«Camiəyi-kəbirə» ziyarətnaməsinin şərhi

29 November 2024

08:13

۱,۴۸۷

Xəbərin xülasəsi :
«Camiəyi-kəbirə» ziyarətnaməsində ziyarətçi, məsumların böyük Allaha itaət və bəndəlik dərəcələrini bəyan edərək Pərvərdigarın onlara əta buyurduğu xüsusi nemətləri sayır. Sonra məsumların ən yüksək mənəvi məqamlara çatıb Allahın kamil ayələrindən olmalarına belə iqrar edir:

«Hər kəs onların sözünü eşitsə, Allah sözünü eşidibdir. Hər kəs onların kəlamından faydalansa, İlahi kəlamdan faydalanmışdır. Hər kəs onların yoluna yönəlsə, Pərvərdigarın haqq yoluna qədəm qoymuşdur»
آخرین رویداد ها

بسم الله الرحمن الرحيم

الحمد لله رب العالمين وصلی الله علی محمد وآله الطيبين المکرمين

Əhli-beyt əleyhimussəlamdan nəql olunan ziyarətnamələrin sırasında ən əhəmiyyətli və mühüm sayılanlardan biri «Camiəyi-kəbirə» ziyarətnaməsidir. Kəlmələrinin fəsahəti və mənasının bəlağəti sübut edir ki, bu ziyarətnamə vəhy mənbəyindən və din rəhbərindən sadir olubdur.

Ziyarətnamənin etibarlığı barəsində sonra danışacağıq. Lakin burada, onun imam tərəfindən bəyan edilməsi səbəbini qısa şəkildə xatırladıram:

Əhli-beyt dostlarından olan Musa ubni Abdullah Nəxəi onuncu imam Həzrət Hadi əleyhissəlama: «Mənə elə kəlimələr öyrədin ki, onunla məsumları ziyarət etmək düzgün olsun»- deyə müraciət edir. Həzrət, onun bu istəyi müqabilində «Camiəyi-kəbirə» ziyarətnaməsini ona öyrətməklə, sanki bütün Əhli-beyt dostlarına xatırladır ki, məsumların həqiqi ziyarəti onların haqqını tanımaq və İlahi hidayətə yiyələnməklə müyəssərdir. Elə məsumların ziyarəti nəticəsində Allahın savab və mükafatına nail olmağın əsas mənası da budur.

«Camiəyi-kəbirə» ziyarətnaməsində ziyarətçi, məsumların böyük Allaha itaət və bəndəlik dərəcələrini bəyan edərək Pərvərdigarın onlara əta buyurduğu xüsusi nemətləri sayır. Sonra məsumların ən yüksək mənəvi məqamlara çatıb Allahın kamil ayələrindən olmalarına belə iqrar edir:

«Hər kəs onların sözünü eşitsə, Allah sözünü eşidibdir. Hər kəs onların kəlamından faydalansa, İlahi kəlamdan faydalanmışdır. Hər kəs onların yoluna yönəlsə, Pərvərdigarın haqq yoluna qədəm qoymuşdur».

Sonra «təvəlli və təbərri» məsələsinə iqrar edərək məsum imamların nəzər və etiqadına tabe olmasını bildirir:

«Sizin iman gətirdiyinizə mömin və qəbul etmədiyinizi mən də rədd edirəm. Habelə izhar edir ki, imanı kor-koranə deyildir. Belə ki, Əhli-beyt əleyhimussəlamın dostlarına məhəbbət bəsləməsi və düşmənlərinə nifrət hissi oyatmaq, bəsirət və idrak əsasındadır».

Nəhayət, təvəlli və təbərri məsələsi ilə əlaqədar ziyarətçi əməlində də öz vəfadarlığını Allah dostlarına elan edir:

«Əqidə oxşarlığından əlavə, əməl meydanında da sizinləyəm və həmişə düşmənlərinizə nifrət edəcəyəm».

«Camiəyi-kəbirə» ziyarətnaməsi başdan-başa məsum imamların kamillik və fəzilətləri ilə doludur. Ziyarətçi də son dərəcə ehtiram, təvazö, sədaqət və rəğbətlə onlara nəhayət məhəbbətini izhar edir.

Həzrət Hadi əleyhissəlamın bu möhtəşəm ifadəsi, məsum imamların kamilliyinin yalnız bəyana sığan bir hissəsini aşkar etmişdir. Çünki bu müqəddəs varlıqların fəzilətləri saya gəlməzdir. Elə ona görə, sonda ziyarətçi Əhli-beyt əleyhimussəlamın uca məqam və mənsəblərini sayıb qurtarmasına qadir olmadığını bu sözlərlə izhar edir:

"مَوَالِيَّ لا أُحْصِي ثَنَاءَكُمْ وَلا أَبْلُغُ مِنَ الْمَدْحِ كُنْهَكُمْ وَمِنَ الْوَصْفِ قَدْرَكُمْ"

«Ey mənim rəhbərlərim! Sizə səna deməklə tərifinizi sayıb qurtara bilmərəm. Sizin həqiqətinizi olduğu kimi mədh etməyə, məqam və fəzilətlərinizi vəsf etməyə qadir deyiləm».

(ardını izləyin)

Etiketlər :

«Camiəyi-kəbirə» ziyarətnaməsinin şərhi