Hüzuri-qəlb məsələsində qəlb sözünün mənası

29 November 2024

06:09

۱,۸۹۶

Xəbərin xülasəsi :
Həzrət Ayətullah Şeyx Muhəmməd Cavad Fazil Lənkərani (Allah bərəkətli ömrünü uzun etsin) cənablarının "Namazın əsrarı və qaydaları" mövzusunda buyurduğu dəyərli çıxışlarından
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Bura qədər müqəddimə ünvanı olaraq bəyan etdiyimiz mətləblərdən sonra, “namazın əsrarı” babında böyük alimlərin diqqət mərkəzində duran ilk bəhs, namazda hüzuri-qəlb mövzusudur. Mərhum Mirzə Cavad Məliki kimi (Allah ondan razı olsun) bəzi böyük alimlər, insan namazı kamil surətdə yerinə yetirə bilməsi üçün altı mərhələ zikr etmişlər:

– onun birinci mərhələsi “hüzuri-qəlb”dir.

– ikinci mərhələ: “təfəhhüm” (tədricən dərk etmək);

– üçüncü mərhələ: “təzim” (əzəmətli sanmaq);

– dördüncü mərhələ: “heybət” ();

– beşinci mərhələ: “rəca” (ümidli olmaq);

– altıncı mərhələ isə “fəna”dır (məhv olmaq).

Belə buyurublar ki, kamil bir namazı qılmaq üçün namaz qılan şəxs gərək bu altı halətə nail olmalıdır. Amma mərhum Şəhid Sani və mərhum İmamın (Allah onlardan razı olsun) “Sirrus-səlat” kitabında qeyd olunduğu kimi digər alimlərn bu mərhələlər və halətləri bir-birində ayırmamışlar. Ola bilsin düzü də elə odur ki, bunların hamısını “hüzuri-qəlb” ünvanı ilə bir yerdə müzakirə edək. Yəni hüzuri-qəlb, təfəhhüm, təzim, heybət, rəca və fəna mərhələləri bütünlüklə hüzuri-qəlb bəhsinə aiddir ki, qarşıda buna aydınlıq gətirəcəyik.

Namazın həqiqətinə çatmaq üçün gərək insanın qəlbi hazır olsun. Hüzuri-qəlb, yəni insan tam şəkildə diqqətini namaza yönəltsin. Burada “qəlb” sözü ilə əlaqədar üç mətləbi bəyan etməyimiz münasibdir; birincisi budur ki, qəlb sözündən məqsəd nədir? Görəsən, bu bəhslərdə sözü gedən “qəlb”dən məqsəd insan bədənində qan dövranının mərkəzi orqanı olan ürəkdir, yoxsa insan beyni? Məlumdur ki, məqsəd bunlar deyil. Bu bəhslərdə qəlb dedikdə məqsəd o ilahi lətafətliyə malik olan elə bir varlıqdır ki, bəzən ona “nəfs” və bəzən də “ruh” deyilir. Ayə və rəvayətlərdə deyilir: "و لهم قلوب لا يعقلون بها"Qəlbləri vardır amma onun vasitəsilə bir şey anlamırlar.[1] Yəni məqsəd elə bir qəlbdir ki, düşünür və dərk edir. Elə bir qəlb ki, bir şeyə üz gətirir və digər şeydən uzaqlaşır, bir şeyə əlaqə göstərir və digər şeyə isə nifrət bildirir. Məqsəd o qəlbdir ki, görməyə və kor olmağa qadirdir. Hansı ki, rəvayətdə deyilir: “طبع القلوب” – Elə qəlbdir ki, kordur: çirkin və pasaqlıdır, o qəlbə möhr vurulur. Elə bir qəlbdir ki, nuraniliyə və qaranlığa bürünür. Əgər bir möminin bədən orqanı olan ürəyini bir kafirin ürəyi ilə müqayisə etsəniz, heç bir fərqi yoxdur. Amma rəvayətdə deyilir: Möminin qəlbi nurani və kafir insanın qəlbi zülmətdir.[2] Bəsirətli insanların qəlbi görür. Necə ki, bəzi insanlar danışıq zamanı deyirlər: gərək ürək gözü ilə, qəlbin gözü ilə  görəsən! Burada qəlb dedikdə, məqsəd belə bir mənadır. O qəlb ki, sıxılıb genişlənməyə qadirdir. Bütün əxlaqi sifətlər, çox gözəl və bəyənilmiş sifətlər bu qəlbə aiddir, eləcə də bütün alçaq və rəzil sifətlər də ona aiddir. Hansı ki, insan dünyadan getdikdən sonra o, baqi qalır. Demək, bizim bəhsimizdə qəlb sözündən məqsəd belə bir qəlbdir.

[1] Əraf surəsi, ayə 179:

"لَهُمْ قُلُوبٌ لاَ يَفْقَهُونَ بِهَا"

“Onların qəlbləri vardır, lakin onunla düşünüb anlamazlar.”

Həcc surəsi, ayə 46:

" أَفَلَمْ يَسِيرُوا فِي الْأَرْضِ فَتَكُونَ لَهُمْ قُلُوبٌ يَعْقِلُونَ بِهَا أَوْ آَذَانٌ يَسْمَعُونَ بِهَا فَإِنَّهَا لاَ تَعْمَى الْأَبْصَارُ وَلَكِنْ تَعْمَى الْقُلُوبُ الَّتِي فِي الصُّدُورِ "

“Məgər onlar yer üzündə gəzib dolaşmırlarmı ki, düşünən qəlbləri (bəsirət gözləri), eşidən qulaqları olsun? Həqiqətən, gözlər kor olmaz, lakin sinələrdəki ürəklər (qəlb gözü) kor olar.”

[2] Həzrət İmam Baqir əleyhissəlam buyurur:

عَنْ أَبِي جَعْفَرٍ عليه السلام، قَالَ: «الْقُلُوبُ ثَلَاثَةٌ: قَلْبٌ مَنْكُوسٌ لَايَعِي شَيْئاً مِنَ الْخَيْرِ، وَ هُوَ قَلْبُ‏ الْكَافِرِ؛ وَ قَلْبٌ فِيهِ نُكْتَةٌ سَوْدَاءُ، فَالْخَيْرُ وَ الشَّرُّ فِيهِ يَعْتَلِجَانِ، فَأَيُّهُمَا كَانَتْ مِنْهُ غَلَبَ عَلَيْهِ؛ وَ قَلْبٌ مَفْتُوحٌ، فِيهِ مَصَابِيحُ تَزْهَرُ، وَ لَايُطْفَأُ نُورُهُ إِلى‏ يَوْمِ الْقِيَامَةِ، وَ هُوَ قَلْبُ الْمُؤْمِنِ».


(ardını izləyin)
Etiketlər :

Hüzuri-qəlb məsələsində qəlb sözünün mənası