layiqli insanların şəhadətini, ağıldan, dindən, mərifətdən və insanlıqdan xəbərsiz olan zalımların Peyğəmbər (sallallahu əleyhi və alih) Əhli-beytinin üzvlərini qətlə yetirməklə fərəhlənməyini, insanı taqətdən salan bu əsirliyi və ağır müsibətləri görə-görə nə üçün belə vəsf edir?
Bir cavabı budur ki, Allahın həqiqi canişinləri və İlahi xəlifələr şübhəsiz bütün kamal sifətlərində Allah-taalanın yer üzündə məzhəri və cilvəsidirlər. İlahi müqəddərata razı və onların həyata keçməsi üçün cəhd edib çalışandırlar. Peyğəmbər (sallallahu əleyhi və alih) və Əhli-beyt (əleyhimussəlam) İlahi xəlifələrin ən bariz nümunələridir. Onlar, insanın Allah tərəfindən təyin olunmuş vəzifəyə dəqiqliklə əməl etməklə və heç bir səhvə yol vermədən öhdəsinə qoyulan məsuliyyəti sona yetirməklə dünya və axirət səadətinə nail olmasından xəbərdardırlar.
Allah-taala müqəddəs Quranda dönə-dönə insanı şeytanın məkr və hiyləsindən xəbərdar edir və şeytanın dəstəsinə tabe olmaqdan çəkindirir. Təəssüflər olsun ki, illər ötdükcə insan Allahın bu ayələrini və ciddi tövsiyələrini unudur, hətta bir sıra zahiri xeyir və mənfəət təsiri altına düşərək bəzən çirkin və şeytani əməllərlə iftixar da edir. Ona görə də Quran ayələri şeytani sifətləri və əməlləri çox dəqiqliklə bəyan etməklə bəndələri pis və nalayiq işlərdən çəkindirir. Demək, bu ayələrdən insan hər nə qədər doğru dərs alsa, bir o qədər inhirafdan amanda qalar. Quranın möcüzə olmasını sübut edən cəhətlərdən biri də onun insan səadətini dəqiqliklə təmin edən dərsləri və ibrətləridir. Bu dərslər və ibrətlər hər nə qədər duyulan və dərk edilən olsa, İlahi məqsədə daha uyğun və müvafiq olacaqdır. Odur ki, Allah-taala müqəddəs kitabında hətta kiçik böcəyi belə misal gətirməkdən çəkinmir və insanları hər bir mümkün yol ilə şeytana tabe olmaqdan uzaqlaşdırır.
Ənbiya, övliya və İlahi xəlifələr Allahın adlarının təzahürü və təcəllisidirlər. Kərbəlada əgər imam Huseyn əleyhissəlamın simasında ən yüksək mənəvi və maddi cilvələri görürüksə, ona görədir ki, o Həzrət Allahın hökmlərini təsvirə çəkmiş və tarixin ibrətamiz səhnələrini olduqca dəqiq və gözəl təcəssüm etmişdi. Məhz bu dəqiqlik və gözəllik səbəbinə hər bir mərifət sahibi bu səhnələrdən çox böyük dərslər və ibrətlər alır. Əgər Kərbəlada imam Huseynin (əleyhimussəlam) dəstəsində vəsfəgəlməz vəfadarlıq, şücaət, comərdlik, sədaqət, səbir, dözüm, istiqamət və müqavimət kimi insani dəyərləri görürüksə, həmçinin düşmən cərgəsində xəyanət, dünyaya hərislik, namərdlik, yalan və digər şeytani sifətləri son dəqiqliklə müşahidə ediriksə, bunlar Allahın insan üçün əbədi faydalana bilməsi və həyatdan böyük dərslər alması baxımdan olduqca gözəl səhnələrdir. Aşura gününün səhnələri bəşərin təlim-tərbiyəsi üçün Allahın hər cəhətdən tam və dəqiqliklə təsvirə aldığı bir əsərdir. Bu əsər həqiqətən gözəldir və onun istər müsbət, istərsə də mənfi simalarının heç bir əvəzi və analoqu yoxdur. Bu əsərin İlahi cəbhəsində həm altıaylıq körpə Əli Əsğər (əleyhissəlam), həm də səksən yaşlı Həbib ibn Muzahir öz müxatəblərinə ən gözəl dərsləri təlim verir. Həmçinin, şeytani cəbhədə olan hər bir qəddar, zalım, xain və nalayiq insan öz rəzil sifəti ilə ən yüksək dərəcədə durur və onun mənfi rolunu başqası ilə əvəz etmək mümkün deyil.
والسلام علیکم و رحمه الله و برکاته
[1] əl-Luhuf, Seyyid ibn Tavus, səh. 94