“Hüzuri- qəlb” məsələsində qəlb sözünün mənası
29 November 2024
09:22
۱,۶۲۸
Xəbərin xülasəsi :
-
Həzrət Fatiməi-Zəhranın (əleyhasəlam) şəhadəti
-
Həzrət Zeynəbi-Kubra əleyhasəlamın təvəllüdü
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) qısa ziyarətnaməsi
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) vəfatı
-
Həzrət imam Həsən Əsgərinin (əleyhissəlam) təvəllüdü
-
Həzrət Ayətullah Fazel Lənkəraninin əhli-sünnə cümə və camaat imamları ilə toplantısında verdiyi açıqlamalar
Bismilləhir- Rahmənir- Rahim
“Hüzuri-qəlb” məsələsində qəlb sözünün mənası
لَهُمْ قُلُوبٌ لاَ يَفْقَهُونَ بِهَا وَلَهُمْ أَعْيُنٌ لاَ يُبْصِرُونَ بِهَا
“Onların qəlbləri vardır, lakin onunla (həqiqətləri) anlamırlar və onların gözləri vardır, lakin onunla görmürlər.”[1]
Namaz qılanlar, seyri-süluk[2] və ibadət əhli üçün bu məsələ aydındır ki, namazın həqiqətlərinə, eləcə də hər bir ibadətin həqiqətinə çatmaq, ancaq “zəvahir” (zahirlər) əsasında və şəriət yolu vasitəsilə mümkündür. Yəni ancaq bir halda biz namazın həqiqətinə yol tapıb onun barəsində müəyyən qədər məlumata yiyələnə bilərik ki, namazın zahirini, əhkamını, şəraitini və zahiri qaydalarını riayət edək. Əks təqdirdə, bu zahirin mühəqqəq olmadığı surətdə, o batinə yetişmək mümkün deyildir. Batinə yetişmək üçün gərək zahirin şəraitini kamilən riayət etmək lazımdır. Mərhum İmam (Allah ondan razı olsun) “Şərhi- Fusus” kitabına yazdığı təliqədə buyurublar: “Təriqət və həqiqət, yalnız şəriət yolu ilə hasil olur, çünki batinin yolu zahirdən keçir. Demək, əgər bir kəs ilahi təklifləri yerinə yetirməklə batinə yol tapa bilmədiyini görsə, bilsin ki, zahirə düzgün əməl etməmişdir.”
Beləliklə, bizim bəyan edəcəklərimiz o surətdə müəssirdir ki, namaz qılan şəxs namazın zahirinə, əhkam və şəraitinə tam şəkildə riayət etmiş olsun. Qəsb edilmiş yerdə, yaxud nəcis və napak paltarla namaz qılmaq, qiblənin cəhətini düzgün təyin etmədən namaz qılmaq, həmçinin namazın digər əcza və şəraitinə riayət etməmək, insanı heç zaman namazın batini, əsrarı və həqiqətinə yetirməyəcəkdir.