Həzrət Rəsuləllahın (sallallahu əleyhi və alih) rehləti
24 November 2024
00:11
۱۹۷
Xəbərin xülasəsi :
-
Həzrət Fatiməi-Zəhranın (əleyhasəlam) şəhadəti
-
Həzrət Zeynəbi-Kubra əleyhasəlamın təvəllüdü
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) qısa ziyarətnaməsi
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) vəfatı
-
Həzrət imam Həsən Əsgərinin (əleyhissəlam) təvəllüdü
-
Həzrət Ayətullah Fazel Lənkəraninin əhli-sünnə cümə və camaat imamları ilə toplantısında verdiyi açıqlamalar
Bismilləhir-Rahmənir-Rahim
Həzrət Rəsuləllahın (sallallahu əleyhi və alih) rehləti
Hicri qəməri 1445-ci il səfər ayının 28-i, miladi 2023-cü il sentyabrın 14-ü Allahın həbibi və Rəsulu həzrət Muhəmməd ibn Abdullahın (sallallahu əleyhi və alih) vəfatının və onun əziz nəvəsi Fatimei-Zəhranın (əleyha səlam) qəlbinin parası həzrət Həsən ibn Əlinin (əleyhiməssəlam) şəhadətinin ildönümü günüdür.
Bu böyük müsibətli günün münasibətilə öncə Allah-taalanın yer üzündə təyin etdiyi sonuncu hüccəti və imamı həzrət Məhdi Sahib əz-Zamana (Allah onun şərəfli zühurunu tezləşdirsin) sonra bütün mömin bacı-qardaşlara, xüsusən də müqəddəs Qurani-Kərimin ayrılmaz hissəsi, Əhli-Beyt (əleyhimussəlam) aşiqlərinə səmimi təsəlli və başsağlığı deyirik. Allah-taala bu günün əzadarlığını Əhli-Beyt əleyhimussəlamın bütün aşiqlərindən qəbul etsin, Amin ya Rəbb!
Həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) hikmətli kəlamlarından
1-Ümmәtimdәn iki dәstә islаh оlunsа, ümmәtim tаmаmilә islаh оlаr, fаsid оlsа, tаmаmilә fаsid оlаr: Аlimlәr vә hаkimlәr.
2-Müsәlmаn оdur ki, müsәlmаnlаr оnun әli vә dilindәn аmаndа qаlsınlаr (ondan zərər görməsinlər).
3-Yахşı işә yоl göstәrәn özü sаnki о işi görür.
4-Cәnnәt аnаlаrın аyаqları аltındаdır.
5-Qаdınlаrlа dаvrаnışdа Аllаhdаn qоrхun vә оnlаrа yаrаyаn yахşılığı әsirgәmәyin.
6-İnаdlı оlmаqdаn çәkinin, çünki оnun sәbәbi nаdаnlıq, nәticәsi isә pеşmаnlıqdır.
7-Dоğru dаnışmаq ürәyi аrхаyınlаşdırаr, yаlаn dаnışmаq şübhә vә pәrişаnlıq gətirər.
8-Ürәk islаh оunmаyıncа imаn yаrаnmаz, dil islаh оlmаzsа, ürәk islаh оlmаz.
9-Hаlаl sәrvәtin yахşı аdаm әlindә оlmаsı çох gözәldir.
10-Аdаmlаrı dоstlаrındаn tаnı, çünki insаn özünә uyğun оlаnla dost olar.
Allaha iman gətirənlərin və Onun sevdiyi əməlləri yerinə yetirənlərin dua və istəkləri həyata keçsin insa Allah!
İltimas dua!