Günün hədisi
24 November 2024
09:17
۲۹۷
Xəbərin xülasəsi :
-
Həzrət Fatiməi-Zəhranın (əleyhasəlam) şəhadəti
-
Həzrət Zeynəbi-Kubra əleyhasəlamın təvəllüdü
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) qısa ziyarətnaməsi
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) vəfatı
-
Həzrət imam Həsən Əsgərinin (əleyhissəlam) təvəllüdü
-
Həzrət Ayətullah Fazel Lənkəraninin əhli-sünnə cümə və camaat imamları ilə toplantısında verdiyi açıqlamalar
Bismilləhir-Rahmənir-Rahim
Günün hədisi
قال الصّادق علیه السلام:
لَيْسَ بَيْنَ اَلْإِيمَانِ وَ اَلْكُفْرِ إِلاَّ قِلَّةُ اَلْعَقْلِ قِيلَ وَ كَيْفَ ذَاكَ يَا اِبْنَ رَسُولِ اَللَّهِ قَالَ إِنَّ اَلْعَبْدَ يَرْفَعُ رَغْبَتَهُ إِلَى مَخْلُوقٍ فَلَوْ أَخْلَصَ نِيَّتَهُ لِلَّهِ لَأَتَاهُ اَلَّذِي يُرِيدُ فِي أَسْرَعَ مِنْ ذَلِكَ
Həzrət imam Sadiq əleyhissəlam buyurur:
“İman və küfr arasındakı fasilə ağlın azlığıdır. Sual edilir ki, bunu necə başa düşək, ey Peyğəmbər oğlu? Həzrət buyurur: “Bəzən insan ağlının zəifliyi və azlığı səbəbinə öz hacətini başqa bir bəndədən istəyir. Halbuki əgər niyyətini Allah-taala üçün xalis etsə və hacətini Allahdan istəsə, Allah onun istəyini hər bir kəsdən daha tez verər.”[1]
Mərhum Sədruddin Şirazi (Molla Sədra) hədisin şərhində deyir:
İman, ağılın nurudur və küfr, cəhalət zülmətidir. Hər zaman insanın ağlı kamil olsa, şübhəsiz, möminlik məqamına çatacaqdır və hər zaman tam cahilliyə çatsa, sırf kafir olacaqdır. Əgər ağıl və cəhalət mərtəbələri arasında qalarsa, imanı zəiflərdən olacaqdır. Demək, həqiqi iman ilə həqiqi küfr arasında yalnız, ağılın azlığı və bəsirət nurunun zəifliyi vasitə olur. Necə ki, gözü görən insan ilə gözü kor insanın arasında yalnız gözün nurunun azlığı vasitə olur. Həmçinin, işıqlıq və zülmət arasında vasitə yalnız kölgədir ki, ona işığın az olması deyilir. Həzrət bu məsəli çəkməkdən məqsədi, “insanın mürtəkib olduğu günah və azğınlı onun ağlının azlığındandır”-cümləsini izah etmək olmuşdur. Odur ki, ağlı kamil olan şəxs tam dərk edir ki, bəxşiş və varlıq, ancaq Allah-taalaya məxsusudur. Belə olan halda, əgər insan öz hacətini Allahdan qeyrisindən istəyərsə, bu əməl onun ağlının azlığından doğur ki, imanın zəifliyi səbəbinədir...[2]
Həmçinin, “Safi” kitabının müəllifi bu hədisin şərhində buyurur:
Əgər bəndə öz niyyətini saf və xalis edib hacətini Allah-taaladan istəsə, Allah onun hacətini başqasından daha tez icabət edər və istəyinə çatdırar. Demək, hacətini başqasından istəmək ağlın azlığından irəli gələn fəsaddır, necə ki, küfr də ağılsızlıq nişanəsidir...[3]