Həzrət imam Həsən Əsgəri əleyhissəlamın şəhadəti

24 August 2026

07:16

۹

Xəbərin xülasəsi :
Hicri-qəməri 1448-ci il rəbiul-əvvəl ayının 8-i, miladi 2026-cı il avqustın 21-i həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) əziz nəvəsi, həzrət imam Zamanın (Allah onun şərəfli zühurunu tezləşdirsin) əziz atası, bütün övliya və övsiyanın sevimlisi həzrət imam Həsən Əsgəri əleyhissəlamın şəhadət günüdür
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Həzrət imam Həsən Əsgəri əleyhissəlamın şəhadəti

Hicri-qəməri 1448-ci il rəbiul-əvvəl ayının 8-i, miladi 2026-cı il avqustın 21-i həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) əziz nəvəsi, həzrət imam Zamanın (Allah onun şərəfli zühurunu tezləşdirsin) əziz atası, bütün övliya və övsiyanın sevimlisi həzrət imam Həsən Əsgəri əleyhissəlamın şəhadət günüdür.

Bu böyük müsibəti Əhli-beyt əleyhimussəlama, xüsusən Həzrətin istəkli və əziz oğlu imam Məhdi əleyhissəlama, eləcə də bütün din alimlərinə və Əhli-beyti (əleyhimussəlam) sevib onların yolunu davam etdirənlərə təsəlli və başsağlığı deyirik.

Həzrət imam Həsən Əsgəri əleyhissəlamın gövhərbar əxlaqi hədislərindən:

"من وعظ اخاه سرا فقد زانه، و من وعظه علانية فقد شانه"

“Hər kəs öz (mömin) qardaşını gizlində moizə etsə, şübhəsiz ona zinət bəxş etmişdir və hər kəs onu aşkarda moizə etsə, həqiqətdə ona nöqsan və qüsur yetirmiş olar.”[1]

Həzrətin tərcüməi halına qısa baxış

Adı: Həsən ibn Əli ibn Muhəmməd əleyhimussəlam (11-ci Məsum imam)

Kunyəsi: Əbu Muhəmməd

Ləqəbləri: İbnur- Rza, Zəkiy, Əskəri

Atası: Həzrət imam Əli ibn Muhəmməd (İmam Hadi) əleyhissəlam

Anası: Xanım Hudəysə

Həyat yoldaşı: Nərcis Xatun (həzrət imam Zaman əleyhissəlamın hörmətli anası)

Övladı: İmam Məhdi (Allah onun zühurunu tezləşdirsin)

Dövrünün xılifələri: Mutəzz, Muhtəda və Mutəmid Abbasi (son xəlifənin göstərişi ilə qətlə yetirilib)

Doğum tarixi və yeri: Müqəddəs Mədinə şəhəri; hicri-qəməri 232-ci il, rəbius-sani ayının 8-i

Şəhadət tarixi və yeri: Samirra şəhəri, hicri-qəməri 260-cı il, rəbiul-əvvəl ayının 8-i

İmamət dövrü: 6 il (254-260)

Yaşı: 28 il

İltimas dua


[1] “Muntəhəl-amal”, “həzrət imam Həsən Əsgəri əleyhissəlamın bəzi hikmətli hədisləri” bölməsi.

 

Etiketlər :

Həzrət imam Həsən Əsgəri əleyhissəlamın şəhadəti