Həzrət Əbu Talib əleyhissəlamın vəfatı
23 November 2024
20:48
۱۶۱
Xəbərin xülasəsi :
-
Həzrət Fatiməi-Zəhranın (əleyhasəlam) şəhadəti
-
Həzrət Zeynəbi-Kubra əleyhasəlamın təvəllüdü
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) qısa ziyarətnaməsi
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) vəfatı
-
Həzrət imam Həsən Əsgərinin (əleyhissəlam) təvəllüdü
-
Həzrət Ayətullah Fazel Lənkəraninin əhli-sünnə cümə və camaat imamları ilə toplantısında verdiyi açıqlamalar
Bismilləhir-Rahmənir-Rahim
Həzrət Əbu Talib əleyhissəlamın vəfatıBu qəmli və kədərli gün münasibətilə Peyğəmbər və Ali Peyğəmbərə (sallallahu əleyhi və alih), xüsusən həzrət İmam Zaman əleyhissəlama, eləcə də bütün şiələrə və Əhli-beyti (əleyhimussəlam) sevənlərə təsəlli və başsağlığı deyirik.
Həzrət imam Baqir əleyhissəlam Əbu Talib əleyhissəlamın imanı və fəziləti haqda buyurur:
«لَوْ وُضِعَ اِیمَانُ اَبُوطَالِبٍ علیه السلام فِی کَفَّةٍ وَایِمَانُ هَذَا الْخَلْقِ فِی الْکَفَّةِ الاُخْرَی، لَرَجَحَ اِیمَانُهُ»
“Əgər Əbu Talibin imanını tərəzinin bir gözünə və bütün xalqın imanını tərəzinin o biri gözünə qoysalar, Əbu Talibin imanı onların hamısının imanından ağır gələr.”
Mənbə: Biharul-ənvar, cild-35, səh. 156
Əbu Talib əleyhissəlam qəsidəsinin bir hissəsində buyurur:
-Şərafətli və idraklı insanlar bilsinlər ki, Muhəmməd (sallallahu əleyhi və alih) Musa və İsa kimi peyğəmbərdir.
-Səma nuru o ikisinin ixtiyarında olduğu kimi, o da bundan bəhrələnmişdir.
-Bütün peyğəmbərlər Allahın əmri ilə insanlara yol göstərir və onları günahlardan çəkindirirlər.
-Qureyş əhli! Təsəvvür edirsiz ki, onu ələ keçirə biləcəksiz, sizin bu arzunuz, yalnız pərişan bir yuxudur.
-O peyğəmbərdir, Allah tərəfindən ona vəhy nazil olur.
Mənbə: Peyğəmbər əkrəmin tarixindən səhifələr, səh. 163, Ayətullah Subhaninin Əbu Talibin şer divanından, səh. 32 və İbn Hişamın tarix kitabından, cild-1, səh. 373
Allah-taala bütün möminlərin ibadət və itaətlərini qəbul etsin!