Dində bidət, fitnələrin başlangıcıdır
26 November 2024
00:20
۰
Xəbərin xülasəsi :
-
Həzrət Fatiməi-Zəhranın (əleyhasəlam) şəhadəti
-
Həzrət Zeynəbi-Kubra əleyhasəlamın təvəllüdü
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) qısa ziyarətnaməsi
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) vəfatı
-
Həzrət imam Həsən Əsgərinin (əleyhissəlam) təvəllüdü
-
Həzrət Ayətullah Fazel Lənkəraninin əhli-sünnə cümə və camaat imamları ilə toplantısında verdiyi açıqlamalar
Bismillahir-rahmənir-rahim
Dində bidət, fitnələrin başlangıcıdır
Xəbərin xülasəsi
Həzrət Ayətullah Fazıl Lənkəraninin “Üsul fiqh” dərsinin başlanğıcında etdiyi çıxışları
بِسْمِ اللهِ الرَّحْمٰنِ الرَّحيمْ
الْحَمْدُ للّه رَبِّ الْعَالَمِينْ وَصَلَى الله عَلَىٰ سَيِّدَنَا مُحَمَّدٍ وَآلِهِ الطَّاهِرِينْ
Sonra Həzrət Əmirəlmöminin (ə) deyir: «فَلَوْ أَنَّ الْبَاطِلَ خَلَصَ مِنْ مِزَاجِ الْحَقِّ لَمْ يَخْفَ عَلَى الْمُرْتَادِينَ». Batil açıq şəkildə ortaya çıxarsa, insanlar onun batil olduğunu dərhal anlayar. Əgər batil aşkar şəkildə meydana gəlsə, aqil insan batilin harada olduğunu dərhal bilər, «وَ لَوْ أَنَّ الْحَقَّ خَلَصَ مِنْ لَبْسِ الْبَاطِلِ انْقَطَعَتْ عَنْهُ أَلْسُنُ الْمُعَانِدِينَ، وَ لَكِنْ يُؤْخَذُ مِنْ هَذَا ضِغْثٌ وَ مِنْ هَذَا ضِغْثٌ فَيُمْزَجَانِ». Mən əsasən, həzrət Əmirəlmöminin əleyhissəlamın buyurduğu kəlamın bu son hissəsinə diqqətinizi cəlb edirəm. Ərz etdim, həm «یخالف فیها کتاب الله» bidət qoyulmuş hökmlərə aid olur, həm də batili haqqa qatmaq, bunların hamısı bidət əsasında verilmiş hökmlərə aiddir. Həzrət buyurur: «فَهُنَالِكَ يَسْتَوْلِي الشَّيْطَانُ عَلَى أَوْلِيَائِه»ِ. Şeytan nə zaman öz ardıcıllarına hakim ola bilir? O zaman ki, görür, insan batili haqqa qarışdırır. Bu bizim üçün çox vacib olmalıdır. Biz elm sahəsində görək haqq və həqiqət nədir? Görək Allah-taala nə buyurur? Allah haqqın əsası və haqqın özüdür. Hər şey Allaha bağlansa, o, haqdır və Allahdan qeyrisinə bağlanan hər bir şey batildir.
Biz gərək elmi araşdırmalarda bu məsələni əsas və mehvər tutaq ki, haqqı axtaraq və görək diin bəyan etdiyi nədir? Sonra məhz onu xalqa çatdıraq, özümüzdən nəsə düzəldib onu saxtalaşdırıb insanlara verməyək.
Bu, ruhanilərin şərəfidir ki, Səqleynə, Qurana və İtrətə əsaslanır, əsası haqqı dərk etməkdir. Təəssüflər olsun ki, təkcə ruhanilərə qarşı olduğunu söyləmək mümkün olmayan, ondan da yuxarı, dinin əsasına qarşı çıxan bəzi insanlar deyirlər ki, ruhanilər xalqa nə gətirib? Xurafatdan başqa bir şey gətirdi? Bunları aşkar şəkildə deyirlər. Görəsən, anlayırlarmı ki, onların dedikləri Quran və Sünnənin xurafat olduğunu bildirir? Oruc, həcc, zəkat, cihad və bütün bunlar mövhumatdırmı? Dinin xurafat olduğunu deməyə cürət etmirlər, belə deyirlər.
Doğrudan da insan təəccüb edir, görəsən, özündən sonra bu qədər elmi əsər qoyan, bütün bu elmi kitabları, təfsir, əxlaq, tarix yazanlar, ruhanilər deyilmi? Bu gün kitabxanalarda hamının istifadə etdikləri kitabları kim yazıb? Ruhanilər yazıblar, ruhanilərin mənbəyi isə ya Quran, ya da İtrətdir.
İndiki dövrdə, özü də bu böyük inqilabdan sonra, dinin əzəmətinin bu şəkildə üzə çıxdığı bir zamanda insan necə belə ədalətsiz müqayisəyə yol verə bilər? Təbii ki, biz demirik ki, hər kəsin etdiyi hər bir şey doğrudur, səhvlər də çox olubdur, məyusedici məqamlar da çox olubdur, amma təməli niyə dağıtmalıyıq? Uhanilərin xalqa ancaq xurafat gətirdiyini deyək? Mən bu fikrin insafdan uzaq olduğunu deyə bilmərəm, amma bu nisbət, din prinsipinə qarşı kindən xəbər verir. Əgər bu kin-ədavət olmasaydı, insan onu belə ifadə etməzdi. Gəlin məntiq əsasında danışaq, görək ruhanilər harada xurafat olan bir söz danışıblar?
Ruhanilər xurafat müqabilində ən möhkəm səd olmuşlar. Əgər ruhanilər olmasaydı, bu gün ölkəni xurafat bürümüşdür. Özünüz baxın, avropa ölkələrində, hətta kiçik uşaqların belə xurafat olmasını anladıqları ən güclü xurafatlar söylənilir, böyüklər və qocalar da onları qəbul edirlər. Təəccüblü budur ki, universitet professoru adını daşıyan bir şəxs ruhanilərin xurafatla mübarizə edənlərin başında olduqlarını görə-görə, deyə ki, ruhanilər xurafat axtardıqların desin.
Əmirəl-mömininin (ə) kəlamdan belə faydalanırıq ki, buyurur: “Ehtiyatlı olun ki, doğru ilə batili qarışmasın, əgər qarışarsa, şeytanın sizə hakim olması səbəbinədir, camaatın xoşu gəlməsi və razı qalması üçün Allahın hökmünü yüngül və ya ağır edək, bunların hamısı həqiqətlə batili qarışdırmaqdır”. Biz insanlara dinin mətnində nə olduğunu dəqiq söyləməyə borcluyuq.
Təhsil ilinin başlandığı ilk gündən bu cümlənin üzərində diqqətlə fikirləşin və Allahdan diləyin ki, bu cümlənin mənası bizim və sizin üçün gerçəkləşsin: «وَ يَنْجُو الَّذِينَ سَبَقَتْ لَهُمْ مِنَ اللهِ الْحُسْنى» Ancaq bir dəstə nicat tapır, Allahın onun üçün xeyir və hüsn müqəddər etdiyi dəstə. “الْحُسْنى”, Husna -əhsən sözünün qadın cinsində işlədilən formasıdır. Bəziləri onu Beheştin vədəsi olaraq məna etmişlər, halbuki Beheştin vədəsi onun ancaq bir nümunəsidir. Husna səadətli olmaq mənasınadır. Zəməxşəri Kəşşaf təfsirində deyir: İnsanın son yaxşılığa sahib olmasıdır, «إما السعادة و إما البشری بالثواب و إما توفیق الطاعة», Husna mənasında bütün xeyir-yaxşılıq toplanıb, yəni bütün xeyirlər bu sözün mənasında yığılıb. Allah bir qrup üçün onun səadətli olmağını müqəddər edibdir və inşa Allah, biz də o qrupdan olaq!
“سَبَقَتْ” (Səbəqət) sözü işlənən Qurani-kərimin mübarək ayələrinə çox diqqət yetirin; «وَلَوْلَا كَلِمَةٌ سَبَقَتْ مِنْ رَبِّكَ», ya «إِنَّ الَّذِينَ سَبَقَتْ لَهُمْ مِنَّا الْحُسْنَى أُولَئِكَ عَنْهَا مُبْعَدُونَ» ayəsi, yaxud daha dəqiq olan bu ayə «وَلَقَدْ سَبَقَتْ كَلِمَتُنَا لِعِبَادِنَا الْمُرْسَلِينَ». Bu ayələri bu ifadənin kənarında gətirin, Həzrətin buyurduğu bu ifadə də bu silsilə ayələrdən götürülüb.
İlkin təhsil ilinin başlanğıcında belə dua etməyimiz yaxşı olar ki, Allah bizi də bu qrupdan etsin. Olmaya o qrupda olaq ki, «اسْتَحْوَذَ عَلَيهِمُ الشَّيطَانُ» (İblis onlara hakim olmuşdur). Biz çətin bir yoldayırıq, bəzən öz elmi gücümüzü göstərmək üçün bir başqasının haqqına zərbə vururuq. Bilirik ki, deyilən məsələ haqqdır, anlayırıq ki, o doğrudur, amma başqa birisi deyib deyə, insandakı o təkəbbür hissi deyir ki, yox, mən bu məsələnin ən azından bir tərəfini pozmalıyam. Fitnənin başlanğıcı da elə budur. Lakin, əgər insan "səbəqət ələyhil-husna" olsa, o zaman haqqı qəbul edib, heç vaxt haqq qarşısında durub müqavimət göstərməz.
Ümid edirik ki, Uca Allah bizim hər birimiz üçün çox yaxşı bir il nəsib etsin, mənəviyyat və elmlə dolu olsun, elm qapılarını üzümüzə açsın və bu il çox məhsuldar olsun, İnşallah.