Ayətullah Məhəmmədcavad Fazil Lənkərani-Məhdilik
22 December 2024
14:35
۱,۶۷۹
Xəbərin xülasəsi :
آخرین رویداد ها
Bismilləhir-Rahmənir-Rahim
Həzrət Ayətullah Məhəmmədcavad Fazil Lənkəraninin
(ömrü uzun olsun) “Məhdilik” mövzusu ilə bağlı çıxışları
Birinci çıxış
Zühur əsrində dinin həqiqəti
Qum elmi hövzəsinin xüsusi “İmamət və Məhdilik”
mərkəzində olan çıxış
Birinci çıxışda mütaliə edəcəksiniz:
1. Zühur əsri barəsində olan əhəmiyyətli bir
sualın tədqiqi; müzakirə edilən sualdan əldə edilən iki nəticə: Birinci nəticə-
“Din”, həzrət Hüccətin (əleyhissəlam) hökumətinin mehvəri; ikinci nəticə- Həzrət
Məhdinin (Allah onun gəlişində təcil etsin) zühuru dəyişməz bir həqiqətin kəşfidir;
2. Müzakirə edilən sualda müqəddimə olaraq dörd
mətləbin araşdırması;
3. Hədislərdə zühur əsrində dinin həqiqəti barəsində
gələn yeddi ifadənin araşdırması;
4. İki əhəmiyyətli məsələnin araşdırması;
birinci məsələ: İki qisim hədislərdə bir sualın araşdırması; birinci qisim: Digər
dinlərin aradan getməsinə dəlalət edən hədislər; ikinci qisim: Digər dinlərin
mövcud olmasına dəlalət edən hədislər. Qeyd olunan iki qisim hədislərdən ortaq
nöqtəyə çatmaq üçün üç yolun bəyanı; ikinci məsələ: Zühur dövründə dinin
xüsusiyyətləri və necəliyinin bəyanı;
5. Müzakirənin nəticəsi.
Zühur əsrində dinin həqiqəti
" هُوَ الَّذِي أَرْسَلَ رَسُولَهُ بِالْهُدَى وَدِينِ الْحَقِّ لِيُظْهِرَهُ عَلَى الدِّينِ كُلِّهِ وَلَوْ كَرِهَ الْمُشْرِكُونَ "
“Müşriklərin xoşuna gəlməsə belə, onu bütün dinlərdən
üstün etmək üçün Öz Rəsulunu hidayət və haqq olan dinlə göndərən Odur.”[1]
Bəhsin mövzusunun bəyanı
Bəşəriyyətin rabitədə olduğu və həmişə bir çox dəyişikliklərin
mənşəyi olmuş ən əhəmiyyətli mövzulardan biri, “din” və onun “müxtəlif cəhətləri”
mövzusudur. Şübhəsiz hörmətli tədqiqatçılar yaxşı bilirlər ki, bu mövzu müxtəlif
cəhətlərdən və fərqli nəzərlərlə araşdırıla bilər. Lakin burada məqsədimiz “Həzrət
Məhdinin (Allah onun gəlişində təcil etsin) zühuru dövründə dinin necəliyi və
araşdırılması”dir.
Zühur əsri barəsində əhəmiyyətli bir sualın tədqiqi
Bəhs edilən mövzu əsasında daimən din tədqiqatçılarının
və mütəfəkkirlərin nəzərlərini cəlb edən suallardan biri budur ki, “görəsən, həzrət
Məhdinin (Allah onun zühurunda təcil etsin) zühur dövründə o Həzrətin tərəfindən
yeni qanunlar və hökmlər bəyan ediləcək, ya xeyr?” Başqa bir sözlə, sual budur
ki, “həzrət Məhdinin (Allah onun zühurunda təcil etsin) hökumətinin cahanşümul
olduğunu nəzərə alaraq din, o zamana münasib üsullar və yeni qanunlarla təcəlli
edəcəkdirmi?”
Daha dəqiq desək, görəsən, belə demək olarmı, həqiqətdə
və inşa məqamında Allah-taalanın nəzərində elə bir hökmlər vardır ki, insanların
fərdi və ictimai inkişafında onlara böyük ehtiyac duyulur, lakin zühur əsrinə qədər
bir çox maneənin olduğu üçün bu hökmlər icra və əməliyyat mərhələsinə yetişmir;
yaxud bu məsələ doğru deyil, zühur əsrində müqəddəs islam hökmlərinin icrası mərhələsində
böyük dəyişiklik baş verəcək və bəzi islam hökmlərinin genişlənməsində məhdud
hallar irəli gələcəkdir?