Aşura hadisəsini tanımaq və imam Hüseynə (ə) əza saxlamağın keyfiyyəti haqqında Ayətullah Şeyx Məhəmməd Fazil Lənkərani cənabları ilə müsahibə
21 November 2024
16:01
۶,۷۸۶
Xəbərin xülasəsi :
-
Həzrət Fatiməi-Zəhranın (əleyhasəlam) şəhadəti
-
Həzrət Zeynəbi-Kubra əleyhasəlamın təvəllüdü
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) qısa ziyarətnaməsi
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) vəfatı
-
Həzrət imam Həsən Əsgərinin (əleyhissəlam) təvəllüdü
-
Həzrət Ayətullah Fazel Lənkəraninin əhli-sünnə cümə və camaat imamları ilə toplantısında verdiyi açıqlamalar
Aşura hadisəsini tanımaq və imam Hüseynə (ə) əza saxlamağın keyfiyyəti haqqında Ayətullah Şeyx Məhəmməd Fazil Lənkərani cənabları ilə müsahibə
Sual: İmam Hüseynin (ə) qiyamı haqqında mötəbər və təhrif olunmayan, yaxud az təhrifə məruz qalan tarixi mənbələr hansılardır?
Cavab: Aşura hadisəsi tarixi mənbələrdə üç şəkildə bəyan edilmişdir:
Birincisi, ümumi şəkildədir. Təbəri və İbn Əsir tarixləri kimi bütün tarixi hadisələri nəql edir, o cümlədən Aşura hadisəsini.
İkincisi, imam Hüseynin (ə) həyatı haqqında yazılmış kitablardır.
Üçüncüsü isə Aşura günü haqqında, ondan öncə və sonrakı hadisələri özündə əks etdirən kitablardır.
Qədimdən çoxlu məqtəllər1 yazılmışdır. Onlardan bəzilərində qısa şəkildə, bəzilərində geniş şəkildə, bəzilərində isə hadisənin əsası və imam Hüseynin (ə) köməkçilərindən bəzilərinin haləti qeyd olunub. Füzeyl ibn Ömər Rəsanin yazdığı "Təsmiyətun mən qətələ məəl-Huseyn (ə)" kimi, bəziləri də, əsasən imam Hüseynin (ə) köməkçilərinin adını yazmağa daha çox səy göstərib.
Ümumiyyətlə, zəriflik və sənəd baxımından hadisələri bütün təfərrüatı ilə bəyan edən bir mənbə və məqtəl təqdim etmək istəsək, Şeyx Mufidin (r.ə) “İrşad” kitabını qeyd edə bilərik. Bu kitab, fars dilinə də tərcümə olunub. Həmçinin “Xatəmul mühəddisin” (hədis söyləyənlərin sonuncusu) mərhum Şeyx Abbas Quminin (r.ə) "Nəfəsul-məhmum" adlı kitabını da xatırlamaq olar. Əlbəttə müxtəsər məqtəl kitabları da mövcuddur. Buna misal olaraq Seyid ibn Tavusun "Luhuf" və həmçinin mərhum Mühəddis Quminin "Nəfəsul-məhmum" kitabının kamil forması olan "Nəfəsətul-məsdur fima yətəcəddədu bihi huzni-yəvmil-aşur" kitabını göstərmək olar.
Sual: Aşura haqqında şübhəli məqtəl və tarixi hadisələri bəyan etməyin şəriət baxımından hökmü nədir?
Cavab: Bu sualı iki cəhətdən təhlil etmək olar. Həm fiqhi cəhətdən, həm də ondan doğan nəticələr cəhətindən.
Fiqhi cəhətinə gəlincə belə bir sual yaranır: İnsan düzgünlüyünə inamı və yəqini olmadığı bir mətləbi söyləyə bilərmi, yaxud məddahlıq edərkən və mərsiyədə ondan istifadə edə bilərmi?
Məlumdur ki, bu sualın cavabı mənfidir. İslam dinində insanın tərəddüddə olduğu və bir nəfərdən eşitdiyi bir mətləbi təkcə eşitməklə nəql etməyə haqqı yoxdur. Hədislərin bəzilərində gəlibdir ki, insan bir şeyi təkcə eşitməklə başqalarına nəql edərsə və bu mətləbin düzgün yaxud səhv olduğunu bilməzsə, bu yalan sayılır.
Bu cəhətdən məddahlar – imam Hüseyni (ə) mədh edən şəxs – və moizə edənlər, düzgünlüyünə yəqin etdikləri mətləbləri söyləməlidirlər. Başqa sözlə desək, məsum imamlara (ə) bir sözü sənədsiz-sübutsuz nisbət verə bilmədiyimiz kimi, eləcə də dəlilsiz və şəkk etdiyimiz işləri də, onlara aid edə bilmərik. Əgər “imam Hüseyn (ə) Aşura günü bu işi gördü” – demək istəsək, onu sənədsiz deyə bilmərik. Əks təqdirdə yalan və iftira olar.
Bu cəhətdən, böyüklərimiz bir mətləb və hadisəni nəql etdikdə onun sənədini də qeyd edirlər. Hətta böyüklərdən bəziləri zikri-müsibəti məqtəlin üzündən oxuyurdu.
Ondan doğan nəticələr cəhətindən isə, diqqət olunmalıdır ki, – yalan olmasını nəzərə almadan – bir mətləbin, əməlin və hadisənin nəqli, mümkündür toplumun maarifini təsiri altına alsın. Əgər onun sonu mənfi, yaxud din təlimlərinin ziddinə olarsa, onun bütün günahı o mətləbləri söyləyən şəxsin üzərinədir.
Bir xətib, minbər əhli və imam Hüseyn (ə) haqqında danışan hər bir şəxs, onun sözlərinin, mərsiyyələrinin müxtəlif və gələcək nəsillərə öz təsirini bağışlayacağını və bütün məsuliyyətlərin onun öhdəsində olduğunu bilməlidir.
Bir məsələni xatırlatmaq istəyirəm ki, Aşura hadisəsi kimi din ilə birbaşa əlaqəsi olan hadisələri təhrif etmək, dinin əsasını təhrif etməyə bərabərdir. Aydındır ki, dinin əsasını təhrif etmək fiqhi hökm və “dörd dəlil”ə əsasən haram və qadağandır. Eyni zamanda bidət sayılır. Dini kökü olan və əsasını möhkəm dini təməllər təşkil edən hadisələr əgər təhrif olunarsa, mütləq üsulid-dinin təhrif olması hökmündə olacaqdır.
Bəzi Əhli-beyt (ə) məddahları yaxud moizə edənlərdən bir qrupu camaatı daha çox cəzb etmək, düşündürmək və hislərini oyatmaq üçün mümkündür Aşura hadisəsini təfsir etsin yaxud Aşura gününün ifadələrindən bəzilərini zikri-müsibət kimi və ya başqa ünvanlar kimi istifadə etsinlər, bizim nəzərimizdə bu cür işlər də, düzgün deyil. Aşura hadisəsi olduğu kimi bəyan edilməli və heç bir şey ona əlavə edilmədən və heç bir şey ondan azalmadan, heç bir düzəliş olmadan bəyan olunmalıdır. Heç bir sənəd və sübutu əsaslanmayan bir çox şəxsi fikirlər, izahlar olub ki, uzun müddət camaatda mənfi təsirlər qoymuşvə eyni halda problemlər yaratmışdır. Aşuradan dərslər və ibrətlər götürməli və sirlərini aşkar etməliyik.
Sual: Məddahlıqda, İmamlar və onların pak ailələrinin tərifində nalayiq və şənlərindən uzaq mətləbləri demək, o cümlədən belə bir ifadələr işlətmək – "mənim sevgilim Rüqəyyədir", Hüseyn (ə) hidayət nuru və nicat gəmisidir.” hədisinə istinad edərək deyirlər "Hüseyn (ə) kapitandır" və s. – yaxud həzrət Əbülfəzlin (ə) şəmşirini dəyişmək iddiası ilə imam Hüseyni (ə) saxtakarlıqda müttəhim etmək, yaxud onları aciz görsətmək, məsələn imam Səccadı (ə) xəstəliyini və həzrət Zeynəbin (s) zəlil olduğunu deməyin və bu kimi şeylərin hökmü nədir?
Cavab: Şiə məzhəbinin iftixarı budur ki, Pak mamlar (ə) insanın həyatının bütün sahələrində kamil bir nümunədirlər. Onlar ən mühüm məsələ olan Tövhid və əqidədən tutmuş yaşayışın ən kiçik hadisələrinə qədər örnəkdirlər. Necə ki, Quran Peyğəmbəri (s) hamı üçün nümunə tanıtdırır: "Həqiqətən Allah Rəsulunda sizlər üçün örnək və ülgü vardır". Eləcə də, o Həzrətin (s) canişinləri də insanlar üçün nümunədirlər. Buna əsasən bu ilahi nurların hörmətini qorumaq hamıya vacibdir. Din və onun zahirini ləkələmək və məsxərə etmyin haram olduğu kimi, Məsum imamların (ə) hörmətini də, ləkələmək haramdır.
Bizim İmamlarımız (ə) təkidlə sifariş edib ki, «کونوا لنا زیناً ولا تکونوا علینا شیناً» şiələr həmişə onların zinəti olmalı və bəyənilməz hərəkət, iş və sözlər ilə başqalarını Əhli-beyt (ə) məzhəbindən uzaqlaşdırmamalıdır. Pak İmamları (ə) təhqir etmək Peyğəmbəri (s) təhqir etməkdir və bu da, böyük günahdır. Fasiqlər və günahkarlar arasında yayılan söz və ifadələrdən çəkinməliyik. Heç vaxt Pak imamlar (ə) və məxsusən Aşura hadisəsi ilə əlaqədar, adi insanlara belə yaraşmayan nalayiq ifadələrdən istifadə olunmamalıdır.
Məsum imamların (ə) yolu parlaq şəkildə əsil hikmətlərlə doludur. Onların bütün işləri və danışıqları bu əsasda həyata keçir.
Əsasən Əba Əbdillah Hüseynin (ə) qətlə yetirilməsi və Əhli-beytin (ə) əsir aparılması ilahi hikmət əsasında idi və Həzrət (ə) onu qəbul etmişdi. Təəssüflər olsun ki, başqaları ondan qafil idi. Buna görə də, adi insanlardan uzaq olan əməlləri onlara aid edə bilmərik. Misal üçün Allah rizasına təslim olan, izzət, şücaət, səbir, mübarizə nümunəsi sayılan həzrət Zeynəbə zillət və xarlığı nisbət vertmək istər-istəməz o böyüklərin məqamına zərbə vuran məqamlardan biridir. Bu qəbildən olan mətləblərdən çəkinmək və onun əvəzinə bu əzəmətli xanımın Yezidin sarayında başıucalıqla dediyi kəlamını: "Gözəllikdən başqa bir şey görmədim" yəni şəhadətin izzətinə, haqqı və Allahın dinini müdafiə etmək iftixarına işarə edir. Əhli-beytin izzətini bəyan etmək adı ilə təbliğ olunmalı və yayılmalıdır.
Sual: Tövhid kəlməsini əksinə olan bir ibarət demək məsələn: "La ilahə illa..." (Nöqtələrin yerinə imam Hüseynin (ə), həzrət Əbülfəzlin (ə), həzrət Zəhranın (s) həzrət Zeynəbin (s) adı gəlir) deməyin şəri hökmü nədir?
Cavab: Aydındır ki, fiqhi cəhətdən kimsə bu cür ifadəni, onun mənasına diqqət edərək, bilərəkdən deyərsə həqiqi şirk etmiş olur. Gərək diqqət olunsun ki, bu növ ifadələri işlətmək qətiyyətlə demək olar ki, insanı Tövhid vadisindən çıxarıb, şirk vadisinə daxil edir və qətiyyətlə demək olar ki, o böyüklərin özləri belə, bu cür işə razı deyil və şiə tarixində həmişə ğulat kimi tanınan bu dəstəni düşmən bilmişlər. Diqqət olunmalıdır bu cür ifadələri din və Əhli-beyt (ə) məzhəbi şirkdə ittiham edir.
Başqa sözlə desək bu növ kəlimə və ifadələr təkcə onu deyəni yox əksinə məzhəbin şirkdə ittiham edir. Bu növ ifadələrdən istifadə edənlər imam Zamanın (ə) yanında nə cavab verəcəklər? Bu növ təhrifləri əsası Tövhid olan dinə aid edənlər, Allah Təala yanında necə cavab verəcək? Əmanət kimi bizim ixtiyarımızda qoyulan və imam Hüseyn (ə) ilə qorunan bu din və məzhəbin əslini belə insanlar bu növ ifadələrlə məhv edirlər və onları Əba Əbdullahın (ə), həzrət Zəhranın (s) və həzrət Zeynəbin (s) ardıcılları adlandırmaq olarmı?
Sual: Mərcəyi-təqlidlərin, ruhanilərin və alimlərin, moizələrdə yaxud məddahlıqda Kərbəlanın böyük hadisəsi haqqında məzhəb tarixinin və hadisələrinin təhrifi müqabilində olan vəzifələri nədir?
Cavab: Din böyüklərinin və ruhanilərin vəzifələri odur ki, hər növ təhrif və bidətlərin müqabilində mübarizə aparsın. İslamda alim və böyüklərin boynunda olan vəzifələrdən biri odur ki, cəmiyyətdə bidətlərin yayıldığını görəndə öz elmindən istifadə edərək onun müqabilində mübarizə aparmalıdır.
Belə olan halda alimlər yol göstərməli, camaata təbliğ etməli və onları agah etməlidir. Xoşbəxtçilikdən Aşura hadisəsi ilə bağlı olan təhriflər ilə əlaqədar şəhid Mütəhhəri kimi böyüklər xəbərdarlıq etmiş və bizim dövrümüzdə bəzi ifadələr haqqında Ayətullahul-Üzma Fazil Lənkərani və s. kimi böyük mərcəyi təqlidlərdən hamısı sual soruşduqda möhkəm cavablarla elə təzəkkür veriblər və bəyan ediblər ki, o ifadələrdən bəziləri şirkin aydın təsdiqidir.
Hətta müəzzəmin ləhdən soruşulan sualların birində deyilir ki, - bəziləri deyir Aşura hadisəsinə fiqhi daxil etməməli və Aşura hadisəsi fiqhin əhatəsindən xaricdir – sualına belə cavab verir: dünyada olan bütün işlər fiqhin əhatəsindədir. Necə olur ki, deyirik imam Hüseyn (ə) firuiddinin əsaslarında ikisini təşkil edən əmr be məruf və nəhy əz münkəri yaşatmaq üçün qiyam etdi amma bu tərəfdən deyək Aşura hadisəsi fiqhi hökmlərə aidiyyəti yoxdur. Necə demək olar bu hadisə fiqhdən ayrıdır hal bu ki, onun əsası zülm və fəsad ilə mübarizə olubdur ki, bu da fiqhin qəti məsələlərindən biridir.
İmam Hüseyn (ə) buyurmadımı: - إنما خرجت لطلب الاصلاح فی أمة جدی» həqiqətən mənim qiyamım cəddimin ümmətini islah etmək üçündür .«Görəsən islah etmək, Peyğəmbərin (s) göstərişinə əməl etməkdən, onun buyurduğu halal və haramdan başqa bir şey idimi?
Sual: Məsumun (ə) şənindən uzaq olan şeylərin, təhriflərin yaxud saxta məqatillərin bəyanı bəyanı müqabilində camaatın vəzifəsi nədir?
Cavab: əziz camaat diqqət etməlidir ki, mötəbər vaizlərdən yəni din haqqında kamil, dəqiq və səhih xəbəri olan şəxslərdən və eləcə də, düzgün müsibətlər və dəqiq şerlər deyənlərdən istifadə etməlidir.
Necə ki, camaat kiçik bir xəstəlikdən ötrü mütəxəssis həkim haqqında axtarış etdikləri kimi gərək ruhi qida üçün, nəfsin təmizlənməsi üçün, ruhu və fikri təkamül və zirvəyə çatdırmaq üçün düzgünlüyünə əmin olduqları şəxslərdən istifadə etsinlər biz əziz camaata tövsiyyə edirik necə ki, öncəkilər vaiz və məddahların sənədlə danışdığı sözü qəbul etməyə məhkum idi, indi də sənədlə danışan vaizlər tələb etsin. Deyə bilərik bacarıqlı vaizi bacarıqsız vaizdən ayırmağın düzgün yolu elə bu işdir yəni sözünü sənədlə danışan şəxs olmalıdır. Belə bir şəxs etibarlı və bacarıqlı vaizdir.
Sual: Əzadarlıq məclislərində Əhli-beyt (ə) müsibətləri haqqında mahnı və ğina şübhəsi olan ahənglərin hökmü nədir?
Cavab: Öncədən dediyimiz kimi əzadarlıq məclislərində fiqhi ölçülər nəzərdə tutulmalı və heç vaxt fiqhi çərçivədən kənara çıxmamalıyıq. İslam dinində ğina halında və ya musiqi alətləri ilə Quran oxumaq haramdır və caiz deyil. Əksinə onun haramlığı daha şiddətlidir. İmam Hüseynə (ə) musiqi qoşanlar səy etməlidir ki, səsləri ğina (boğaza salınmış) olmasın, əks halda günaha düçar olarlar.
Lakin səsin ğina olmasında şəkk etsək, onu oxumağın və eşitməyin maneəsi yoxdur. Belə mərasimlərin məqamını nəzərə alaraq və tamamilə Allahın razılığı olsun deyə, şübhəli ahənglərdən də çəkinmək lazımdır.
Diqqət olunası nöqtə odur ki, Aşura hadisəsini adi şəkildə və ahəngsiz olsa belə xatırlatmaq ürəkyandırıcıdır. Möminlər, müsəlmanlar imam Hüseynin (ə) adını eşidən kimi, o hadisəni təsvir edir və özündən gedir. Daha onların təhrik və təşviqi üçün şübhəli səslərdən, ahənglərdən istifadə etməyə ehtiyac qalmır.
Sual: Məsum imamların (ə) ənənəsinə uyğun olaraq Əhli-beytə (ə) xüsusilə imam Hüseyn (ə) və ailəsinin müsibətinə əza saxlamağın ən yaxşı yolu hansıdır?
Cavab: Böyüklərimiz buyurduğu kimi, əzadarlıq ənənəyə uyğun olmalıdır. Əsas hədəf Məsum imamların (ə) həyatını, göstərişlərini, onların din və dini hökmlərə əhəmiyyət verməsini bəyan etməkdir. Əzadarlıq öz həqiqi simasını o zaman tapır ki, əza saxlayan şəxsin diqqəti Aşura hadisəsinin əsas hədəflərinə yönəlsin.
Ağlamaq, ağlatmaq, sinə və zəncir vurmaq kimi işlərin hər birinin hədəflərinin xüsusi aspektlərinə diqqət olunmalıdır. Bu mühüm işdə ifrata da varmaq olmaz, səhlənkarlıq da etmək olmaz. İmamların (ə) öz göstərişlərinə əsasən, ağlamağa verilən əhəmiyyətə diqqət etmək lazımdır. Bununla yanaşı zalımlarla, dini məhv etmək istəyənlərlə mübarizə etməyə təkid olunmalıdır.
Camaata deyilməlidir ki, mömin insan üçün vacib əməllərdən biri də dini qorumaqdır Əgər o, dinin təhlükədə olduğunu hiss etsə, onun qorunması üçün canından keçməlidir. Hər bir halda əzadarlıq müxtəlif cəhətləri ehtiva etməlidir. Əzadarlıq ilə yanaşı şeirlər və şüarlar Aşuranın hədəflərini bəyan etməlidir. Məsum imamlar (ə) əzadarlığı qorumağa, Aşura həqiqətinin bəyan etməyə, imam Hüseyn (ə), səhabə və övladlarına ağlamağa ona görə təkid ediblər ki, bu müqəddəs qiyamın hədəfləri qorunsun. Cünki bu təqdirdə camaat nicat gəmisinə minməklə özlərinin hidayət vasitəsini tapmış olur.
Sual: Həzrət Zəhraya (s.ə) nisbət verilən "Bu gün günahlar yazılmır” hədisi və “Zəhra bayramı” ünvanı ilə cürbəcür haram işə zəminə yaradan bayram haqqında nəzəriniz nədir?
Cavab: Heç bir vəchlə bu haqda belə bir hədisimiz yoxdur. Böyüklərimizdən də heç biri belə bir mətləb buyurmayıb. "Qiyamət gününə qədər Mühəmmədin halalı halal, haramı haramdır" məşhur hədisə əsasən ilahi əmr və göstərişlərdən heç biri nə dəyişilməyəcək, nə də tətil olmayacaq. Buna görə də, həzrət Zəhraya (s.ə) belə bir hədisi nisbət vermək, ilk növbədə dinə iftira atmaqdır, ikinci isə həzrət Zəhra (s.ə) qətiyyətlə ondan uzaqdır. Fatimənin (s.ə) ardıcılları və onu sevənlər onu sevincinə səbəb olan işlər görməlidir. Necə ola bilər ki, günah o Həzrəti sevindirsin?!
Sual: "İmam Hüseynin (ə) qanı biz şiələrin günahlarının kəffarəsidir" – sözü haqqında nəzəriniz nədir?
Cavab: Ümumiyyətlə deyə bilərik ki, imam Hüseynin (ə) şəhadətinin çoxlu bərəkətləri vardır. Bundan əlavə hədislərdə də, o Həzrətin məclislərində olmaq, ağlamaq və əzadarlıq etmək haqqında çoxlu savablar deyilmişdir. Həmçinin insanın Cəhənnəm əzabından xilas olmasına, onların həqiqəti bilməsinə və dini maariflənməyə səbəb olur. Camaat anlayır ki, həzrət Hüseyn (ə) namaz və dinin başqa hökümlərini qorumaq üçün qətlə yetirilib və bu da, bütün dindarlar üçün örnək və nümunə olur.
Həqiqi şiə bunlardan xəbərdar olduqda, təsirlənərək, İslamın göstərişlərinə əməl edib özü həqiqi namaz qılanlardan ola bilər. Əgər kimsə, “şiə istədiyi hər bir işi görə bilər; namaz qılmayayıb haramlara mürtəkib ola bilər, əvəzində də, imam Hüseynin (ə) qanı onun nicatına səbəb olacaqdır” – fikrində olarsa, bu məsihilərin həzrət İsa (ə) haqqında dedikləri – o dara çəkildi ki, camaatın günahları bağışlanılsın – kimi yanlış fikirlərinə bənzəyəcəkdir.
Hər halda biz hədislərə əsasən inanırıq ki, şiənin Aşura hadisəsinə və imam Hüseynə (ə) güclü əlaqəsi olduğundan özünü Cəhənnəm əzabından uzaqlaşdırıb nicat verə bilər. Belə ki, Həzrətin əzasında ağlamaqla və o Həzrətin, uğrunda şəhid olduğu şeylərə əməl etməklə sözsüz xilas olacaqdır. Əlbəttə bu mövzu və bu haqda gələn hədislərin müzakirəsinin geniş vaxta ehtiyacı vardır.