Həzrət Ummul-bənin əleyhasəlamın vəfat günü
24 November 2024
07:07
۱۸۳
Xəbərin xülasəsi :
-
Həzrət Fatiməi-Zəhranın (əleyhasəlam) şəhadəti
-
Həzrət Zeynəbi-Kubra əleyhasəlamın təvəllüdü
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) qısa ziyarətnaməsi
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) vəfatı
-
Həzrət imam Həsən Əsgərinin (əleyhissəlam) təvəllüdü
-
Həzrət Ayətullah Fazel Lənkəraninin əhli-sünnə cümə və camaat imamları ilə toplantısında verdiyi açıqlamalar
Bismilləhir-Rahmənir-Rahim
Həzrət Ummul-bənin əleyhasəlamın vəfat günü
Hicri-qəməri 1444-cü il cumadis-saniyə ayının 13-ü, miladi 2023-cü il yanvar ayının 6-ı Kərbəlada imam Huseyn əleyhissəlamın vəfalı yoldaşlarının sərkərdəsi həzrət Əbul-Fəzl Abbas və digər üç şəhid qardaşının (əleyhimussəlam) əziz anası Xanım Ummul-bənin əleyhasəlamın vəfat gününün ildönümüdür. Bu qəmli gün münasibətilə İmam Sahib əz-zaman əleyhissəlama və bütün mömin və möminə bacı-qardaşlara təsəlli və başsağlığı deyirik.
Həzrət Ummul bənin əleyhasəlamın əsl adı Fatimə bint Hizamdır. Həzrət Əli ibn Əbi Talib (əleyhissəlam) Xanım Fatiməi-Zəhra əleyhasəlamın şəhadətindən bir müddət sonra Xanım Ummul bənin ilə ailə qurmuşdur.
Tarixdə bu qadının özünün anadan olduğu vaxt qeyd olunmayıb. Lakin onun böyük oğlu Həzrət Əbülfəzl Abbas (əleyhissalam) hicrətin 26-cı ilində dünyaya gəldiyi göstərilir. Bu qadın özünün əxlaqı, şücaəti, kəramətləri və isməti ilə tarix kitablarında tanınır. Tarix nişan verir ki, Ümmül Bənin Kərbəlada olmamışdır, lakin imam Hüseyn (əleyhissalam) Kərbəla səfərinə yola düşərkən o, dörd oğlunu- Abbas, Abdullah, Cəfər, Osman- öz əlləri ilə kömək üçün İmamla (əleyhissalam) göndərir. Kərbəla hadisəsindən sonra övladlarının şəhadət xəbərini eşitdikdə hamıdan çox imam Hüseynə (əleyhissalam) ağlayır və öz oğullarının ona fəda olmasına şad olur. Bu da onun imanının nə dərəcədə yüksək olmasına işarədir. Ummul bənin həzrət İmam Huseyn (əleyhissəlam) və dörd oğlu üçün əzadarlıq edib növhə oxuyardı, belə ki, o Xanımın əzadarlığını görüb və qəmli-qəmli növhə oxumasını eşidənlər onunla həmnəva olardılar. Hətta deyilir ki, Əhli-beyt (əleyhimussəlam) ilə düşmənçilik edən insanlar da belə xanımın səsini eşitdikdə tab gətirməyib ağlayardılar. Xanım Ummul bəninin (əleyhasəlam) dəfn olunduğu məkan Mədinə şəhəri Bəqiy qəbristanındadır. Ruhu şad olsun!