Həzrət Zəhra əleyhasəlam Əhli-beytin mehvəridir

24 November 2024

05:13

۲۴۸

Xəbərin xülasəsi :
Salavatın mehvəri Əhli-beytdir, Əhli-beytdə mehvər həzrət Fatimei-Zəhradır. Ona görə də Peyğəmbər buyurur: Əgər mənə salavat deyib Əhli-beytimi zikr etməsəniz, o salavat əbtər və naqisdir
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Həzrət Zəhra əleyhasəlam Əhli-beytin mehvəridir

Namazda əgər təşəhhüd deyilməsə və təşəhhüddə Peyğəmbər və onun Əhli-beytinə salavat deyilməsə, bu namaz qəbul deyil. Salavatın mehvəri Əhli-beytdir, Əhli-beytdə mehvər həzrət Fatimei-Zəhradır. Ona görə də Peyğəmbər buyurur: Əgər mənə salavat deyib Əhli-beytimi zikr etməsəniz, o salavat əbtər və naqisdir.

Duada Həzrətin mehvər olmasına dair; Mubahilə ayəsinin nuzul şənində deyilir: Həzrət Peyğəmbər (sallallahu əleyhi və alih) Əhli-beyti ilə mübahiləyə getdikdə onlara belə deyir:

 إذا دَعَوْتُ فَأمِّنُوا

“Mən dua etdiyim zaman siz “amin!” deyin.”

Bunun mənası odur ki, Xanım Zəhranın nəfəsi və “amin” deməsi Rəsulullahın duasında təsirlidir.

Zəməxşəri bu hadisəni nəql edəndən sonra belə nəticə alır: “Bu hadisədə “Kisa” səhabələrinin fəzilətinə dair bir dəlil vardır ki, heç bir başqa dəlil ondan güclü ola bilməz.” Bu kəlməni tanınmış əhli-sünnə alimi deyir, ardınca deyir: “Bu, (həm də) Peyğəmbərin nübüvvətinə dair bir dəlildir!”[1]

Kisa səhabələri kimdir? Mən çox müxtəsər deyirəm: Təthir ayəsi nazil olduqdan sonra həzrət Peyğəmbər Xanım Fatimə, imam Əli, imam Həsən və imam Huseyn əleyhimussəlamı öz əbasının altına alıb buyurur: İlahi! Sən şahidsən ki, bunlar mənim Əhli-beytimdir.

Bu beş nəfərə “Əshab Əba”, ya “Pənc tən Ali Əba” da deyirlər. Mələklər bu səhnəni gördükdə, soruşurlar ki, onlar kimlərdir? Həzrət Cəbrail deyir:

هم فاطمة و ايها و بعليها و بنيها

“Onlar Fatimə və atasıdır, Fatimənin həyat yoldaşı və iki oğludur.”

Sanki həzrət Fatimənin Əhli-beytə mehvər olması və Ali Əbanın o Həzrətin vasitəsilə tanıtdırılmasından Allah-taala da razıdır.



[1] Kəşşaf, cild-1, səh. 434


Etiketlər :

Həzrət Zəhra əleyhasəlam Əhli-beytin mehvəridir