Ayətullah Məhəmmədcavad Fazil Lənkərani-Məhdilik

07 October 2024

09:23

۱,۶۶۰

Xəbərin xülasəsi :
Birinci çıxış: Zühur əsri barəsində olan əhəmiyyətli bir sualın tədqiqi; müzakirə edilən sualdan əldə edilən iki nəticə: Birinci nəticə- “Din”, həzrət Hüccətin (əleyhissəlam) hökumətinin mehvəri; ikinci nəticə- Həzrət Məhdinin (Allah onun gəlişində təcil etsin) zühuru dəyişməz bir həqiqətin kəşfidir
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Həzrət Ayətullah Məhəmmədcavad Fazil Lənkəraninin (ömrü uzun olsun) “Məhdilik” mövzusu ilə bağlı çıxışları

Birinci çıxış

Zühur əsrində dinin həqiqəti

Qum elmi hövzəsinin xüsusi “İmamət və Məhdilik” mərkəzində olan çıxış

Birinci çıxışda mütaliə edəcəksiniz:

1. Zühur əsri barəsində olan əhəmiyyətli bir sualın tədqiqi; müzakirə edilən sualdan əldə edilən iki nəticə: Birinci nəticə- “Din”, həzrət Hüccətin (əleyhissəlam) hökumətinin mehvəri; ikinci nəticə- Həzrət Məhdinin (Allah onun gəlişində təcil etsin) zühuru dəyişməz bir həqiqətin kəşfidir;

2. Müzakirə edilən sualda müqəddimə olaraq dörd mətləbin araşdırması;

3. Hədislərdə zühur əsrində dinin həqiqəti barəsində gələn yeddi ifadənin araşdırması;

4. İki əhəmiyyətli məsələnin araşdırması; birinci məsələ: İki qisim hədislərdə bir sualın araşdırması; birinci qisim: Digər dinlərin aradan getməsinə dəlalət edən hədislər; ikinci qisim: Digər dinlərin mövcud olmasına dəlalət edən hədislər. Qeyd olunan iki qisim hədislərdən ortaq nöqtəyə çatmaq üçün üç yolun bəyanı; ikinci məsələ: Zühur dövründə dinin xüsusiyyətləri və necəliyinin bəyanı;

5. Müzakirənin nəticəsi.

Zühur əsrində dinin həqiqəti

" هُوَ الَّذِي أَرْسَلَ رَسُولَهُ بِالْهُدَى وَدِينِ الْحَقِّ لِيُظْهِرَهُ عَلَى الدِّينِ كُلِّهِ وَلَوْ كَرِهَ الْمُشْرِكُونَ "

Müşriklərin xoşuna gəlməsə belə, onu bütün dinlərdən üstün etmək üçün Öz Rəsulunu hidayət və haqq olan dinlə göndərən Odur.”[1]

Bəhsin mövzusunun bəyanı

Bəşəriyyətin rabitədə olduğu və həmişə bir çox dəyişikliklərin mənşəyi olmuş ən əhəmiyyətli mövzulardan biri, “din” və onun “müxtəlif cəhətləri” mövzusudur. Şübhəsiz hörmətli tədqiqatçılar yaxşı bilirlər ki, bu mövzu müxtəlif cəhətlərdən və fərqli nəzərlərlə araşdırıla bilər. Lakin burada məqsədimiz “Həzrət Məhdinin (Allah onun gəlişində təcil etsin) zühuru dövründə dinin necəliyi və araşdırılması”dir.

Zühur əsri barəsində əhəmiyyətli bir sualın tədqiqi

Bəhs edilən mövzu əsasında daimən din tədqiqatçılarının və mütəfəkkirlərin nəzərlərini cəlb edən suallardan biri budur ki, “görəsən, həzrət Məhdinin (Allah onun zühurunda təcil etsin) zühur dövründə o Həzrətin tərəfindən yeni qanunlar və hökmlər bəyan ediləcək, ya xeyr?” Başqa bir sözlə, sual budur ki, “həzrət Məhdinin (Allah onun zühurunda təcil etsin) hökumətinin cahanşümul olduğunu nəzərə alaraq din, o zamana münasib üsullar və yeni qanunlarla təcəlli edəcəkdirmi?”

Daha dəqiq desək, görəsən, belə demək olarmı, həqiqətdə və inşa məqamında Allah-taalanın nəzərində elə bir hökmlər vardır ki, insanların fərdi və ictimai inkişafında onlara böyük ehtiyac duyulur, lakin zühur əsrinə qədər bir çox maneənin olduğu üçün bu hökmlər icra və əməliyyat mərhələsinə yetişmir; yaxud bu məsələ doğru deyil, zühur əsrində müqəddəs islam hökmlərinin icrası mərhələsində böyük dəyişiklik baş verəcək və bəzi islam hökmlərinin genişlənməsində məhdud hallar irəli gələcəkdir?




[1] Saf surəsi, ayə 9


Etiketlər :

Həzrət Ayətullah Məhəmmədcavad Fazil Lənkəraninin (ömrü uzun olsun) “Məhdilik” mövzusu ilə bağlı çıxışları