Quran həzrət Fatiməni (əleyhasəlam) tanıtdırır
05 December 2024
19:05
۹۵۷
Xəbərin xülasəsi :
-
Siddiqei-Kubra Fatimei-Zəhranın (əleyhasəlam) şəhadəti
-
Həzrət Fatiməi-Zəhranın (əleyhasəlam) şəhadəti
-
Həzrət Zeynəbi-Kubra əleyhasəlamın təvəllüdü
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) qısa ziyarətnaməsi
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) vəfatı
-
Həzrət imam Həsən Əsgərinin (əleyhissəlam) təvəllüdü
Bismilləhir-Rahmənir-Rahim
Quran həzrət Fatiməni (əleyhasəlam) tanıtdırır
Ayətullah Məhəmmədcavad Fazil Lənkəraninin (bərəkətli ömrü uzun olsun) həzrət Fatimei-Zəhranın (əleyhasəlam) əzadarlığı münasibətilə təşkil edilmiş “Allahın Məhbubəsi” - şairlər məclisində irad etdiyi bəyanı
(ardı)
Bəzi hədislərdə “Mişkat”ı həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) mübarək vücudu və “Misbah”ı Əmirəl-mömininə (əleyhissəlam) yaxud Peyğəmbərin elminə və “Zücacə”ni Əmirəl-mömininə tətbiq etmişlər. Bəzi hədislər isə “Mişkat”ı Fatimə adlandırmışlar. Mən burada həmin məna ətrafında danışmaq istəyirəm. Hətta əgər bu haqda hədis də olmasaydı, ayənin ardınca buyurur: «في بُيُوتٍ أَذِنَ اللّهُ أَنْ تُرْفَعَ وَ يُذْكَرَ فيهَا اسْمُهُ». – Öz nurunu ona təşbeh edən Allahın bu “Mişkat”dan məqsədi nədir? Yer üzündə bəşərin Allah nurunu görə bilməsi üçün Allah-taala buyurur, bu evlərə nəzər salın.
Həzrət Peyğəmbərdən (sallallahu əleyhi və alih) sual etdilər ki, Allahın adının və zikrinin deyilib ucalmasına izin verdiyi ev hansıdır? Bu ev, bütün insanların evindən və bütün saraylardan fərqli bir evdir. Bu nurani vücudlar bütün insanlar arasında işıq saçıb parlayır. Allah-taala bu evlərə icazə veribdir ki, batini və mənəvi baxımdan ucalıb yüksəlsinlər.
Bu evlərdə يُذْكَرَ فيهَا اسْمُهُ - Allahın adı zikr edilir, gevələr və gündüzlər bu evlərdə Allah təsbih deyilir. Sonrakı ayədə bu evlərin üzvləri və şəxsiyyətləri tanıtdırılır. «رِجَالٌ لَا تُلْهِيهِمْ تِجَارَةٌ وَلَا بَيْعٌ عَنْ ذِكْرِ اللَّهِ وَإِقَامِ الصَّلَاةِ وَإِيتَاءِ الزَّكَاةِ» - Onlar həmişə Allahın zikrinə məşğuldurlar, namaz qılmaq və zəkat vermək halındadırlar. «يَخَافُونَ يَوْمًا تَتَقَلَّبُ فِيهِ الْقُلُوبُ وَالْأَبْصَارُ» - Onlar Allahın məqam və qüdrətindən, eləcə də Qiyamət günündən xof edirlər.
Qardaşlar və bacılar, bu ayələri yadda saxlayın. Allah demək istəyir ki, ey bəşər, əgər Mənim nurumun bir cüzini görmək istəyirsənsə, Fatiməi-Zəhraya bax, Əliyə bax, Məsum imamlara bax. Bunlar yer üzündə Allahın nurudur. Həzrət Hadi əleyhissəlam “Camiə” ziyarətnaməsində buyurur: «خلقکم الله أنواراً فجعلکم بعرشه محدقين حتّي منّ علينا» - Bunlar Allahın nuru və yer üzündə Allah nurunun nümunəsidirlər. Fatimə Allahın nurudur, necə ki, Peyğəmbər və Əli Allahın nurudur.
Hədisdən istifadə etmədən bu ayələrin özündən Əhli-beytin (əleyhimussəlam) məqamını dərk etmək olur. Allah-taala buyurur: Mənim nurumun məsəli bu xüsusiyyətli olan Mişkatdır və bu xüsusiyyətli mişkatın nümunəsi də bu evlərdir. Hansı evlər? O evlər ki, «أَذِنَ اللّهُ أَنْ تُرْفَعَ وَ يُذْكَرَ فيهَا اسْمُهُ يُسَبِّحُ لَهُ فيها بِالْغُدُوِّ وَ اْلآصالِ» , Quran uca və aydın səslə buyurur: Ey bəşər! Baxışın İlahi nurlara olsun, nəzərin Fatiməyə olsun. Mənim nuruma çatmaq, Mənim nurumdan bəhrələnmək istəyirsənsə, sən Mənim nurumu dərk edə bilməzsən! Amma yer üzündə Öz mislimi yaratmışam, «هم فاطمة و ابوها و بعلها و بنوها» - Mənim mislim, Fatimə, onun atası, həyat yoldaşı Əmirəl-möminin və onun pak övladlarıdır.
Bir zaman fikirləşirdim ki, Məsum imamların (əleyhimussəlam) buyurduqları bu hədis: «نحن حجج الله علی عباده و فاطمة حجةٌ علینا» - Həzrət Fatimənin imamlar üçün hüccət olmasının mənası nə deməkdir? Bu ayəyə əsasən, həzrət Fatimə bütün imamları qoruyub hifz edəndir. Fatimə Əlinin mişkatıdır və Əli misbahdır, Həsən misbahdır, sonuncu imama qədər, onlar hamısı çıraqdırlar. Amma bu çırağın nurunu və şölələrini qüvvətlə qoruyan və ona xüsusi parlaq və işıq bağışlayan Fatimədir.
(ardını izləyin)