Elmi hövzədə süni intellektə xüsusi diqqət

24 November 2024

08:41

۲

Xəbərin xülasəsi :
Həzrət Ayətullah Fazel Lənkəraninin “Əimmeyi-Əthar” elmi-tədqiqat tədris kompleksinin kurslarının açılış mərasimindəki açıqlamaları
آخرین رویداد ها

Bismillahir-rahmənir-rahim

Elmi hövzədə süni intellektə xüsusi diqqət / Ruhanilərin vəzifəsi xalqın dindarlığının qayğısına qalmaqdır

Xəbərin xülasəsi

Həzrət Ayətullah Fazel Lənkəraninin “Əimmeyi-Əthar” elmi-tədqiqat tədris kompleksinin kurslarının açılış mərasimindəki açıqlamaları

 

بِسْمِ اللهِ الرَّحْمٰنِ الرَّحيمْ
الْحَمْدُ للّه رَبِّ الْعَالَمِينْ وَصَلَى الله عَلَىٰ سَيِّدَنَا مُحَمَّدٍ وَآلِهِ الطَّاهِرِينْ

«لَقَدْ جَاءَكُمْ رَسُولٌ مِّنْ أَنفُسِكُمْ عَزِيزٌ عَلَيْهِ مَا عَنِتُّمْ حَرِيصٌ عَلَيْكُم بِالْمُؤْمِنِينَ رَءُوفٌ رَّحِيمٌ»

Sonuncu peyğəmbər Həzrət Muhəmmədin (sallallahu əleyhi və alih) və həmçinin şiə məzhəbinin başçısı İmam Cəfər Sadiqin (əleyhissəlam) səadətli mövludunu İmam Zamanın (Allah onun zühurunu tezləşdirsin) mübarək hüzuruna və bütün müslümanlara, şiələrə, hörmətli və əziz qonaqlara təbrik deyir və İslam ümməti üçün mühüm günlərdən biri olan "vəhdət həftəsini" dərin hörmətlə qeyd edirik.

Bir neçə sözlə Peyğəmbəri Əkrəmin (sallallahu əleyhi və alih) doğum günü münasibətilə danışıb, sonra bəzi məqamlara toxunmaq istəyirəm. Elmi hövzələrdə vacib məsələlərdən biri, Peyğəmbəri Qurani-Kərim gözü ilə təqdim etməkdir. Bu məsələnin zəruriliyi yalnız müsəlman ailələrindən xaricində olan insanlar üçün deyil, bəzən özümüz də hiss edirik ki, müsəlman ümməti də Peyğəmbəri kifayət qədər düzgün tanımamışdır. Məqsəd ancaq Peyğəmbərin zahidliyi və şəxsi həyatı ilə bağlı məqamları təqdim etmək deyil, eyni halda bu məsələlər də öz yerində tam şəkildə qiymətləndirilməlidir. Biz, inqilabın Ali rəhbərinin təyinatı ilə ölkəmizdə "Peyğəmbər ili"ni qeyd etmişik. Amma eyni zamanda bəzi yazılardan və mövqelərdən görürük ki, elmi və fikri iddiaları olan əli qələm tutanlar Peyğəmbərin həqiqi vücudunu və o cümlədən, onun İslam ümmətinə və ümumilikdə bəşəriyyətə gətirdiyi dəyərləri tam şəkildə aydın olmamışdır.

Tilavət edilən ayədə Allah buyurur: «لَقَدْ جَاءَكُمْ رَسُولٌ مِنْ أَنْفُسِكُمْ عَزِيزٌ عَلَيهِ مَا عَانِتُّمْ» Əziz Peyğəmbərimiz, cəmiyyətin bütün kədərini öz üzərində hiss edirdi, sanki cəmiyyətə gələn hər hansı bir sıxıntı və ağrı, ilk növbədə ona gəlirdi, çünki o Həzrət ümmətinin işlərinə şahiddir. » حَرِيصٌ عَلَيْكُم «, Peyğəmbər insanları doğru yola yönəltməyə çox həssas və diqqətli idi.

 Bu məsələyə bir az daha diqqətlə yanaşmalıyıq. Deməli, Peyğəmbər yalnız Allah tərəfindən verilən vəhyin insanlara çatdırılması ilə kifayətlənən bir elçi deyildi ki, desin: “Mən camaata Allahın risalətini çatdırdım və artıq camaatla heç bir işim yoxdur, istər əməl edərlər, istərsə də xeyr!” Belə deyildi, Peyğəmbər insanların imanına, tövhid dərəcələrinə, anlayış və inanclarına, əxlaq və davranışlarına və əhkam məsələlərini icra etmələrinə qarşı həssas və diqqətli idi.

Bəzən biz bəzi cüzi məsələlərə təkid edəndə, bəziləri ki, ürəkləri xəstədir, düşünürlər ki, biz digər işlərlə maraqlanmırıq! Yox, bu ifadə – «حریصٌ علیکم» – usul termini ilə desək, mütləqdir və geniş şəkildə anlaşılmalıdır. Yəni Peyğəmbər insanların inancları, əxlaqı və hüquq məsələlərinə qarşı, ümumilikdə çox həssas idi. Əslində, əgər birisi desə ki, Allahın Rəsulunun vəzifəsi yalnız sadəcə risaləti iblağ etmək olmuşdur, bu «حریصٌ» ifadəsi ilə uyğun gəlmir.

Quranın "Kəhf" surəsində deyilir: «فَلَعَلَّكَ بَاخِعٌ نَفْسَكَ عَلَى آثَارِهِمْ إِنْ لَمْ يُؤْمِنُوا بِهَذَا الْحَدِيثِ أَسَفًا» (Bəlkə də sən, əgər insanlar bu Qurana iman gətirməzlərsə, üzülüb özünü öldürmək istəyirsən) – «باخعٌ» (baxiun) həm lüğət baxımından, həm də ayənin şərhində olan hədislərə görə «qatilun» mənasındadır. Yəni Allah deyir ki, sən, insanların bu Qurana iman gətirməyib, bəzilərinin müşrik və kafir qalmasını gördükdə özünü həlak etmək istəyirsən? Bu ifadə Quranın iki yerində gəlmişdir, biri burada, digəri də mübarək “Şuəra” surəsində, belə ki, buyurur: «‌‌لَعَلَّكَ بَاخِعٌ نَفْسَكَ أَلَّا يكُونُوا مُؤْمِنِينَ».

Burada belə sual yaranır ki, bu ifadələrin fiqhi peyğamı nədir? Görəsən, bu ifadələr ancaq Peyğəmbərin əxlaqi səciyyəsini göstərir, yaxud fiqhi və hüquqi mənaları da vardır?

Bu ayələrin əhəmiyyətli hüquqi peyğamından biri ruhanilərə yönəlir. Çünki «العلماء ورثة الانبیاء» hədisinə əsasən, ruhanilər ənbiyanın varisləri iddiasındadırlar. Elə isə gərək xalqın imanına nisbət həris və həssas olsunlar. Əgər cəmiyyətdə iman zəifliyi olsa, onlar sakit və aram oturmamalıdır. Bəzən bəhs edirlər ki, ruhanilərin dəxalət etmələrinə nə dəlilləri vardır? Bəzən də səhv olaraq “Əmr be məruf və nəhy əz munkər” hökmünü elə məhdudlandırırlar ki, ancaq Məsumların (əleyhimussəlam) özlərinə yönəlir, olub-olmamasının heç bir fərqi görülmür. Dinə bu cür yanaşmaq olmaz, insanların inanc və rəftarına diqqət yetirilməsi Quran ayələrinin aydın və zahiri hökmüdür. Ruhanilər insanların dindarlığının qayğısına qalmağa borcludurlar. İnqilabdan əvvəl xalqın dindarlığına qarşı əməli şəkildə qayğı göstərildiyi üçün inqilabın əsasları xalqın qəlbində kök saldı. Bu gün o vaxtdan daha güclü olmalıdır, çünki din cəmiyyətdə daha geniş mənada hallanır, ruhanilərin belə bir ciddi vəzifəsi vardır.

Ruhanilərlə müxalifət etmək istəyən bəziləri deyirlər ki, ruhanilər ancaq xurafat və mövhumat gətiriblər. Təəssüf ki, bu ədalətsiz nisbəti həm də universitet professoru adı daşıyan şəxs edib. Ruhanilər mövhumatı harda axtarırlar? Ruhanilərin sözləri Quran və İtrətin buyurduqlarına əsaslanır. Ruhanilər həqiqətləri və maarifi müzakirə edirlər. Məgər Əbu Əli Sina ruhani təbəqəsindən deyildimi? Farabi, Molla Sədra, Xacə Nəsirəddin, universitetlərin elmi məsələlərinin kökü hələ də onların nəzəriyyələrinin əsasında müzakirə olunanlar ruhanilər sinfindən deyilmi? Biz ruhanilər arasında fövqəladə elmi əhatəliliyə malik şəxsiyyətlərlə fəxr edirik.

Ruhanilər elm məzhəridirlər. Biz bütün elmlərə hörmətlə yanaşmağımızla bərabər, amma nurla qarışan və vəhyə bağlı olan elm ancaq ruhanilərin ixtiyarındadır. Doğrudur, bütün elmlərin mənşəyi, elmi  xəlq edənAllah-taaladır. Lakin əsası Quran və İtrə olan elmin təməli din hövzələrindədir. Biz İlahi mərifətə yiyələnən elmdən çətin, dərin və təsirli hansı elmi tanıyırıq? Ruhanilər bunları araşdırır və daima təkamüldədir. Dini hövzələr bu təməlləri daim yenidən qurur və zənginləşdirir. Hövzələrdə zənginləşdirmə daimi xarakter daşıyır, bu, hövzələrin əsas məsuliyyətidir.

Əgər biz bu dərinliyi hövzələrdə itirəriksə, əsas məsuliyyətimizdən uzaqlaşmış olarıq. Əgər tələbələr məzmunun dərinliyinə və həqiqətinə diqqət yetirmədən yalnız diplom almaq, qiymət toplamaq və ya səviyyə yüksəltmək üçün çalışarsa, biz bu həqiqətdən uzaqlaşmışıq. Əgər bu gün ruhaniyyətin zərərlərini yaxşı araşdırsaq, görərik ki, bunların kökü dini elmlərə səthi yanaşmaq, o cümlədən, etiqadlar, fiqh, əxlaq və s. sahələrdə geri qalmağımıza qayıdır. Bu da, həm hörmətli hövzə rəhbərlərinə, həm də bizə ciddi xəbərdarlıqdır və hövzə məsulları, ustadlar və tələbələr də məsuliyyət daşıyır.

(ardı var)


Etiketlər :

Elmi hövzədə süni intellektə xüsusi diqqət / Ruhanilərin vəzifəsi xalqın dindarlığının qayğısına qalmaqdır