Həzrət Əli Əkbər əleyhissəlamın mövludu
24 November 2024
19:51
۲۴۶
Xəbərin xülasəsi :
-
Həzrət Fatiməi-Zəhranın (əleyhasəlam) şəhadəti
-
Həzrət Zeynəbi-Kubra əleyhasəlamın təvəllüdü
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) qısa ziyarətnaməsi
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) vəfatı
-
Həzrət imam Həsən Əsgərinin (əleyhissəlam) təvəllüdü
-
Həzrət Ayətullah Fazel Lənkəraninin əhli-sünnə cümə və camaat imamları ilə toplantısında verdiyi açıqlamalar
Bismilləhir-Rahmənir-Rahim
Həzrət Əli Əkbər əleyhissəlamın mövludu
Hicri-qəməri 1443-cü il şəban ayının 11-i, miladi 2022-ci il martın 14-ü həzrət imam Huseynin (əleyhissəlam) sevimli böyük oğlu, Kərbəla qəhrəmanı həzrət Əli Əkbər əleyhissəlamın təvəllüd günüdür. Bu fərəhli və şad günün münasibətilə həzrət Sahib-zamana (Allah onun gəlişini tezləşdirsin) və bütün Əhli-beyt (əleyhimussəlam) sevərlərinə təbrik deyir və Allah-təaladan bizi o Həzrətin yolunun davamçılarından etməsini arzulayırıq.
Həzrət Əli Əkbər əleyhissəlam ilə qısa tanışlıq
Əli Əkbər əleyhissəlamın mübarək adı Əlidir (əleyhissəlam). Ləqəbi Əkbərdir. Şərafətli kunyəsi Əbul-Həsəndir. Əziz atası imam Huseyn əleyhissəlamdır. Anasının adı Ümmi Leyladır. Doğulduğu şəhər nurlu Mədinə şəhəridir. Viladət tarixi, hicri 33-ü ilin Şəban ayının 11-dir. Şəhid olduğu məkan hicri 61-ci il, dəfn edildiyi məkan müqəddəs Kərbəla şəhəridir. Mötəbər mənbələrə əsasən, şəhadətə yetdikdə yaşı 27 il olmuşdur. Məşhur nəzər budur ki, dünyaya gəlişi hicri 33-cü ilin şəban ayının 11-i, Osmanın ölümündən bir az öncə olmuşdur. Bu əsasla Aşura günü Əli Əkbər əleyhissəlamın 27 yaşı olmuşdur. Bu sözün dəlili bütün tarixçilərin və nəsəb tanıyanların bu məsələdə müttəfiq nəzərə malik olmalarıdır. Çünki o, Kərbəlada 23 yaşlı imam Səccad əleyhissəlamdan böyük idi.
Bir sıra məsələlər Əli Əkbər əleyhissəlamın həzrət imam Huseynin (əleyhissəlam) yanında xüsusi hörmətə malik olduğu və əziz əmisi, həzrət Əbulfəzl Abbas əleyhissəlamdan başqa bütün səhabələrdən üstün mövqeiyyətə malik olmuşdur. Bütün tarixçilər qeyd edirlər ki, Aşura günü imam Huseyn əleyhissəlam İbn Səd (lənətullah əleyh) ilə görüşmüşdür. Həzrət əmr edir ki, Əbulfəzl Abbas və Əli Əkbər əleyhiməsəlamdan başqa heç kəs bu görüşdə olmasınlar. Aşura günü xütbə oxuduqda elə ki, ailə-uşaqları ağlamaq səslərini eşidir, qardaşı Abbasa və oğlu Əli Əkbərə (əleyhiməssəlam) buyurur: “Onları sakit edin, and olsun canıma ki, üzümüzə gələn günlərdə hələ çox ağlayacaqlar.” Bütün bunlar onu göstərir ki, Əli Əkbər əleyhissəlam Kərbəlada səhabələr arasında özünəməxsus mövqeiyyət və məqama malik olmuşdur.
Əbu Həmzə Somali həzrət Sadiq əleyhissəlamdan nəql etdiyi Əli Əkbər əleyhissəlamın ziyarətində belə deyilir: “Üzünü qəbrin üstünə qoyub üç dəfə belə de: “Səlləllahu əleyk ya Əbəl-Həsən”.” Deməli, həzrət Əli Əkbər əleyhissəlamın kunyəsi Əbul-Həsən olmuşdur.
Həmçinin, imam Sadiq əleyhissəlamdan yetişən ziyarətnamədə həzrət Əli Əkbərin (əleyhissəlam) barəsində belə oxuyuruq:
"صلی اللَّه علیک و علی عترتک و اهل بیتک و آبائک و ابنائک و امهاتک الاخیار الذین أذهب عنهم الرجس و طهرهم تطهیراً"
“Allah-taalanın salam və salavatı sənə və ailənə, Əhli-beytinə, nənə və babalarına və övladlarına olsun, o kəslər ki, xeyirxah və ən yaxşı insanlardır və Allah-taala onlardan hər növ pisliyi və xoşagəlməzliyi uzaqlaşdırmış və onları pak-pakizə etmişdir.”
Bu ziyarətnamədə oxuduğumuz: “ابنائک” – [övladlarına] kəlməsindən belə məlum olur ki, həzrət Əli Əkbər əleyhissəlamın ikidən artıq övladı olmuşdur.[1]
Sevindirici haldır ki, görünüş, əxlaq və danışıq baxımdan Peyğəmbəri-Əkrəmi (sallallahu əleyhi və alih) xatırladan Kərbəla hadisəsində misli görünməyən rəşadətlər göstərən Əhli-beytin (əleyhimussəlam) bu cavan və sevimli şəxsiyyətinin mövlud gününü bütün şiələr ümumi şəkildə “Cavanlar günü” – bayram olaraq qeyd edir və bununla da əziz cavanlarımıza bu böyük şəxsiyyətin İmamət və Vilayət yolunda getdiyi yolu davam etdirməyi arzulayırlar.
Sonda Allah-taalaya həmdü-səna deyib, şükür edirik ki, bizi Əmirəl-möminin Əli əleyhissəlamın və onun Məsum övladlarının (əleyhimussəlam) vilayət və imamətini qəbul edib onların davamşılarından olmağı nəsib edibdir.
Allahdan istəyirik bu əzəmətli nemətin və şərəfli məqamın qədrini bilib, ona müvafiq yaşamaqda bizlərə kömək olsun, Amin.
[1] “Əli Əkbər”, mərhum Muqərrəm, səh. 20