Ramazan ayının iyirmi doqquzuncu gününün duasının qısa izahı
24 November 2024
12:30
۲۸۰
Xəbərin xülasəsi :
-
Həzrət Fatiməi-Zəhranın (əleyhasəlam) şəhadəti
-
Həzrət Zeynəbi-Kubra əleyhasəlamın təvəllüdü
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) qısa ziyarətnaməsi
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) vəfatı
-
Həzrət imam Həsən Əsgərinin (əleyhissəlam) təvəllüdü
-
Həzrət Ayətullah Fazel Lənkəraninin əhli-sünnə cümə və camaat imamları ilə toplantısında verdiyi açıqlamalar
Bismilləhir-Rahmənir-Rahim
Ramazan ayının iyirmi doqquzuncu gününün duasının qısa izahı
اللَّهُمَّ
غَشِّنِي فِيهِ بِالرَّحْمَةِ وَ ارْزُقْنِي فِيهِ التَّوْفِيقَ وَ الْعِصْمَةَ وَ
طَهِّرْ قَلْبِي مِنْ غَيَاهِبِ التُّهَمَةِ يَا رَحِيما بِعِبَادِهِ
الْمُؤْمِنِينَ
“İlahi! Bu gün məni Öz rəhmətinlə əhatə et, mənə tövfiq və paklıq nəsib et, qəlbimi şübhəli işlər və töhmətli əməllərdən təmizlə; Ey mömin bəndələrinə rəhm edən Allah!”
Duada işlənən kəlmə və ifadələr:İlahi rəhmətdə qərq olmaq; tövfiq və nailiyyət; töhmət; İlahi rəhmət və iman əhli.
Duanın möminlərə tövsiyə və peyğamları:
1-Allah-taalanın rəhmət və mərhəməti o qədər genişdir ki, bütün insanlara şamil olur. (Cövşən Kəbir duası)
2-Tövfiq (müvəffəqiyyət) dedikdə, məqsəd odur ki, Allahın insana bəndəlik və itaət etmək yolunda nəsib etdiyi müvəffəqiyyətdir.
3-Töhmət və böhtan insanın qəlbinin qaranlıqlaşmasına səbəb olur və oruc tutan şəxs Allahdan istəyir ki, onun qəlbini töhmət qaranlığından pak etsin.
4-Allahın ümumi və hamıya şamil etdiyi rəhmətindən fərqli olaraq, Onun xüsusi rəhməti ancaq möminlərə şamil olunur.
İlahi! Möminləri orucluğun sona yetdiyi bu günlərdə Öz xüsusi rəhmətindən bəhrələndir, Sənə layiqli ibadət etmələrində onlara təmiz və pak qəlb inayət buyur; Amin, ya Rabbil aləmin.