Həzrət Musa ibn Cəfərin (əleyhiməssəlam) şəhadəti

24 November 2024

23:33

۲۷۸

Xəbərin xülasəsi :
Hicri-qəməri 1443-cü il rəcəb ayının 25-i, miladi 2022-ci il fevralın 27-i imamət və vilayət səmasının yeddinci parlaq ulduzu Cəfəri (əleyhissəlam) məzhəbinin qoruyucusu, həzrət imam Musa ibn Cəfərin (əleyhiməssəlam) şəhadət günüdür
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Həzrət imam Musa ibn Cəfərin (əleyhiməssəlam) şəhadəti

Hicri-qəməri 1443-cü il rəcəb ayının 25-i, miladi 2022-ci il fevralın 27-i imamət və vilayət səmasının yeddinci parlaq ulduzu Cəfəri (əleyhissəlam) məzhəbinin qoruyucusu, həzrət imam Musa ibn Cəfərin (əleyhiməssəlam) şəhadət günüdür.

Bu böyük müsibəti ilk növbədə Peyğəmbər və Ali Peyğəmbərə (sallallahu əleyhi və alih), xüsusən əza sahibi həzrət Sahib əz-Zamana (Allah onun zühurunu tezləşdirsin) və həmçinin Əhli-beyt (əleyhimussəlam) məktəbinin istəkli davamçılarına təsəlli və başsağlığı deyirik.

Ümid edirik bütün əzizlər bu qəmli-qüssəli gündə əqidəmizə uyğun şəkildə Əhli-beytin (əleyhimussəlam) və xüsusi olaraq həzrət imam Musa Kazimin (əleyhissəlam) xatirəsinin əzəmətlə yad edilməsində səyi göstərsinlər və o Həzrətin dürəfşan kəlamlarından faydalanmaqla özlərinə pak və ürəkaçan həyat yolu tutsunlar, inşa Allah...

Həzrət Musa ibn Cəfər (əleyhiməssəlam) buyurub:
. تَفَقَّهوا فی دینِ الله فإنَّ الفقه مفتاحُ البَصیرة، وتَمامُ العِبادة و السّببُ إلی المنازل الرفیعة و الرُّتبِ الجَلیلة فی الدین و الدنیا، و فَضلُ الفَقیه علی العابد کَفَضلِ الشمسِ علی الکواکب و مَن لَم یَتَفَقَّه فی دینهِ لَم یَرضَ اللهُ لهُ عملاً

“Allahın dinini dərindən dərk edin və fiqhə yiyələnin, ona görə ki, fiqh və dini dərindən düşünüb dərk etmək səbəbinə bəsirətin açarına, ibadətin kamalına, dünya və axirətdə şərəfli və yüksək məqamlara nail olurlar. Fəqihin abidə nisbət fəziləti və üstünlüyü günəşin ulduzlara nisbət fəziləti kimidir. Hər kəs dinini elmi əsaslarla öyrənməsə və dərindən dərk etməsə, Allah-taala onun heç bir əməlindən razı olmaz.”

Mənbə: Tuhəful-uqul, səh. 410


Etiketlər :

Həzrət imam Musa ibn Cəfərin (əleyhiməssəlam) şəhadəti