20 Səfər "Ərbəin" ziyarətidir
29 November 2024
04:12
۱,۵۴۵
Xəbərin xülasəsi :
-
Həzrət Fatiməi-Zəhranın (əleyhasəlam) şəhadəti
-
Həzrət Zeynəbi-Kubra əleyhasəlamın təvəllüdü
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) qısa ziyarətnaməsi
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) vəfatı
-
Həzrət imam Həsən Əsgərinin (əleyhissəlam) təvəllüdü
-
Həzrət Ayətullah Fazel Lənkəraninin əhli-sünnə cümə və camaat imamları ilə toplantısında verdiyi açıqlamalar
Bismilləhir-Rahmənir-Rahim
Səfər ayının 20-si həzrət Əba Əbdillah Hüseyn əleyhissəlamın Ərbəin ziyarəti günüdür. Ərbəin ziyarəti möminlərin hər il böyük tən-tənə ilə keçirdikləri ziyarətdir. Bütün dünya müsəlmanları çoxlu zəhmətlərə qatlaşaraq özlərini bu böyük gündə müqəddəs Kərbəla torpağına həzrət Seyyiduş-Şuhədanın (əleyhissəlam) müqəddəs ziyarətinə çatdırmağı özlərinə şərəf və müvəffəqiyyət sanırlar.
Ərbəin ziyarətinin əhəmiyyəti barəsində bunu demək kifayətdir ki, həzrət imam Həsən Əsgəridən (əleyhissəlam) nəql edilən rəvayətdə belə deyilir:
وَ قَالَ الْحَسَنُ الْعَسْكَرِيُّ عليه السلام: عَلَامَاتُ الْمُؤْمِنِ خَمْسٌ، صَلَاةُ إِحْدَى وَ الْخَمْسِينَ وَ زِيَارَةُ الْأَرْبَعِينَ وَ التَّخَتُّمُ بِالْيَمِينِ وَ تَعْفِيرُ الْجَبِينِ وَ الْجَهْرُ بِ بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيم.
“Möminin beş nişanəsi vardır: (mütəhəb namazlarla birlikdə) əlli bir rükət namaz qılmaq, (imam Hüseyni (əleyhissəlam) səfər ayının 20-də) ərbəində ziyarət etmək, sağ əlinin barmağına üzük taxmaq, səcdədə alnını torağa qoyar və (namazlarında) “Bismilləhir-Rahmənir-Rahim” ayəsini ucadan zikr etmək.”
Bütün əziz bacı-qardaşlara bu əzəmətli gündə şəhidlər ağası həzrət Hüseyn ibn Əlini (əleyhissəlam) və o həzrətin vəfalı səhabələrinin ziyarətinə nail olmaları ümidi ilə bu ziyarətin bir sıra fəzilətlərini burada sizlərə təqdim edirik.
Həzrət İmam Hüseynin (əleyhissəlam) ziyarətinin fəziləti haqqında gələn hədislərin hamısı bu məqalənin həcmindən xaricdir. Bir tərəfdən də insan, bu haqda nəql olunan yüzlərlə hədisi görməsə, dini qorumaqda Aşura qiyamının əhəmiyyətini, İmam Hüseynin (əleyhissəlam) əzəməti və pak imamların dinə nisbətdə həzrət Hüseyni (əleyhissəlam) meyar qərar verməkdəki inayətlərini dərk etməyəcəkdir. Çarəsizcəsinə İmam Hüseynin (əleyhissəlam) ziyarətinin mənəvi və maddi fəzilətlərinin zikr olunan mündəricatını aşağıdakı ardıcıllıqla gətiririk:
1. Ruzini artırır, 2. Ömrü uzun edir, 3. Xətərləri dəf edir, 4. Keçmiş və gələcək günahları bağışlatdırır, 5. Əlli nəfərə şəfaət edə bilər, 6. Müqəddəs qəbrin yanında hacəti mustəcabdır, 7. Mələklər zəvvarlar üçün dua edirlər, 8. Onun adı cənnətin uca mərtəbəsinə yazılar, 9. Evdən çıxan zaman günahdan da xaric olar, 10. Min həccin savabından məqbuldur, 11. O qayıdana qədər Mələklər onu və malını qoruyar, 12. Qiyamət günü onun ən yaxşı müdafiəçisi Allahın özüdür, 13. Birinci addımında bağışlanır və sonrakı addımlarda müqəddəs sayılacaq, 14. Xərclədiyi hər dirhəmi (manatı) dünya və axirətdə min dirhəm (manat) ilə əvəz olacaq, 15. Qiyamət günü hamı arzulayar ki, imam Hüseynin (əleyhissəlam) zəvvarı olsun, 16. İmam Hüseynin (əleyhissəlam) zəvvarları Qiyamət günü nur süfrələrində olacaqlar, 17. İmam Hüseynin (əleyhissəlam) zəvvarları həzrət Peyğəmbərin (sallallahu aleyhi və alih), imam Əlinin (əleyhissəlam) və həzrət Fatimənin (əleyhasalam) yanında olacaqlar, 18. İmam Hüseynin (əleyhissəlam) zəvvarları digərlərindən qırx il qabaq behiştə daxil olacaqlar, 19. Allah onun dünyəvi çətinliklərini həll edər, 20. İmam Hüseyninin (əleyhissəlam) zəvvarı şəhid ölər, 21. Həzrət Peyğəmbər (sallallahu aleyhi və alih) məscidində iki ay etikaf və orucun savabını qazanar, 22. Hər ay imam Hüseyni (əleyhissəlam) ziyarət etmək min şəhidin savabını qazanacaq, 23. Hər piyada addımına min həsənə yazılar, min günahı bağışlanar və min dərəcə məqamı ucalar, 24. Hər piyada addımına həzrət İsmayılın (əleyhissəlam) övladlarından bir qulu azad etməyin savabı verilər, 25. Hər bir günü Adil olan Allahın yanında min aydır, 26. Yerə qoyduğu hər qədəminə bir həccin savabı və yerdən götürdüyü hər qədəminə isə bir ümrənin savabı verilər, bir şərtlə ki, riya, camaata eşitdirmək üçün və bihudə olmasın, 27. İmam Hüseynin (əleyhissəlam) ziyarəti min Bədr şəhidinin savabına bərabərdir, 28. İmam Hüseynin (əleyhissəlam) ziyarəti min qəbul olunmuş sədəqənin savabı var, 29. Min oruc tutanın savabı ona verilər, 30. Min qulu azad etməyin savabı verilər, 31. Ona min yaraqlı atlını cihada hazırlayanın savabı verilər, 32. İmam Hüseynin (əleyhissəlam) ziyarəti Allahın ziyarətidir, 33. Həzrət Peyğəmbər (sallallahu aleyhi və alih) və adil İmamla birlikdə döyüşməyin savabı verilər, 34. İmam Hüseynin (əleyhissəlam) ziyarətinin savabı sayılıb qurtarmaz, 35. İmam Hüseyni (əleyhissəlam) Ərəfə günü ziyarət etmək bir milyon Həcc və bir milyon ömrənin savabı vardır, 36. İmam Hüseynin (əleyhissəlam) ziyarəti ən yaxşı əməllərdəndir, 37. Allah imam Hüseynin (əleyhissəlam) zəvvarı ilə fəxr edir, 38. Həzrət Peyğəmbər (sallallahu aleyhi və alih) və pak İmamlar (əleyhimussəlam) onun üçün dua edəcəklər, 39. Həzrət Peyğəmbər (sallallahu aleyhi və alih) və Mələklər Qiyamət günü onun əlindən tutacaq və İmam Hüseynlə (əleyhissəlam) məhşur olacaq.
Allah-taala ziyarətlərinizi qəbul etsin, salam və salavatınızı, Əhli-Beytə (əleyhimussəlam) və xüsusən də həzrət imam Zamana (əleyhissəlam) çatdırsın!