Həzrət Əli əleyhissəlam Rəsulullahın canı və vücududur

24 November 2024

23:02

۲۸۲

Xəbərin xülasəsi :
Allah-taala “Mübahilə” ayəsində həzrət Əlini (əleyhissəlam) həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) canı və vücudu kimi tanıtdırır
آخرین رویداد ها
Bismilləhir-Rahmənir-Rahim

Həzrət Əli əleyhissəlam həqiqətdə Rəsulullahın (sallallahu əleyhi və alih) canı və vücududur

Möhtəşəm “Məfatihul-cinan” kitabının müəllifi mərhum Şeyx Abbas Qumi deyir: “Bir sual yarana bilər ki, nə üçün hədislərdə həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) mövlud və məbəs günlərində həzrət Əmirəl-möminin əleyhissəlamın ziyarətnaməsinin oxunması qeyd olunmuşdur!? Amma peyğəmbərin öz ziyarətnaməsini oxumaq qeyd olunmamışdır!? (Mən bu sualı öz ifadəmlə belə bəyan edirəm ki, nə üçün zahirdə həzrət Peyğəmbərə (sallallahu əleyhi və alih) məxsus olan “mövlud və məbəs günləri kimi münasibətlərdə əziz Peyğəmbərin ziyarətindən daha çox həzrət Əlinin (əleyhissəlam) ziyarət edilməsinə təkid olunur?)
Bu sualın cavabı, o iki İlahi şəxsiyyətin bir-birlərinə olduqca yaxın olmasında və onların vahid, pak nurdan vücuda gəlmələridir. Hər kəs Əmirəl-möminini ziyarət etsə, sanki Peyğəmbəri ziyarət etmişdir. Bu məsələyə “Mübahilə” ayəsindəki “ənfusəna” (özümüz) kəlməsi şahiddir. (Yəni Allah-taala “Mübahilə” ayəsində həzrət Əlini (əleyhissəlam) həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) canı və vücudu kimi tanıtdırır.)
Həmçiniin bir çox hədislər buna şahiddir. Şeyx Məhəmməd ibni Məşhədi bir hədisdə İmam Sadiqinleyhissəlam) belə buyurduğunu yazır: “Badiyənişin bir ərəb Peyğəmbərin (sallallahu əleyhi və alih) hüzuruna müşərrəf olur və deyir: “Ya Rəsulullah, mənim evim buradan çox uzaqdadır. Mən sizi ziyarət etmək məqsədi ilə gəlirəm, amma mənə sizinlə görüşmək qismət olmur. Əvəzində mən həzrət Əli ibni Əbu Talibi ziyarət edirəm. O, mənə hədis oxuyur, nəsihət verir və məni moizə edir. Mən də sizi görməmiş, kor-peşman qayıdıram evimə. Peyğəmbər (sallallahu əleyhi və alih) buyurdu: “Hər kim Əlini ziyarət eləsə, elə bil mənim özümü ziyarət etmişdir. Hər kəs onu sevsə, elə bil məni sevmişdir. Hər kəs onunla düşmənlik eləsə, elə bil mənimlə düşmənlik etmişdir. Bunları məndən öz qəbilənə çatdır. Hər kəs onu ziyarət eləsə, elə bil məni ziyarət etmişdir və mən özüm və Cənab Cəbrail və Möminlərin Salehi (Əli əleyhissəlam) ona Qiyamət günü mükafat verəcəyik.
Mənbə: Biharul-ənvar, cild-10, səh. 262
Bir mötəbər hədisdə İmam Sadiq (əleyhissəlam) buyurur: “Əgər Nəcəf ziyarətinə getsən, mütləq Adəminleyhissəlam) sümüklərini, Nuhunleyhissəlam) bədənini, Əli ibni Əbu Talibinleyhissəlam) cismini ziyarət et. Ona görə ki, həqiqətdə ata-babaları, peyğəmbərlərin Xatəmi həzrət Məhəmmədi (sallallahu əleyhi və alih) və vəsilərin seyyidi Əlinileyhissəlam) ziyarət etmiş olursan. (Həqiqətən, onu ziyarət edənin duaları ilə səmanın qapıları açılar. Bəs, bu böyük xeyir və savabdan qəflətdə qalma.)
Mənbə: Kamiluz-ziyarat, səh. 35; Biharul-ənvar, cild-97, səh. 258
Burada bir tarixi hadisəyə də işarə etmək istərdim. “Leylətul-məbit”[1], həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) hicrət gecəsində Əli əleyhissəlamı öz yatağında öz yerinə yatırtmaqla müşrüklərə yataqda Peyğəmbərin yatmasını bildirmişdir. Bu hadisə “İnzar”[2] (Allah-taalanın göstərişi ilə həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) öz tayfasına Əli əleyhissəlamı özünün vəziri və canişini tanıtdırması) hadisəsindən sonradır. Yəni həzrət Əli əleyhissəlam canişinlik məqamından sonra daha yüksək məqama nail olur və Allah-taalanın göstərişi ilə ğz canını Peyğəmbərin canı müqabilində Allaha satır və Rəsulullahın (sallallahu əleyhi və alih) canı və vücudu məqamına nail olur. Mübahilə ayəsində Allah-taala bir daha bu məsələni xatırladaraq idrak sahiblərinin nəzərinə çatdırır. Mən deyərdim Allah-taalanın göstərişi ilə “Bəraət” ayələrini Məkkə müşriklərinə qiraət etmək üçün həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) Əlini (əleyhissəlam) təyin etməsi də məhz bu cəhəti xatırlatmaq üçündür. Necə ki, Cəbrail əleyhissəlam nazil olaraq Rəsuləllaha (sallallahu əleyhi və alih) deyir: “لَایُبَلِّغْ عَنْکَ إِلَّا عَلِیٌّ” , yəni Allah-taala buyurur: “Bu ayələrin təbliğini sənin tərəfindən Əlidən qeyrisi bəyan edə bilməz.”[3]

[1] Bəqərə surəsi, ayə 207

[2] Şuəra surəsi, ayə 214

[3] Biharul-ənvar, cild-21, səh. 273







Etiketlər :

Həzrət Əli əleyhissəlam həqiqətdə Rəsulullahın (sallallahu əleyhi və alih) canı və vücududur