Ramazan ayının onuncu gününün duasının qısa izahı
24 November 2024
17:28
۲۴۳
Xəbərin xülasəsi :
-
Həzrət Fatiməi-Zəhranın (əleyhasəlam) şəhadəti
-
Həzrət Zeynəbi-Kubra əleyhasəlamın təvəllüdü
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) qısa ziyarətnaməsi
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) vəfatı
-
Həzrət imam Həsən Əsgərinin (əleyhissəlam) təvəllüdü
-
Həzrət Ayətullah Fazel Lənkəraninin əhli-sünnə cümə və camaat imamları ilə toplantısında verdiyi açıqlamalar
Bismilləhir-Rahmənir-Rahim
Ramazan ayının onuncu gününün duasının qısa izahı“اللَّهُمَّ اجْعَلْنِي فِيهِ مِنَ الْمُتَوَكِّلِينَ عَلَيْكَ وَ اجْعَلْنِي فِيهِ مِنَ الْفَائِزِينَ لَدَيْكَ وَ اجْعَلْنِي فِيهِ مِنَ الْمُقَرَّبِينَ إِلَيْكَ بِإِحْسَانِكَ يَا غَايَةَ الطَّالِبِينَ”
“Əllahumməc`əlni fihi minəl mutəvvəkkilinə ələyk, vəc`əlni fihi minəl faizinə lədəyk, vəc`əlni fihi minəl muqərrəbinə iləyk, biihsanikə ya ğayətət-talibin.”
“İlahi! Bu gün Sənə təvəkkül edənlərdən olum; Sənin hüzurunda nicat tapanlardan olum; məni Özünə yaxın bəndələrdən et. Öz ehsanınla, ey sevənlərin son arzusu!”
Duanın əsas kəlmə və ifadələri:
Təvəkkül; Nicat tapanlar; Yaxın bəndələr; Ehsan.
Duanın sifariş və peyğamları:
1-Mərhum Əllamə Təbatəbai buyurur: Təvəkkül odur ki, işlərdə ancaq Allah-taala təsirli və səbəbkar biləsən; (Əl-Mizan, cild-17, səh. 507)
Təvəkkülün mənası vəzifəni tərk etmək deyil, vəzifəni yerinə yetirmək lazımddır və Allaha təvəkkül edib nəticəni gözləməlisən.
2-“Faizun” – kəlməsi (nicat tapmaq) səadətə çatmaqdır. Qurani-Kərim Allahın razılığını “Fəvzun əzim” -ən böyük səadət sanır; (Maidə surəsi, ayə 119)
3-Kumeyl duasında Allahın zikri İlahi dərgaha yaxınlaşmağın vəsiləsi olduğu göstərilir.
4-Peyğəmbər Əkrəm (sallallahu əleyhi və alih) sənə pis olana ehsan etməyi dünya və axirətdə ən böyük əxlaq tanıtdırır; (Munyətul-murid, səh. 323)
Hər kəsin fitrəti sağlam və düzgün olsa, ehsan əhlinə təşəkkür və mədh edər.
İlahi! Möminlərə ehsan etməyi bizə nəsib et! Ehsan edənlərin ehsanları müqabilində təşəkkür etməyi də bizə əta buyur, Amin ya Rabbil, aləmin!