Həzrət Əbu Talib əleyhissəlamın vəfatı

18 April 2024

11:05

۸۰

Xəbərin xülasəsi :
Hicrətdən üç il əvvəl, besətin 10-cu ili, rəcəb ayının 26-ı tarixində həzrət Əmirəl-möminin Əli əleyhissəlamın əziz atası, həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) himayədarı Seyyid Bətha həzrət Əbu Talibin (əleyhissəlam) vəfat günüdür
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Həzrət Əbu Talib əleyhissəlamın vəfatı

Hicrətdən üç il əvvəl, besətin 10-cu ili, rəcəb ayının 26-ı tarixində həzrət Əmirəl-möminin Əli əleyhissəlamın əziz atası, həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) himayədarı Seyyid Bətha həzrət Əbu Talibin (əleyhissəlam) vəfat günüdür.

Bu qəmli və kədərli gün münasibətilə Peyğəmbər və Ali Peyğəmbərə (sallallahu əleyhi və alih), xüsusən həzrət İmam Zaman əleyhissəlama, eləcə də bütün şiələrə və Əhli-beyti (əleyhimussəlam) sevənlərə təsəlli və başsağlığı deyirik.

Həzrət imam Baqir əleyhissəlam Əbu Talib əleyhissəlamın imanı və fəziləti haqda buyurur:

«لَوْ وُضِعَ اِیمَانُ اَبُوطَالِبٍ علیه السلام فِی کَفَّةٍ وَایِمَانُ هَذَا الْخَلْقِ فِی الْکَفَّةِ الاُخْرَی، لَرَجَحَ اِیمَانُهُ»

“Əgər Əbu Talibin imanını tərəzinin bir gözünə və bütün xalqın imanını tərəzinin o biri gözünə qoysalar, Əbu Talibin imanı onların hamısının imanından ağır gələr.”

Mənbə: Biharul-ənvar, cild-35, səh. 156

Əbu Talib əleyhissəlam qəsidəsinin bir hissəsində buyurur:

-Şərafətli və idraklı insanlar bilsinlər ki, Muhəmməd (sallallahu əleyhi və alih) Musa və İsa kimi peyğəmbərdir.

-Səma nuru o ikisinin ixtiyarında olduğu kimi, o da bundan bəhrələnmişdir.

-Bütün peyğəmbərlər Allahın əmri ilə insanlara yol göstərir və onları günahlardan çəkindirirlər.

-Qureyş əhli! Təsəvvür edirsiz ki, onu ələ keçirə biləcəksiz, sizin bu arzunuz, yalnız pərişan bir yuxudur.

-O peyğəmbərdir, Allah tərəfindən ona vəhy nazil olur.

Mənbə: Peyğəmbər əkrəmin tarixindən səhifələr, səh. 163, Ayətullah Subhaninin Əbu Talibin şer divanından, səh. 32 və İbn Hişamın tarix kitabından, cild-1, səh. 373


Allah-taala bütün möminlərin ibadət və itaətlərini qəbul etsin!


Etiketlər :

Həzrət Əbu Talib əleyhissəlamın vəfatı