İmam Məhəmməd Baqirin (ə) şəhadəti münasibəti ilə baş sağlığı

30 November 2024

06:12

۲,۲۸۳

Xəbərin xülasəsi :
İmamət və vilayətin beşinci parlaq ulduzu, elmi yaran, həzrət imam Məhəmməd Baqirin (ə) ürək ağrıdan və məzlumanə şəhadəti münasibəti ilə hüzünlü və şərəfli övladı həzrət höccət ibn əl-Həsənə (ə) və bütün şiələrə başsağlığı ərz edirik.
آخرین رویداد ها



İmam Məhəmməd Baqirin (ə) şəhadətinin il dönümü münasibəti ilə başsağlığ

 

İmamət səmasının beşinci parlaq ulduzu, elmləri yararaq kəşf edən həzrət imam Məhəmməd Baqirin (ə) ürək ağrıdıcı və məzlumanə şəhadətinin il dönümüdür. Bu münasibətilə əzadar və qəm-qüssəyə qərq olmuş övladı həzrət Höccət ibnil-Həsən əl-Məhdiyə (ə.c) və bütün şiələrə başsağlıqı veririk!

 

İmam Məhəmməd Baqirin (ə) şəhadəti münasibəti ilə baş sağlığı

 

Bu münasibətlə rəhmət İmamından (ə) qiymətli hədisləri həzrətin aşiqlərinə təqdim edirik:

 

«صَانِعِ الْمُنَافِقَ بِلِسَانِكَ وَ أَخْلِصْ مَوَدَّتَكَ لِلْمُؤْمِنِ وَ إِنْ جَالَسَكَ يَهُودِيٌّ فَأَحْسِنْ مُجَالَسَتَه»؛

1.Münafiq insanla dildə saziş et, mömin şəxsi isə qəlbinlə sev və əgər yəhudi səninlə yoldaşlıq etsə onunla yaxşı rəftar et!

 

«ثَلَاثَةٌ مِنْ مَكَارِمِ الدُّنْيَا وَ الْآخِرَةِ أَنْ تَعْفُوَ عَمَّنْ ظَلَمَكَ وَ تَصِلَ مَنْ قَطَعَكَ وَ تَحْلُمَ إِذَا جُهِلَ عَلَيْكَ»

2.Üç şey dünya və axirətin yaxşılıqlarındandır: 1-Sənə zülm edəni bağışlamaq, 2-Səninlə əlaqəsini kəsənlə əlaqə yaratmaq, 3-Sənə nadanlıq edilən zaman həlimli və səbirli olmaq.

 

«الظُّلْمُ ثَلَاثَةٌ ظُلْمٌ لَا يَغْفِرُهُ اللَّهُ وَ ظُلْمٌ يَغْفِرُهُ اللَّهُ وَ ظُلْمٌ لَا يَدَعُهُ اللَّهُ فَأَمَّا الظُّلْمُ الَّذِي لَا يَغْفِرُهُ اللَّهُ فَالشِّرْكُ بِاللَّهِ وَ أَمَّا الظُّلْمُ الَّذِي يَغْفِرُهُ اللَّهُ فَظُلْمُ الرَّجُلِ نَفْسَهُ فِيمَا بَيْنَهُ وَ بَيْنَ اللَّهِ وَ أَمَّا الظُّلْمُ الَّذِي لَا يَدَعُهُ اللَّهُ فَالْمُدَايَنَةُ بَيْنَ الْعِبَادِ» 

3.Zülm üç növdür: 1-Allahın bağışlamadığı zülm, 2-Allahın bağışladığı zülm, 3-Allahın güzəşt etmədiyi zülm. Amma Allahın bağışlamadığı zülm, Allaha şərik qoşmaqdır. Allahın bağışladığı zülm, bəndənin Allah ilə onun arasında olan məsələlərdə özünə etdiyi zülmdür. Allahın güzəşt etmədiyi zülm isə camaatın bir-birinə etdiyi zülmdür.

 

«مَا مِنْ عَبْدٍ يَمْتَنِعُ مِنْ مَعُونَةِ أَخِيهِ الْمُسْلِمِ وَ السَّعْيِ لَهُ فِي حَاجَتِهِ قُضِيَتْ أَوْ لَمْ تُقْضَ إِلَّا ابْتُلِيَ بِالسَّعْيِ فِي حَاجَةِ مَنْ يَأْثَمُ عَلَيْهِ وَ لَا يُؤْجَرُ وَ مَا مِنْ عَبْدٍ يَبْخَلُ بِنَفَقَةٍ يُنْفِقُهَا فِيمَا يُرْضِي اللَّهُ إِلَّا ابْتُلِيَ بِأَنْ يُنْفِقَ أَضْعَافَهَا فِيمَا أَسْخَطَ اللَّه»

4.Müsəlman qardaşının ehtiyacını ödəməkdən boyün qaçıran şəxs onun əleyhinə olan adama komək edəcək. Həmçinin Allah yolunda xərcləməyə paxıllıq edib qıymayan şəxs Allahı qəzəbə gətirən yolda neçə bərabərini xərcləyər.

«قَالَ يَوْماً رَجُلٌ عِنْدَهُ اللَّهُمَّ أَغْنِنَا عَنْ جَمِيعِ خَلْقِكَ فَقَالَ أَبُو جَعْفَرٍ ع لَا تَقُلْ هَكَذَا وَ لَكِنْ قُلِ اللَّهُمَّ أَغْنِنَا عَنْ شِرَارِ خَلْقِكَ فَإِنَّ الْمُؤْمِنَ لَا يَسْتَغْنِي عَنْ أَخِيه»

5.Bir gün bir şəxs həzrət Baqirin (ə) yanında dedi: "İlahi! Bizi bütün məxluqatından ehtiyacsız et!". İmam Baqir (ə) ona xitabən buyurdu: “Elə demə! Əksinə belə de: "İlahi, bizi pis və şər məxluqlara möhtac etmə!" Çünki şübhəsiz mömin şəxs öz qardaşından ehtiyacsız olmaz.”

 

 

Etiketlər :