“Təthir” ayəsinin təfsiri
24 November 2024
09:08
۲۷۵
Xəbərin xülasəsi :
-
Həzrət Fatiməi-Zəhranın (əleyhasəlam) şəhadəti
-
Həzrət Zeynəbi-Kubra əleyhasəlamın təvəllüdü
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) qısa ziyarətnaməsi
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) vəfatı
-
Həzrət imam Həsən Əsgərinin (əleyhissəlam) təvəllüdü
-
Həzrət Ayətullah Fazel Lənkəraninin əhli-sünnə cümə və camaat imamları ilə toplantısında verdiyi açıqlamalar
Bismilləhir-Rahmənir-Rahim
Həzrət Ayətullah Uzma Fazil Lənkəraninin (Allah ruhunu şad etsin) “Təthir” ayəsinin təfsiri adlı dəyərli kitabından
(ardı)
اِنَّكِ جُنَّةٌ بَيْنَ رَسُولِ اللهِ(ص) وَبَيْنَ اُمَّتِهِ وَاِنَّ الْحِجاَبَ دُونَكِ لَمَضْرُوبٌ عَليَ حُرْمَتِهِ وَقَد جَمَعَ الْقُرْأنُ ذَيْلَكِ فَلاَ تَنْدَحِيهِ وَسَكَّنَ عُقَيْراَكِ فَلاَتُصْحِرِيهاَ لَوْ ذَكَرْتُك قَوْلَةً مِنْ رَسُولِ اللهِ (ص) تَعْرِفِينَهاَ لَنُهِشْتِ بِهاَ نَهْشَ الرَّقْشاَءِ الْمُطْرِقَةِ ماَ كُنْتِ قاَئِلَةً لِرَسُولِ اللهِ لَوْ لَقِيَكِ ناَصَّةً قَلُوصَ قَعُودِكِ مِنْ مَنْهَلٍ اِليَ مَنْهَلٍ قَدْ تَرَكْتِ عُهَيْداَكِ وَ هَتَكْتِ سِتْرَهُ اِنَّ عَمُودَ الدِّينِ لاَ يَقُومُ بِالنِّساَءِ خَفْضُ الاَصْواَتِ وَ خَفْوُ الْاَعْراضِ اِجْعَلِي قاَعِدَةَ الْبَيْتِ قَبْرَكِ حَتّيَ تَلْقَيْنَهُ وَ اَنْتِ عَليَ ذاَلِكَ
"Peyğəmbərin hərəmi pis və yaramaz adamların şərindən uzaq olmalıdır. Bu hərəmi qorumaqda sənin çox mühüm payın vardır. Ey Ayişə, sən bir qalxan kimi Peyğəmbərin hərəmini qorumalısan. Yadda saxla ki, sənə dəyən zərbə Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) -in köksünə dəyibdir. Qurani-Kərim bu müqəddəs məqamı qorumaqla əlaqədar sənin vəzifəni təyin etmişdir. Sən çalışmalısan ki, Allah Rəsulunun evində olan örpək camaat arasına gəlməsin. Qurani-Kərim sənə evin içində yer vermişdir. Özünü xalqa göstərmə! (O, "vəqərnə fi büyutikunnə" ayəsinə işarə edir.) Əgər Peyğəmbərin buyurduqlarını sənə xatırlatsam, ilan vurmuş adam kimi həyəcanlanar, iztiraba düşərsən. Əgər sənin ərin Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) öz cavan arvadının əlində bayraq tutub özünü xalqın içində göstərdiyini, susuz dəvə kimi bir su gölündən başqa su gölünə tərəf hərəkət etdiyini, siyasi işlərdə fəaliyyətə başladığını, onunla bağladığı əhd-peymanını pozduğunu görsə, ona nə cavab verəcəksən?! Məgər bilmirsən ki, dinin sütunları qadınların əli ilə möhkəmlənməyib? Bilmirsən ki, qadınların əli ilə sütunların sınması bərpa olunmaz bir xəsarətdir?! Qadının zinəti budur ki, öz səsini yalnız zərurətin tələb etdiyi qədər ucaltsın, öz iffət, namus və şərəfini qorusun. Sən Peyğəmbərlə görüşəcəyin vaxta qədər evin bir küncünü özün üçün qəbir seç! Onunla bağladığın əhd-peymana vəfasızlıq etmə!"[1]
AYİŞƏ VƏ ZEYD İBNİ SUHANIN MƏKTUBLAŞMASI
İkincisi, Zeyd ibni Suhanın Ayişəyə yazdığı cavab məktubudur.
Səsəənin qardaşı və "tabeinin"[2] tanınmış şəxsiyyətlərindən olan Zeyd ibni Suhan da Üveys Qərəni kimi Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) -i görüb ziyarət etməmiş, amma həzrət ona behişt müjdəsini vermişdir. O (Zeyd ibni Suhan) "Cəməl" müharibəsində Əliyyibni Əbitalib (əleyhissalam)-ı himayə etmiş və nakisin[3] tərəfindən öldürülmüşdür.
Ayişə öz dəstəsi ilə Bəsrəyə çatanda, Zeyd ibni Suhana bir məktub yazdı. Bu məktubu cavabı ilə birlikdə İbni Əsirin "Kamil" kitabında (4-cü cild, səh.216) görmək olar. (Bu məktub "Qamusür-rical" və sair rical kitablarında da cüzi məzmun fərqi ilə nəql olunub). Həmin məktubu "Kamil"dən nəql edirik:
مِنْ عاَيِشَةَ اُمِّ الْمُؤْمِنِينَ حَبِيبَةِ رَسُولِ اللهِ(ص) اِليَ اْبنِهَا الْخاَلِصِ زَيدِ بْنِ صُوهاَنَ اَمّاَ بَعْدُ فَاِذاَ اَتاَكَ كِتابِي هذَاَ فَاَقْدِمْ فَانْصُرْناَ فَاِنْ لَمْ تَفْعَلْ فَحَذِّلِ النّاَسَ عَنْ عَلِيٍّ
"Allah Rəsulunun sevimlisi Ayişə Ümmül-möminindən onun sədaqətli övladı Zeyd ibni Suhana.
Ey Zeyd! Mənim məktubum sənə çatan kimi bizə kömək etmək üçün dayanmadan özünü bizə yetir. Əgər bizə kömək etmək fikrində olmasan, heç olmazsa, camaatı Əlidən uzaqlaşdır, Kufədən bir nəfərin belə, ona kömək etmsinə qoyma." (Zeyd bu vaxt Kufədə idi.)
ZEYDİN CAVABI
اَمّاَ بَعْدُ فَاَنَا ابْنُكِ الْخالِصُ لَئِنِ اعْتَزَلْتِ وَرَجَعْتِ اِليَ بَيْتِكِ وَالاَ فَاَنَا اَوَّلُ مَنْ نابَذَك
"Ey Ayişə! Mən yalnız sənin bu müharibədən əl çəkib öz evinə qayıtdığın vaxt sənin sədaqətli oğlun olaram (və sən də möminlərin anası olarsan). Əks halda, mən özüm sənin ilk düşmənlərindən olacağam."
Zeydin Ayişəyə verdiyi bu cavab, həmin dövrdə müsəlman ümmətindən hər bir sinfin öz vəzifələri haqqında olan məlumatını açıq-aydın şəkildə göstərir. Zeydin nəzərində Ayişə o vaxt "möminlərin anası" ləqəbinə layiq ola bilər ki, özünün evdarlıq vəzifəsinə əməl etsin. Amma əgər müsəlmanların mühüm siyasi işlərinə baş qoşarsa, "möminləri anası" iftixarına nail ola bilməz, Zeyd də onun övladı sayılmaz.
Zeyd Quranda Peyğəmbərin zövcələri üçün təyin olunan vəzifəni Ayişəyə xatırladaraq deyir ki, o, öz evinə qayıdıb kişilərin işlərini özlərinə həvalə etməlidir, əks halda Peyğəmbərin zövcəsi kimi ehtirama layiq görülməyəcək və möminlərin anası ləqəbini əldən vercək. Belə olan halda Zeyd də onun övladın yox, düşməni olacaq, əlindəki qılıncla öz vəzifəsinə əməl edərək onu evinə qaytaracaq.
(ardını izləyin)