Novruz bayramınız mübarək

24 November 2024

18:25

۳۱۱

Xəbərin xülasəsi :
Həzrət Ayətullah Fazil Lənkəraninin (ömrü uzun
olsun) “Novruz” bayramının yetişməsi münasibətilə bəyanatı
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Həzrət Ayətullah Fazil Lənkəraninin (ömrü uzun olsun) “Novruz” bayramının yetişməsi münasibətilə bəyanatı

(ardı)

Sonra buyurur: «وما من يوم نيروز إلا و نحن نتوقّع فيه الفرج» - Hədisin bu hissəsinin mənası nədir? “Hər bir novruz günündə biz (Əhli-beyt) həzrət Hüccət ibn Həsən əleyhiməssəlamın zühürunu gözləyirik.” Davamında buyurur: «لأنّه من أيامنا حفظه الفُرس» - “Novruz bizim günlərimizdəndir, farslar onu qoruyub saxlamışlar.” «و ضيعتموه»  - Siz ərəblər (isə) onu korlayıb zaye etdiniz. Bu kəlamın zahiri budur ki, bizim qeyd etdiyimiz və yeni ilin dəyişdiyi novruz günü Həzrətin zühur edəcəyi gündür.

Həzrət buyurur ki, ümumiyyətlə farsların bu günü novruz adlandırmaları, əslində bizdən götürüblər. Biz onlara demişik ki, bizim Hüccətimizin qiyam edəcəyi gün novruzdur. Onlar Həzrətin zühur və fərəcinə ümidvar olmaları səbəbinə bu ünvanı həmin günlər üçün təyin etmişlər. Ona görə novruzun qədim dövrə və yeddi min il öncəyə aid olması nəzəriyyəsi haqda deyirik ki, bu həqiqət deyil!

Əlbəttə, İslamdan əvvəl yeni ilin başlanması münasibətilə bəzi adət və ənənələr mövcud olub. Onların ümumiyyətlə İslama aidiyyatı olmayıb və İslam heç vaxt onları təsdiq etməyibdir. Məsələn, od yandırıb onun üstündən atılmaq. Bu kimi adətlər aqillər baxımından qəbuledilməzdir. Allah göstərməsin, əgər belə xurafat dini və etiqadi cəhət tapsa və belə təsəvvür olunsa ki, o əməllər pislikləri insandan uzaqlaşdırır, bu yalnız bir xurafatdır və bidətə səbəbdir. Bəli, belə adət-ənənə əvvəllər də olmuşdur. Amma İmam əleyhissəlam buyurur: Farsların bu ünvanı belə günlərə tətbiq etmələri, zühur məsələsinə inamlı olmaları səbəbinədir və bunu bizdən öyrəniblər. Bu mənanın qorunub hifz edilməsi üçün hər ilin əvvəlini Həzrətin zühuruna ümid günü kimi hesab ediblər.

7) Daha sonra buyurur: «ثم إنّ نبيّاً من أنبياء بني اسرائيل سأل ربّه أن يُحيي القوم الذين خرجوا من ديارهم و هم الوفٌ حذر الموت فأماتهم الله» - Bəni İsrail peyğəmbərlərindən biri, ölüm ilə üzləşməkdən uzaq olmaq üçün öz şəhərlərindən xaric olan, lakin Allahın ölümü onları haqlayan bir tayfanın yenidən dirilməsini Allahdan istəyir. «فأوحي الله إليه عن صبّ عليهم الماء في مضاجعهم» - Allah-taala ona vəhy edir ki, onların ölüb qaldıqları yerdə üstlərinə su səpsin. O peyğəmbər də bunu novruz günündə edir, həmin gün onları üzərinə su səpir. «فعاشوا و هم ثلاثون ألف» - Sayı otuz min nəfər olan bu tayfa özlərinə gəlib dirilirlər. «فصار صبّ الماء في يوم النيروز سنةً ماضيّة لا يعرف سببها إلا الراسخون في العلم و هو أوّل يوم من سنّة‌ الفرس» - O zamandan novruz günü su səpmək, ya qaba su yığıb saxlamaq bir ənənəyə çevrildi və həmin gün fars dilli xalqların yeni illinin ilk günü idi. Bundan hansı qənaətə gəlmək və nə nəticə almaq istəyirik?

Ərz edirik ki, həzrət İbrahimin (əleyhissəlam) və digər insanların üzləşdiyi bu hadisələrdə novruz mütləq şəkildə bəyan edilmişdir. Deməli, tarix boyu dini əhəmiyyəti olan, ya maddi və təbii əhəmiyyətli hər günü novruz adlandırmaq mümkündür. Yəni novruzu ancaq müəyyən bir günə müvafiq bilib, filan tarixi novruz kimi tanımaq və digər günü novruz sanmamaq düzgün deyil. Novruzu fars dilli xalqlar ilin ilk günü təyin etmişlər, ümumi novruzun bir nümunəsi və pridmeti olaraq.

(ardını izləyin)


Etiketlər :

Həzrət Ayətullah Fazil Lənkəraninin (ömrü uzun olsun) “Novruz” bayramının yetişməsi münasibətilə bəyanatı