Mübarək Şəban ayının on beşinci gecəsi
24 November 2024
20:04
۲۵۰
Xəbərin xülasəsi :
-
Həzrət Fatiməi-Zəhranın (əleyhasəlam) şəhadəti
-
Həzrət Zeynəbi-Kubra əleyhasəlamın təvəllüdü
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) qısa ziyarətnaməsi
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) vəfatı
-
Həzrət imam Həsən Əsgərinin (əleyhissəlam) təvəllüdü
-
Həzrət Ayətullah Fazel Lənkəraninin əhli-sünnə cümə və camaat imamları ilə toplantısında verdiyi açıqlamalar
Bismilləhir-Rahmənir-Rahim
Mübarək Şəban ayının on beşinci gecəsi
Şəban ayının on beşinci gecəsi çox mübarək gecədir. İmam Sadiqdən (əleyhissəlam) nəql olunur ki, həzrət imam Baqir əleyhissəlamdan on beşinci gecəsinin fəziləti barədə sual olunduqda həzrət belə buyurdu: “Bu gecə, Qədr gecəsindən sonra ilin ən fəzilətli gecəsidir. Bu gecədə Allah taala bəndələrinə Öz fəzlini əta edər və onları öz kərəmi ilə bağışlayar. Bu gecədə Allaha daha da yaxın olmağa çalışın! Həqiqətən, bu elə bir gecədir ki, Allah öz müqəddəs zatına and içibdir ki, günahdan başqa hər bir şeyi Ondan diləyəni naümid geri qaytarmasın. Bu, elə bir gecədir ki, Allah-taala Qədr gecəsini həzrət Peyğəmbər (sallallahu əleyhi və alih) üçün təyin etdiyi kimi o gecəni də biz Əhli-beyt (əleyhimussəlam) üçün müəyyən etmişdir. Beləliklə, bu gecədə Allaha həmd və dua etməkdə çox çalışın!”[1]
Bu gecənin fəzilətlərindən biri də hicri qəməri tarixi ilə 255-ci ildə Samirra şəhərində səhər çağı həzrət imam Zamanın (Allah onun zühurunu tezləşdirsin) dünyaya göz açmasıdır. O Həzrətin təvəllüdü bu gecənin daha da şərəfli tanınmasına səbəb olmuşdur.
Mübarək şəban ayının on beşinci gecəsinin bir neçə əməli vardır:
1. Qüsl almaq. Günahların yüngülləşməsinə səbəb olur.
2. Əhya saxlamaq (gecəni səhərə kimi oyaq qalmaq). İmam Zeynulabidin (əleyhissəlam) kimi bu gecəni dua, namaz və istiğfarla keçirmək. Bir hədisdə nəql olunur ki, hər kəs bu gecəni əhya eləsə (yəni, o gecəni oyaq qalmaqla öz yaşayışına həyat versə), ürəklərin ölən günü onun qəlbi ölməz.
3. İmam Hüseyn əleyhissəlamı ziyarət etmək bu gecənin insan üçün ən fəzilətli keçməsinə və günahların bağışlanmasına səbəb olan əməllərindən biridir. Hər kəs 124 min peyğəmbərin ruhunun onunla görüşməsini istəsə, gərək imam Hüseyni (əleyhissəlam) bu gecədə ziyarət etsin. O Həzrət ziyarət etməyin ən asan yolu budur ki, açıq səmada nisbətən hündür bir yerdə üzünü göyə tutub bu sözləri desin: “Əssəlamu ələykə ya Əba Əbdillah, əssəlamu ələykə və rəhmətullahi və bərəkatuh”. Hər kəsin harada olmasından asılı olmayaraq Həzrəti bu qayda ilə ziyarət etsə, ona həcc və ümrənin savabı yazılar.
4. Dua (o cümlədən, Məfatihul-cinan) kitablarında qeyd olunan bu gecənin xüsusi dualarını oxumaq.
5. “Kumeyl” duasını oxumaq. Hədislərdə “Komeyl” duasının bu gecədə və hər cümə axşamı oxunması qeydə alınmışdır.
6. “Təsbihati-ərbəə”nin hər bir zikrini- “Subhanəllah, Əlhəmdulillah, La ilahə illəllah, Əllahu əkbər”- yüz dəfə demək. Allah taala insanın keçmiş günahlarını bağışlayar və dünya və axirət hacətlərini rəva edər.
Dua kitablarında bu gecədə yerinə yetirmək üçün digər əməllər də qeyd olunmuşdur. Əziz mömin bacı-qardaşlar həmin kitablara müraciət edə bilərlər.
[1] Misbahul mutəhəccid (Şeyx Tusi), səh. 831; İqbalul əmal (Seyyid ibn tavus), səh. 695