Namazın batinini dərk etməyin əhəmiyyəti
29 November 2024
04:22
۱,۶۱۱
Xəbərin xülasəsi :
-
Həzrət Fatiməi-Zəhranın (əleyhasəlam) şəhadəti
-
Həzrət Zeynəbi-Kubra əleyhasəlamın təvəllüdü
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) qısa ziyarətnaməsi
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) vəfatı
-
Həzrət imam Həsən Əsgərinin (əleyhissəlam) təvəllüdü
-
Həzrət Ayətullah Fazel Lənkəraninin əhli-sünnə cümə və camaat imamları ilə toplantısında verdiyi açıqlamalar
Bismilləhir-Rahmənir-Rahim
Namazın batinini dərk etməyin əhəmiyyəti (davamı)
Digər ayədə buyurur:
وَكَذَلِكَ نُرِي إِبْرَاهِيمَ مَلَكُوتَ السَّمَاوَاتِ وَالْأَرْضِ وَلِيَكُونَ مِنَ الْمُوقِنِينَ
“Beləcə, İbrahimə göylərin və yerin göstərdik ki, tam qənaətlə inananlardan olsun.” [1]
Yəni, Biz İbrahimə göylərin və yerin mələkutunu göstərdik ki, yəqin əhli olsun.
وَإِنْ مِنْ شَيْءٍ إِلاَ عِنْدَنَا خَزَائِنُهُ وَمَا نُنَزِّلُهُ إِلاَ بِقَدَرٍ مَعْلُومٍ
“Elə bir şey yoxdur ki, onun xəzinələri ancaq Bizdə olmasın. Lakin Biz ondan yalnız müəyyən qədər nazil edirik.” [2]
Hər bir şeyin əsas xəzinəsi Allah-təbarəkə və təalanın yanındadır. Yəni, elə həmin namaz ki, indi onu əncam veririk, zahirdə bir neçə dəqiqə müddətində baş verən qısa bir əməldir və insan təsəvvür etmir ki, onun əvvəli və axırı hansısa bir şeylə rabitədə olsun. Amma bu əməllər, bu zahirin arxasında bir həqiqətlə rabitədədir və o həqiqət Allah-təalanın yanındadır. Biz, bu zahirin vasitəsilə o batinə və həqiqətə çatmaq istəyirik.
Beləliklə, əqlin mühakiməsindən əlavə bu aləmdə bütün işlərin mələkutu olmasına Qurani-Kərim aydın şəkildə dəlalət edir. Məxsusən namaz babında bizim çoxsaylı rəvayətlər varımızdır. Allah-təalanın lütf və inayətilə namazın bütün cüziliklərinə, o qədər ki, böyük alimlər öz kitablarında bizim üçün nəql ediblər, hamısına işarə edəcəyik. Namazın müqəddiməsindən tutmuş, o cümlədən dəstəmaz, namazın müqarinatı (namazla bərabər əməllər) və münafiyatı (namazla təzadlı əməllər) və təqibatı (namazdan sonra gələn əməllər), bir sözlə namazın bütüt halətləri əsrara malikdir. Təkbirətul-ehram üçün əsrar bəyan olunubdur, niyyət üçün əsrar bəyan edilibdir, qiraətdə əsrar vardır... Haqq-təalanın bərabərində insanın bu qiyam etməsində nə kimi sirlər gizlənibdir? Səcdə və rükuda hansı sirlər mövcuddur? Bu rəvayətlərin özü bizim üçün aydın dəlildir; yəni əgər bizim əqli dəlilimiz olmasaydı belə, əgər Quranın: “Hər şeyin bir batini və sirri vardır” –deyə buyurduğu ayələri olmasaydı belə, dini mənbələrimizdə namazın əsrarını bəyan edən mötəbər rəvayətlərdən gözəl şəkildə faydalanardıq ki, namaz əsrara malikdir.
Bəhsin sonunda bu şərif hədisə işarə edirəm ki, həzrət Əmirəl-möminin əleyhissəlam buyurdu:
مَنْ تَوَضَّأَ مِثْلَ وُضُوئِي وَ قَالَ مِثْلَ قَوْلِي خَلَقَ اللَّهُ تَبَارَكَ وَ تَعَالَى مِنْ كُلِّ قَطْرَةٍ مَلَكاً يُقَدِّسُهُ وَ يُسَبِّحُهُ وَ يُكَبِّرُهُ فَيَكْتُبُ اللَّهُ عَزَّ وَ جَلَّ ثَوَابَ ذَلِكَ لَهُ إِلَى يَوْمِ الْقِيَامَةِ.
Bunun özü təharətin sirlərindən biridir ki, adam dəsdəmaz alarkən onun əllərindən su damlaları damcılayır. Həzrət Əmirəl-möminin əleyhissəlam buyurur: “Əgər bir kəs mənim dəsdəmaz aldığım kimi dəsdəmaz alsa və dəsdəmaz alarkən mənim dediyim sözləri və zikrləri desə, Allah-təala onun dəsdəmazın hər qətrəsi müqabilində bir mələk xəlq edər ki, bu mələk Allah-təalanı təqdis (quddusun subbuh) və təsbih (Subhanəllah) zikrləri ilə yad edəcək və “Yukəbbiruhu”- Allaha təkbir deyəcəkdir. Əziz olan Allah da qiyamət gününə qədər bu əməlin savabını o şəxs üçün qeyd edib saxlayar.” [3] Görün bu əməlin batininə necə bir nəticə tərtib olunur ki, bu mələk qiyamət gününə qədər Allaha təsbih deyir və bunun savabı dəsdəmaz alan şəxs üçün yazılıb səbt edilir.
Deməli, bilməliyik ki, namazın bütün əməlləri və namazla rabitəli olan əməllər, o cümlədən, namazın şərtləri, müqəddimələri, müqarinatı, münafiyatı və təqibatının hamısı çoxlu əsrara malikdir. Gərək Allah-təaladan istəyək ki, o həqiqətləri və sirləri bizə lütf və inayət buyursun.
(ardını izləyin)