Ramazan ayının on dördüncü gününün duasının qısa izahı

24 November 2024

15:24

۲۶۸

Xəbərin xülasəsi :
İlahi! Bu gün məni xəta və çaşqınlıqlarıma görə müaxizə etmə; xəta və süstlüyümün üzrünü qəbul et; məni bəlalara və fəlakətlərə hədəf tutma; Öz cəlal və qüdrətinin haqqına, ey müsəlmanlara izzət bəxş edən!
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Ramazan ayının on dördüncü gününün duasının qısa izahı 

اللَّهُمَّ لا تُؤَاخِذْنِي فِيهِ بِالْعَثَرَاتِ وَ أَقِلْنِي فِيهِ مِنَ الْخَطَايَا وَ الْهَفَوَاتِ وَ لا تَجْعَلْنِي فِيهِ غَرَضا لِلْبَلايَا وَ الْآفَاتِ بِعِزَّتِكَ يَا عِزَّ الْمُسْلِمِينَ

Əllahummə lə tuaxizni fihi bil əsərat və əqilni fihi minəl xataya vəl həfəvat və lə təc`əlni fihi ğərəzən lil bəlaya vəl afat, biizzətikə ya izzəl muslimin.

İlahi! Bu gün məni xəta və çaşqınlıqlarıma görə müaxizə etmə; xəta və süstlüyümün üzrünü qəbul et; məni bəlalara və fəlakətlərə hədəf tutma; Öz cəlal və qüdrətinin haqqına, ey müsəlmanlara izzət bəxş edən!

Duanın əsas kəlmə və ifadələri:

Çaşqınlıq; Xətaya göz yumub üsrü qəbul etmək; Bəla və fəlakətlər; İzzət.

Duanın sifariş və peyğamları:

1-Bəzən mömin bilmədən və çaşaraq günaha mürtəkib olur; Qurani-Kərim buyurur: “Hər kəs zülm etdikdən (günah edib harama mürtəkib olduqdan) sonra xəta və səhvini islah etsə və onu düzəltsə, Allah-taala onun tövbəsini qəbul edər, şübhəsiz Allah bağışlayan və mehribandır. (Maidə surəsi, ayə 39)

2-Duada iqalə sözü gəlib (əqilni), həqiqətdə bu sözün mənası alış-verişdə qarşı tərəfin ticarəti fəsx etmək istəyini qəbul etmək deməkdir. Burada kinayə olaraq, günahın bağışlanması istəyidir və Allahdan istəyirik möminlərin günahlarından peşmanlıq edib bağışlanmalarını qəbul etsin.

3-Həzrət Əli əleyhissəlam buyurur: Bəla zalım üçün tənbih və ədəbləndirmək, mömin üçün imtahan, Peyğəmbərlər üçün isə məqam və dərəcələrinin yüksəlmə səbəbidir. (Mizanul-hikmət, cild-2, səh. 583)

4-Həqiqi izzət Allah-taalaya məxsusdur və hər kəs izzət və ucalıq istərsə, gərək Allah-taalaya itaət etsin və Onun göstərişlərini yerinə yetirsin. İzzət və cəlal imtahansız və çətinliklərdən çıxmadan insana verilmir, ona görə də, Allahdan istəyirik ilk növbədə möminlərə yüksək mərifət və yəqinlik əta etsin.

Həzrət imam Həsən əleyhissəlamdan nəql edilir ki, İnsan Allaha ibadət və itaət etməklə izzətli olur və yüksəlir. (Biharul-Ənvar, cild-42, səh. 139)

İlahi! Möminlərin səhv və xətaların bağışla; Onları davam gətirə bilmədikləri bəla və çətinliklərlə imtahana çəkmə; İlahi möminlərə izzət və böyüklük bəxş et, Amin!


Etiketlər :

Ramazan ayının on dördüncü gününün duasının qısa izahı