Həzrət Zeynəbi-Kubra əleyhasəlamın təvəllüdü
22 November 2024
01:25
۲۲۴
Xəbərin xülasəsi :
-
Həzrət Fatiməi-Zəhranın (əleyhasəlam) şəhadəti
-
Həzrət Zeynəbi-Kubra əleyhasəlamın təvəllüdü
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) qısa ziyarətnaməsi
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) vəfatı
-
Həzrət imam Həsən Əsgərinin (əleyhissəlam) təvəllüdü
-
Həzrət Ayətullah Fazel Lənkəraninin əhli-sünnə cümə və camaat imamları ilə toplantısında verdiyi açıqlamalar
Bismilləhir-Rahmənir-Rahim
Həzrət Zeynəbi-Kubra əleyhasəlamın təvəllüdü
Hicri-qəməri 1444-cü il cumadil-ula ayının 5-i, miladi 2022-ci il noyabrın 30-u həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) nəvələri arasında, vilayət bağının ilk nərgizi həzrət Zeynəbi-Kubra (əleyhasalam), iman və təqva, elm və mərifət, səbir, həya və digər insani fəzilətlərlə tamamlanmış, kamil bir insanın təvəllüd günüdür. O, bütün dünya qadınları arasında nümunədir və hər yerdə səbir, dözüm və dəyanət mənaları gəlsə, bu böyük şəxsiyyətin adı ilk olaraq zehinlərdə hallanır.
Həzrət Zeynəb-Kubranın (əleyhasalam) fəzilətlərindən
Həzrət İmam Əli ibn Huseyn Zeynəl-abidin əleyhissəlam həzrət Zeynəb əleyha salama xitab edərək buyurur:
أنتِ بِحَمدِ اللّه عالِمَةٌ غَيرُ مُعَلَّمَةٍ، فَهِمَةٌ غَيرُ مُفهَّمَةٍ
“Əlhəmdulillah sən vəhy mənbəyindən elm öyrənən bir alimsən və hər hansı bir müəllimdən dərs almadan fəhm və idraka maliksən.”
Mənbə: Əl-Ehticac (mərhum Təbərsi), cild-2, səh. 305