Camiəyi-kəbirə ziyarətnaməsinin şərhi

27 November 2024

14:14

۱,۶۸۷

Xəbərin xülasəsi :
On dörd məsum əleyhimussəlamın hədis, dua, ziyarət və minacat vasitəsilə təqdim etdikləri maarif, müqəddəs Qur`anda Allahın icmal və ümumi şəkildə buyurduğu kəlamın təfsir və təfsilatıdır
آخرین رویداد ها

بسم الله الرحمن الرحيم

الحمد لله رب العالمين وصلی الله علی محمد وآله الطيبين المکرمين

Xatırladım ki, bəhsimiz «Camiəyi-kəbirə» ziyarətnaməsinin şərhi və izahıdır. Qeyd olundu ki, dua, ziyarət və münacat insanın həyatına məna və tərəqqi bəxş edir. Bu baxımdan, din rəhbərlərimiz dua, ziyarət və münacat məsələsinə son dərəcə böyük əhəmiyyət vermişlər.

İnsan həyatının ən qiymətli anı qəlbində və vücudunda öz Xaliqi ilə üns bağladığı zamandır. Dua, ziyarət və münacat da bu ünsiyyətin yaranması üçün ən mühüm vasitə və səbəbdir. Həzrət Əli əleyhissəlam buyurur:

"أَحَبُّ الأَعْمالِ إِليَ اللهِ عزَّ وجَلّ فِي ألأَرْضِ الدُّعاءُ"

«Yer üzündə Allahın ən çox sevdiyi əməl bəndələrin dua və münacat etməsidir».[1]

Burada, dua və ziyarətin insan həyatı üçün zəruriliyini araşdıraq.

Qur`ani-kərim ilahiyyat, insanşünaslıq və dünyanı tanımaqda ən kamil səmavi kitabdır. İnsanın səadəti və hidayəti yolunda bütün elmləri ehtiva etdiyi üçün, Allah-taala bu müqəddəs kitabı belə vəsf edir:

﴿...وَنَزَّلْنَا عَلَيْكَ الْكِتَابَ تِبْيَانًا لِكُلِّ شَيْءٍ...﴾

«Biz Qur`anı sənə hər bir şeyin bəyanı olaraq nazil etdik».[2]

Amma bu İlahi kitabın hədsiz və binihayət maarifindən, yalnız Qur`an elmlərini bütünlüklə mənimsəmiş, mərifət aləminin həqiqi müəllimlərinin vasitəsilə faydalanmaq mümkündür. Bu müəllimlər, ancaq Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih) və onun məsum canişinləridir.

Məsələyə aydınlıq gətirmək üçün nəzərinizi bir misala cəlb edirəm. Əksər müsəlmanların əzbər bildikləri Qur`an ayələrindən biri «Fatihə» surəsinin ayələridir. Bu mübarək surənin son ayələri belədir:

﴿اهْدِنَا الصِّرَاطَ الْمُسْتَقِيمَ، صِرَاطَ الَّذِينَ أَنْعَمْتَ عَلَيْهِمْ غَيْرِ الْمَغْضُوبِ عَلَيْهِمْ وَلاَ الضَّالِّينَ﴾

«İlahi! Bizi düz yola yönəlt. Nemət verdiyin kəslərin yoluna! Qəzəbə düçar olmuşların və azmışların yoluna yox!».[3]

Təqribən bütün müsəlmanların gündə ən azı on dəfə əzbərdən oxuduğu bu ayənin mənasını onlardan soruşsaq, şübhəsiz əksəriyyət və hətta ərəb dilli müsəlmanlar belə, yalnız ayənin tərcüməsi və yaxud müxtəlif təfsirçilərin qeyri-qəti mülahizələri ilə tanış olduqlarını söyləyəcəklər. Amma mübarək ayədə: «Nemət verilən kəslər» və «qəzəbə düçar olan şəxslər» –dedikdə kimlərə işarə olunduğunu soruşsaq, görəcəyik ki, bu barədə düzgün məlumatı çox az müsəlman bilir. Belə olan halda, Qur`anın həqiqi təfsirçilərinə və Peyğəmbərin haqq canişinlərinə duyulan ehtiyac özünü daha çox büruzə verəcəkdir.

On dörd məsum əleyhimussəlamın hədis, dua, ziyarət və minacat vasitəsilə təqdim etdikləri maarif, müqəddəs Qur`anda Allahın icmal və ümumi şəkildə buyurduğu kəlamın təfsir və təfsilatıdır.

Digər tərəfdən, əgər tarixi araşdırsaq görəcəyik ki, məsum imamların hər birinin həyatı, zalım və qəsbkar bir xəlifənin hakimiyyəti ilə eyni zamanda olmuşdur. Son dərəcə zalım və qəddar olan bu xəlifələr, məsum imamların İlahi maarifə və biliyə yiyələnmələrindən və xalqın onlara məhəbbət bəsləmələrindən həmişə vəhşət etmiş və onları öz taxt-taclarına qorxu və təhlükə görmüşlər. Ona görə də, Əhli-beyt əleyhimussəlama qarşı çox amansız və sərt olmuşlar. Hətta tarixi qaynaqlara əsasən, bəzi hakimlər məsum imamların xalqla əlaqəsini kəsərək, onları məhbus kimi nəzarət altında saxlamışlar.

Bu baxımdan, məsum imamların İlahi maarifi yaymaq və ümməti Qur`anın hidayətedici kəlamları ilə tanış etmək üçün, dua, ziyarət və minacatdan başqa çarələri qalmamışdır. Beləliklə, məsumların dua və ziyarətnamələrdə bəyan etdikləri hidayətedici kəlamlarına olan ehtiyac açıq-aşkar məlum olur. Lakin təəssüflər olsun ki, müsəlman ümmətin bu İlahi kəlamlara yetişməsinə hələ də böyük maneələr vardır.

Bunlara baxmayaraq, əgər xalq Allah kəlamının və məsumların ibarələrinin şirinliyini və cəlbediciliyini düşünərsə, bu ibarələr hər növ sədləri və maneələri aşacaq və haqsevər mömin ümməti hidayət edəcəkdir.

(ardını izləyin)

[1] «Kafi», cild 4, səh. 213.

[2] «Nəhl» surəsi, ayə 89.

[3] «Fatihə» surəsi, ayə 6-7.

Etiketlər :

Camiəyi-kəbirə ziyarətnaməsinin şərhi