Ərəfə günü haqqında Ayətullah Fazil Lənkəraninin (damət bərəkatuh) çıxışı
30 November 2024
06:07
۳,۷۲۳
Xəbərin xülasəsi :
-
Həzrət Fatiməi-Zəhranın (əleyhasəlam) şəhadəti
-
Həzrət Zeynəbi-Kubra əleyhasəlamın təvəllüdü
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) qısa ziyarətnaməsi
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) vəfatı
-
Həzrət imam Həsən Əsgərinin (əleyhissəlam) təvəllüdü
-
Həzrət Ayətullah Fazel Lənkəraninin əhli-sünnə cümə və camaat imamları ilə toplantısında verdiyi açıqlamalar
Ərəfə günü haqqında Ayətullah Fazil Lənkəraninin (damət bərəkatuh) çıxışı
Bismillahir-Rəhmanir-Rəhim
Həmd olsun aləmlərin Rəbbi olan Allaha və Allahın salavatı ağamız Məhəmməd və onun pak Əhli-Beytinə (ə) olsun.
Ərəfə gününün xüsusiyyətlərindən biri də budur ki, bu günün özü böyük bayramlardandır. Qurban bayramının ondan sonra olmasından əlavə Allah Təbarək və Təalanın ərəfə günündə Öz bəndələrinə xüsusi diqqət edir, dua və minacatla məşğul olanları öz rəhmətinə qərq edir. Əsasən bu gecə üçün zikr olunan müstəhəblər bundan xəbər verir ki, olduqca böyük gecədir və Allah Təalaya minacat, dua və istiğfar etmək üçün əlverişlidir.
Buna görə də biz, bu gecənin və gündüzün qaydalarına, əməllərinə və müstəhəblərinə diqqət etməliyik. Bu günün mühüm müstəhəblərindən biri də oruc tutmaqdır amma bu şərtlə ki, dua (ərəfə duası) oxuyanda zəifliyinə səbəb olmamalıdır.
Ərəfə duası haqqında iki mətləbi ərz etmək istəyirəm; bir mətləb ərəfə duasında aşağıda gələn bir ifadədir və bəziləri bu ifadəyə daha çox əhəmiyyət verirlər.
Görəsən bu ifadə İmama (ə) aiddir və duanın hissəsindəndir yaxud İmama (ə) aidiyyəti yoxdur məsələsi bəhsə səbəb olubdur. Beləki Kəf `əmi "Bələdul əmin" kitabında və Məclisi keçmişdə Məfatihul-cinan kitabı əvəzinə camaatın istifadə etdiyi və olduqca yaxşı kitab sayılan "Zadul- Məad" kitabında bu ifadəni gətirməyib. Lakin mərhum Əllameye Məclisi “Biharul-Ənvar” kitabının 98-ci cildində belə bir ibarəsi var ki, «أنا الفقير في غناي فكيف لا أكون فقيراً في فقري» cümləsi nə Seyid ibn Tavusun “Misbahul-Zair” kitabında nə də Kəf `əminin Bələdul-əmin kitabında gəlib.
Bu hissə Seyyidin İqbalında bəzi nüsxələrində gəlib, və bəzilərində də, gəlməyibdir! Sonra mərhum Əllameye Məclisi buyurur bu artıq olan kəlmə məsumların dualarındakı gələn ifadələrin metodu ilə uyğun gəlmir. Bu sufilik ruhiyəsi ilə uyğunlaşır və deyirlər ki, bəzi sufi şeyxləri gəlib bunu əlavə etdilər.
Bu ibarəni insan görəndə bilir ki, həqiqətən mərhum Məclisi haqlıdır. Elə bir ibarətdir ki, İmamların (ə) stil və metodu ilə uyğun gəlmir. Siz əgər “Səhifeyi-Səccadiyyə” kitabına əvvəldən axıra qədər baxsanız mənim yadıma gelmir orda belə bir ifadə olsun. Bunuda vurğulayım ki, mən kamil formada axıra qədər araşdırmamışam.
Yaxud «الهي طهّرني من شكّي و شركي قبل حلول رمصي» (İlahi ölümüm çatmamışdan və qəbirə girməmişdən qabaq məni şirkdən və şəkk etməkdən paklaşdır) ifadəsi də, nə qədər fikirləşirəm görüm Əbu Həmzə duasında, Səhifəyi-Səccadiyyədə yaxud başqa dualarda bir yerdə gəlibmi ki, məsum İmam (ə) buyursun:
الهي طهّرني من شكّي و شركي – İlahi məni şirkdən və şəkı etməkdən pak et?
Mümkündür belə bir ifadə olsun «أعوذ بك من الشكّ و الشرك» yəni vücudumda şəkk və şirkin olmağından Sənə pənah aparıram. Lakin -
«الهي طهّرني من شكّي و شركي قبل حلول رمصي» - İlahi ölümüm çatmamışdan və qəbirə girməmişdən qabaq məni şirkdən və şəkk etməkdən paklaşdır - deyil.
Başqa bir ifadə «الهي حقّقني بحقايق أهل القرب واسلك بي مسلك أهل الجذب» “Cəzb və qürb əhli” arif və sufilərin terminlərindəndir. “Muqərrəbin” (yaxınlar) Quranda gəlib - "öncül (təqvada) qabaqcıllar! Onlar (Allahın dərgahına) yaxın olanlardır" - lakin “Qürb əhli” kəlməsi gəlməyib. Yaxud «الهي علمت باختلاف الآثار و تنقّلات الأطوار أنّ مرادك منّي عن تتعرف إليّ في كلّ شيءٍ حتّي لا أجهلك في شيء» ifadəsi həqiqətən məsum İmama (ə) münasib və onun dua metodu deyil və bu cəhətdən insan güclü zənn edir ki, ərəfə duasının bu hissəsi İmamın (ə) sözü deyil.
İndi əgər bir nəfər bunu ümid kimi və yaxud ehtimal verib oxusa maneəsi yoxdur. Lakin deyə bilmərik bu imam Hüseynin (ə) buyurduğu kəlamdır. Məxsusən duanın sonundan qabaq "ya Rəbb, ya Rəbb" rəvayətlərdə var ki, İmam (ə), ailəsi və köməkçiləri o qədər ağladılar və qürub olana qədər bu ya Rəbbi dedilər sonra da amin dedilər, dua bitdi və məşərə tərəf hərəkət etdilər.
Bəziləri nəql ediblər "Əl-hokmul Ətaiyə" adlı bir kitab var ki, irfani məqamı olan İbn Ətay İskəndərani adlı yeddinci əsrin sonları səkkizinci əsrin əvvəllərinin sufisi və arifinə aiddir. Bir nəfər deyib ki, mən bütün bu mövzuları o kitabda görmüşəm. Ehtimal var ki, sonradan yavaş-yavaş bu duaya birləşib və bu duanın ifadələrində gəlib. Bu birinci mətləb.
İkinci mətləb ərəfə duasında olan mövzulara diqqət etməkdir. Yəni ərəfə duasında elə mövzular var ki, sürətlə insanı Allaha birləşdirir. Hərçənd bütün duaların mövzuları Allaha yaxınlaşmaq və insanın dünyəvi əlaqələrdən qırılması üçündür. Lakin ərəfə duasının müxtəlif hissələrində olan ifadələr olduqca mühüm dualardır.
Ərəfə duasının ibarələrini deməmişdən qabaq ərəfə gününün özündə olduqca çox sifariş olunan şeylərdən biri də, Allahın zikridir. Seyyid, İqbalda zikr etdiyi "Təsbihate əşəri"ni insan bacardığı qədər zikr etməsi müstəhəbdir,.«سبحان الذي في السماء عرشه»
Bu zikrlər bunun üçündür ki, bizim naqis və zəif zehnimiz bəzən Allah Təalaya diqqəti olmur. Həqiqətdə Allah Pakdır. Lakin biz Allahın naqisliklərdən pak olmasını özümüzə təlqin etməliyik. Bu zikrlər zehni pak, nəfsi işıqlı, qəlbi nurani və ruhu Allaha yaxın edir. Buna görə də, insan nə qədər bu zikrləri desə yeri var. Bu zikrlər insanın zehnindən çirkinliyi çıxarması üçündür. Əgər səma varsa Allahın ərşidir, əgər yer varsa Allahın hökmüdür, əgər qəbir varsa Allahın qəzasıdır, əgər cəhənnəm varsa Allahın səltənətidir, əgər cənnət varsa Allahın rəhmətidir, əgər Qiyamət varsa Allahın ədalətidir, hər bir şey Allaha aiddir. Dünya, axirət, göy, yer, dəniz, quruluq hər şey Allaha aiddir.
Deməli bu zikrləri etməliyik və sifariş də, olunub. Ərəfə günündə yüz dəfə oxunulası bəzi zikrlər də, var. Baxın ərəfə duasının bu hissəsinə işarə edim. Həzrət İmam Hüsəyn (ə) Allaha ərz edir: «و إن اعدّ نعمك و مننك و كرامك و منحك لا احصيها يا مولاي» İnsan Allahın ona verdiyi nemətləri yadına salmamışdan qabaq etiraf edək ki, biz bu nemətləri saya bilmərik. İlahi Sənin nemətlərini saymaq istəsəm bacarmaram.
Sonra Həzrət (ə) ərz edir: «أنت الذي مننت» - Sən mənə minnət qoyansan – insan daim bunları oxusun, ərəfə gününə də, məxsus deyil. İnsan xəlvətdə olanda, gecə namazında, tək olan zaman bu zikrləri deyə və əzbərləyə. Sən mənə minnət qoydun, Sən mənə nemət verdin, Sən mənə yaxşılıq etdin, əgər zahiri və mənəvi gözəllik, elm və s. məndə varsa bunların hamısını Sən mənə vermisən və mənim özümdən heç nə yoxumdur. Əgər ruzi varsa Sən vermisən, mən ehtiyacsızam, indi mənim əlim başqalarına tərəf uzanmırsa sən məni ehtiyacsız etmisən. Sən mənə pənah verdin, Sən mənə kifayət edirsən, Sən məni hidayət etdin, Sən məni səhvlərdən qorudun, bəzən insan qürurlanaraq deyir mən özümə baxıram görürəm böyük günah etməmişəm. Bu fikrin özü günahdır, O bizi qoruyub və hifz edib, Sən günahları örtənsən, Sən bağışlayansan, Sən kömək edənsən.
Məxsusən biz tələbələr maddi və mənəvi elmi yaxud qeyri elmi nemətlərin hamısına diqqət edib qalxaq iki rükət namaz qılıb deyək, İlahi Sən mənə kömək etdin ki, iki rükət namaz qıldım, Quran oxuyuruqsa deyək Sən məni müvəffəq etdin, məsum İmamların (ə) ziyarətinə gediriksə deyək Sən məni müvəffəq etdin və Sənin bu müvəffəq etməyin olmasa idi bu işləri görə bilməzdik. Əgər bunları desək və həqiqətən inanaq sahib olduğumuz bu nemətlər bütünlüklə Allahdandır. Bunun müqabilində həzrət Əba Əbdullah, İmam Hüsəyn (ə) buyurur: “Əvvəl mən günahlarıma etiraf edirəm, mənim günahlarımı bağışla. İlahi mən asi oldum, mən səhv etdim, mən cahillik və nadanlıq etdim, mən qafil oldum, səhv mənə aiddir.
Sonra ərz edir, «فبأي شيءٍ أستقبلك يا مولاي أبسمعي» - nə ilə sənin dərgahına gəlim? Qulağımla? – Olduqca qəribə ibarədir!
İlahi mən asi oldum, mən səhv etdim, mən cahillik və nadanlıq etdim. Bu etiraflarından sonra Allaha ərz edir ki, İlahi nə ilə sənin dərgahına gəlim? Qulağımla? Gözümlə? Dilmimlə? Əlimlə? Ayağımla? Bunların hamısı Sənin mənə olan nemətlərin idi və mən bu nemətlərlə Sənə qarşı üsyan etdim. Sənin mənə höccətin var, yəni mənim haqqımda nə hökm etsən, nə desən, o doğrudur. İmam (ə) bu ibarə ilə özünü bu cür tanıtdırır.
Həqiqətən ərəfə duasında ki, ərz etdim, vaxt yoxdur ki, biz ərəfə duasını bütövlükdə zikr edək amma olduqca mühüm və həyatımızda olduqca təsirli olan bu hissələri, bu duaları oxuyaq və yadımızda saxlayaq. Məxsusən namazın qunutunda bu duaları oxuyaq. Xoş o kəsin halına bu duaları qunutunda oxuya bilir və Allah Təbarək Təala ona necə bəhrələr nəsib edər.
Allah ərəfə günündə vədə verib ki, əgər kimsə Ramazan ayında bağışlanmazsa ərəfə gününə ümidi olsun. Biz deyirik İlahi geniş və böyük rəhmətini inşallah bizim hamımıza nəsib et!
Allahın salamı, rəhməti və bərəkəti olsun sizlərə