Dində bidət, fitnələrin başlangıcıdır
26 November 2024
04:22
۰
Xəbərin xülasəsi :
-
Həzrət Fatiməi-Zəhranın (əleyhasəlam) şəhadəti
-
Həzrət Zeynəbi-Kubra əleyhasəlamın təvəllüdü
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) qısa ziyarətnaməsi
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) vəfatı
-
Həzrət imam Həsən Əsgərinin (əleyhissəlam) təvəllüdü
-
Həzrət Ayətullah Fazel Lənkəraninin əhli-sünnə cümə və camaat imamları ilə toplantısında verdiyi açıqlamalar
Bismillahir-rahmənir-rahim
Dində bidət, fitnələrin başlangıcıdır
Xəbərin xülasəsi
Həzrət Ayətullah Fazıl Lənkəraninin “Üsul fiqh” dərsinin başlanğıcında etdiyi çıxışları
بِسْمِ اللهِ
الرَّحْمٰنِ الرَّحيمْ
الْحَمْدُ للّه رَبِّ الْعَالَمِينْ وَصَلَى الله عَلَىٰ سَيِّدَنَا مُحَمَّدٍ
وَآلِهِ الطَّاهِرِينْ
Bu gün yeni dərs ilinin başlanğıcıdır, uğur və bərəkət diləyərək həzrət Əmirəlmöminin (əleyhissəlam)-ın bir kəlamını qeyd edirik.
Həzrət, Nəhcul-Bəlağə kitabının 50-ci xütbəsində, mərhum Kuleyni də “Fəzlül-elm” kitabında, “بدء الرأی و المقاییس” fəslində doğru isnadla Məhəmməd ibn Muslim vasitəsilə İmam Baqir (əleyhissəlam)-dan Əmirəlmöminin (əleyhissəlam)-ın bu kəlamını nəql edib:
Ey insanlar! Həqiqətən də fitnələrin baş verməsinin başlanğıcı, arzu və istəklərə tabe olmaq və bidət hökmlərin verilməsi olur. Bu zaman Allahın kitabı ilə müxalifət edilir və onun ziddinə hökmlər verilir və bu hökmləri həyata keçirməkdə bəziləri bəzilərinə kömək edirlər. Əgər batil həqiqətlə qarışdırılmasaydı, haqqı axtaranlara gizli qalmazdı. Əgər haqq batildən ayrılsaydı, inadkarların dilləri nahaqdan kəsilərdi. Amma (fitnə zamanı) batil və haqq bir-birinə qarışdırılır, bir qədər haqdan və bir qədər batildən qarışdırılır və beləliklə şeytan öz tərəfdarlarına hakim olur, ancaq Allahın lütfü şamil olan insanlar (fitnədən) nicat tapıb, qurtarırlar."
Amma (fitnə zamanı) batil və haqq bir-birinə qarışdırılır, bir qədər haqdan və bir qədər batildən qarışdırılır və beləliklə şeytan öz tərəfdarlarına hakim olur, ancaq Allahın lütfü şamil olan insanlar (fitnədən) nicat tapıb, qurtarırlar."
Bu kəlamın əvvəlini çox eşitmisiniz, amma çox zaman son hissəsi az müzakirə olunur və vurğulanır, halbuki demək olar bütün məna onun sonundadır.
Həzrət Əmirəlmöminin (ə) buyurur ki, bütün fitnələrin kökü, nəfsani arzu və istəklərə tabe olmaq və ya dində bidət olan hökmlərin verilməsidir. Əgər insanlar öz nəfsi istəkləri, dünya sevgisi, şöhrət və vəzifə arzularının ardınca getsələr, bu fitnənin başlanğıcı olur. Yəni, nəfsin istəyi fitnələrə, münaqişələrə və qarşıdurmalara zəmin yaradır.
Fitnəni icad edən ikinci məsələ isə bidət olan hökmlərdir, yəni insanın özündən din adı altında yalnış qanunları çıxarması fitnə yaradır. Bəzi “Nəhcul-Bəlağə” şərhçiləri bunu belə izah ediblər ki, nəfsin istəyi ilə bidət qoymaq - amma bu sözün zahirindən fərqlidir. Zahiri mənada (həm nəfsi istəklərə tabe olmaq və həm də bidət qoymaq) hər biri müstəqil olaraq fitnə yaratmağın başlanğıcıdır.
Mən bu ikinci məsələyə, yəni «احکام تبتدع» (bidət əsasında qoyulan hökmələrə) daha çox diqqət yetirmək istəyirəm. Mərhum Kuleyni də (Allah ona rəhmət etsin) Əmirəlmöminin (ə)-ın bu kəlamını həmin münasibətlə bu fəslin ikinci hissəsində qeyd etmişdir. Doğrudur, cəmiyyətin bütün təbəqələri nəfsi istəklərə tabe olmaq məsələsində axsayırlar; ruhani və qeyri-ruhanilər, alim və qeyri-alimlər, varlı və kasıb... Amma bu ikinci amil, yalnız o dini alimlərə aiddir ki, bidət olan hökmləri din qanunları adı ilə dinin bir hissəsi kimi təqdim edirlər.
Bəzən düşünürük ki, Allahın bir hökmünü yuxarı-aşağı edib dəyişdirsək, nə olar ki? Nəhayəti Allah bizdən narazı olar, biz Allahın hüdudlarını pozmuş olarıq. Amma əslində bidət, insanlar arasında fitnə yaradır. Çünki İlahi hökmlər, əgər hər biri öz yerində doğru tətbiq olunsa, insanların sükunət və rahatlığın təmin edir, cəmiyyətdə bir əmin-amanlıq yaranır. Amma əgər bidət qoyulsa; Allahın halalını haram, haramını isə halal edilsə, bu fitnə və qarşıdurmaların qaynağı olar.
Sonra bu «يُخَالَفُ فِيهَا كِتَابُ اللهِ» (Allahın kitabı ilə müxalifət edilir) hamısı “أَحْكَامٌ تُبْتَدَعُ” (bidət hökmlərin verilməsi) üçündür, həinki “أَهْوَاءٌ تُتَّبَعُ” üçün. Bidət nədir? Quranın açıq-aydın hökmləri ilə müxalifət etmək. Diqqət edin, hicab məsələsində, əgər həqiqətən bütün insanlar Allah-taalanın buyurduğu hökmə təslim olsaydılar, !401-ci ildə (2022 miladi) yaranmış böhran baş verərdimi? Görün nə qədər problem yarandı? Nə qədər ziyan vuruldu? Nə qədər yaralandı, nə qədər həlak oldular və hələ də təsirləri görsənir. Cəmiyyətdə bir İlahi hökmlə müxalifət etməyin bu qədər təsiri vardır. «يُخَالَفُ فِيهَا كِتَابُ اللهِ».
Bidətin digər xüsusiyyətləri budur ki, bir qrup digər qrupu özlərinə imam və himayəçi təyin edirlər, «وَ يَتَوَلَّى عَلَيْهَا رِجَالٌ رِجَالًا». Bəhailər, vəhhabilər, babilər, yeni yaranmış ürfanlar, sufilik və s.
Mən”virtual aləm”də sufilərin fikirləri ilə bağlı qısa bir filmdə gördüm ki, açıq şəkildə deyirdi ki, özünü namaz halında əgər öz qütb və mürşidinin yanında görsən, namazın doğrudur. Bu söz bidətdir. Bəzilərini özlərinə öndəm təyin ediblər və Məsum İmamın (əleyhissəlam) şəninə uyğun sözləri həmin öndəmə nisbət verirlər. Məsum İmam hara və başdan-ayağa xata və səhvə mübtəla olan bir insan hara? Məsumlardan başqa bütün insanlar səhv və xəta edə bilərlər.
(ardl var)