Bəyanat namə

07 October 2024

08:36

۵,۲۰۴

Xəbərin xülasəsi :
İran İslam Respublikası dövlət televiziyasının üçüncü kanalında Ayətullah hacı şeyx Məhəmməd Cavad Lənkərani cənablarının həzrət Zəhranın (s.ə) şəxsiyyəti haqqında söhbəti
آخرین رویداد ها


Bismillahir-Rəhmanir-Rəhim

  Yaradılış aləminin və insaniyyət dünyasının ən böyük qadını həzrət Zəhranın (s.ə) şəhadət günü münasibəti ilə bütün şiələrə və o Həzrəti (s.ə) sevənlərə məxsusən həzrət Bəqiyətullahul-Əzəm imam Zamana (ə.c) başsağlığı verirəm.

  Varlıq aləminin dürrü olan bu xanım haqqında söz danışmaq olduqca çətin bəlkə də, qeyri mümkündür. Etibarlı hədislər toplumundan istifadə edərək demək olar ki, Allah Təala tərəfindən ona inayət olunan və oxşarı mübarək vücudunda öz əksini tapan həqiqətlər elə bir həqiqətdir ki, bəşər tarixindən öncə, hətta ola bilsin dünyanın yaranışından qabaq Allahın diqqətində olmuşdu. Bir hədisdə imam Sadiq (ə) belə buyurub: «سُمّيَت فاطِمَةَ فاطِمَة، لِاَنَّ الخَلقَ فَطِمُوا عَن كُنهِ مَعرِفَتِها»Allah Fatiməyə (s.ə) Fatimə adını verdi. Çünki camaat bu zatın mahiyyətini tanımaqda acizdir ”(Biharul-ənvar; c.43 s.65 hədis.58. Əlxəsaisul-Fatimiyyə; c.1 s.299). Bu hədis və bunun oxşarları bizə bu nöqtəni görsədir ki, biz gərək Fatimənin (s.ə) həqiqətini əlavə (artıq) bir həqiqət kimi təsəvvür etməyək. Yəni gərək o Həzrəti (s.ə) təkcə Peyğəmbərin (s) qızı, əmirəl-möminin  Əlinin (ə) həyat yoldaşı, imam Həsən (ə) və imam Hüseynin (ə) anası adı altında məhdudlaşdırmayaq. Fatimə (s.ə) bizim mədəniyyətimizdə təkcə Peyğəmbərin (s) qızı, şiələrin rəhbəri əmirəl-möminin Əlinin (ə) həyat yoldaşı olduğu üçün möhtərəm olmamalıdır. Əslində bu şərafətli vücudda bir həqiqət olub ki, bu ünvanlardan başqa heç bir məqam ona layiq olmayıb. Bu ünvanlar yalnız ləyaqəti qəbul etmək və bu həqiqəti həyata keçirmək olub. Yəni o həzrətin həqiqəti bu ünvanların xaricində olubdur. Fatimə (s.ə) kimdir? Və necə bir həqiqətdir? Bu suala cavab vermək üçün müzakirələr olmalı, böyüklərin və pak imamların kəlamları araşdırılmalıdır. İmam Sadiq (ə) həzrət Zəhra (s.ə) haqqında buyurur:  

«هِي صِدّيقَة الكُبري وَ عَلي مَعرِفَتِها دارَتِ القُروُن الاوُلي»  O siddiqədir (düz danışandır) və siddiqlərin məqamındadır üstəlik siddiqlər arasında ən böyük dərəcəsi vardır (Biharul-ənvar; c.43 s.105. Əlxəsaisul-Fatimiyyə; c.1 s.31. Məcməun-nureyn; s.43). Lakin mühüm nöqtə burdadır ki, «وَ عَلي مَعرِفَتِها دارَتِ القُروُن الاوُلي» cümləsi bizə çatdırır ki, bütün keçmiş əsrlər, onların əvvəl və sonuncusu, bütün insanlar, bütün peyğəmbərlər, Həzrəti (s.ə) tanımağı etiraf ediblər və bütün bu həqiqətlərin tanıma mehvərini yaşayıblar. Başqa hədislərimiz də, vardır ki, “Həzrət Zəhranı (s.ə) tanımasını etiraf etməyən peyğəmbər olmayıb”. Yaxud Siddiqəyi Tahirəni (s.ə) tanımaq onun öhdəsində olub. Həqiqətən biz bu həqiqəti tanıma yönündə çox acizik. Pak İmamlardan (ə) bəyan olunan bir qədər izahlar, yalnız bizə işarələr göstərir ki, bu işarələr də, bizim üçün kiçik işarələrdir. Həzrət imam Həsən Əskəri (ə) buyurub:  «نَحنُ حُجَجُ الله عَلَي الخَلقِ وَ فاطِمَةَ حُجَّةٌ عَلَينا» biz Allahın camaata olan höccətiyik, Fatimə (s.ə) isə Allahın bizə olan höccətidir. (Əsrarul-Fatimiyyə; s.37, 265 və 410. Əl-intisar; c.7 s.192 və 237). Əgər biz öz düşüncəmizin çəkisi, tələbəlik anlayışı və sübutlarımız ilə bu hədisin zahirinə əsaslansaq, ondan deyə bilərik ki, Fatimənin (s.ə) hətta pak İmamlardan (ə) da, üstün bir dərəcəsi var. Onun imam olmamağına baxmayaraq bütün danışıqları, işləri, hərəkət və rəftarı bizim üçün höccətdir. Gərək fikir əhli bu hədis üstündə çox düşünsünlər ki, baxmayaraq məsum İmamlarımız (ə) Peyğəmbərin (s) vəsisi və Allah Təalanın təyin etdiyi rəhbərlərdir amma etiraf edirlər ki, Fatimə (s.ə) bizə höccətdir. .

  Mümkündür ki, bəziləri həzrət Zəhranın (s.ə) “Müshəfi”nin İmamların (ə) yanında qorunub saxlandığı üçün onların - Fatimə (s.ə) bizə höccətdir – deməsini təsəvvür etsinlər. Çünki o “Müshəf”, pak İmamların (ə) haqlı olmasının əlamətlərindən biridir. Lakin biz hesab edirik ki, bu mətləb qəbuledilməzdir. Çünki (mən bildiyim qədər) İmamların (ə) yanında əmirəl-möminin imam Əlinin (ə) də, “Müshəfi” olmasına baxmayaraq heç bir imam “Əli (ə) bizə höccətdir” sözünü deməyib.

  Həzrət Zəhranın (s.ə) müshəfinin özü olduqca mühüm bir məsələ və əsasən o həzrəti tanımaq üçün bir ölçüdür. Kafi kitabında gələn mötəbər bir hədisə əsasən, Peyğəmbərin (s) vəfatından sonra Cəbrail (ə) nazil olar və həzrət Zəhra (s.ə) ilə söhbət edərdi. Lakin o söhbət vəhy ünvanı ilə olmayıb. Çünki vəhy, Peyğəmbərin (s) vəfatından sonra kəsildi və Qiyamət gününə qədər bütün bəşəriyyət ondan məhrum oldu. Baxmayaraq Qurani-Kərimdə vəhy həqiqəti, əbədi və daimi olaraq həmişə möcüzə ünvanın daşıyır

  Müshəf haqda hədislərdən bəzilərində var ki: «لَيسَ فِيهِ شَيءٌ مِنَ القُرآن» (Qurandan heç bir şey Müshəfdə yoxdur) yaxud ola bilsin «لَيسَ فِيه شَيءٌ مِنَ الحَلالِ وَ الحَرامِ» (Halal və haramlardan bir şey onda yoxdur).

  Peyğəmbərin (s) müsibəti bu uca məqamlı xanıma o qədər çətin idi ki, onun bütüm dözümünü bitirdi və özünün çox vaxtını ağlamaqla keçirirdi. Baxmayaraq, Həzrətin (s.ə) ağlamağı ona olunan zülmlər, əziyyətlər həmçinin insaniyyət, ağıldan və imandan çox-çox uzaq olan təzyiqlərə görə olmasına Peyğəmbəri (s) vəfatının qəmi az qəm-qüssə deyil. Hal bu ki, o bütün insanların və peyğəmbərlərin şərəflisi olan bir peyğəmbərdir. Məhz buna görə də, Cəbrail (ə) nazil olar, İslamın gələcəyindən və Peyğəmbərin (s) çəkdiyi zəhməti müqabilində gələcəkdə çox yaxşı nəticə verəcəyindən xəbər çatdırmaqla o Həzrətə (s.ə) təsəlli verərdi. Həzrət Zəhra (s.ə) da, onları əmirəl-möminin imam Əliyə (ə) deyər o da, bu xəbərləri yazardı.

  Həzrət Zəhranın (s.ə) “Müshəfi”, baxmayaraq vəhy ünvanı, Quran möcüzəsi yoxdur amma kiçik bir məsələ deyil. Onda keçmişdə və gələcəkdə  xəbərləri, özünə yer alıb. Bunun özü də, olduqca çox mühüm məsələdir və özündən əvvəl və sonra bu şəkildə öz həqiqətini tapmayan bir işdir.

  Bizim nəzərimizcə “Fatimə (s.ə) bizim höccətimizdir” kəlməsində Müshəf məsələsinin fövqündə duran bir məna vardır. Gərək həqiqət və bəsirət əhli bu məsələni çox araşdırsın və bu mətləbin mahiyyətinə çatsınlar.   Allahın bu xanıma Qiyamət günü həddən artıq ehtiram və kərəm etməsi haqqında hədislərimiz var. Müstədrəkin Səfinətul-bəhar kitabında çox gözəl bir hədis gəlib ki, Salman Peyğəmbərin (s) xidmətinə yetişdi və başqalarının yanında Peyğəmbərin (s) ayaqlarına düşdü və onun ayaqlarını öpdü. Peyğəmbər (s) çox narahat oldu və Salmana etiraz edərək buyurdu:  Niyə əcəmlərin və farsların öz şahları ilə etdiyini mənimlə edirsən? Mən Allahın bir bəndəsiyəm və camaat kimi yaşayıram. Salman, Peyğəmbəri (s) sevindirmək üçün nə edəcəyini fikirləşdi. O, gördü ki, Peyğəmbər (s) çox narahatdır, dərhal ərz etdi: Ey Allahın rəsulu! Mənə qiyamət günü Fatimə (s.ə) üçün olan dərəcələrdən xəbər ver! Hədis buyurur ki, Peyğəmbər (s) Fatimənin (ə) adını eşidən kimi, şad oldu və buyurdu: Qiyamət günü sağ tərəfində Cəbrail (ə), sol tərəfində Mikail (ə), önündə Əli (ə), arxasında Həsən (ə) və Hüseyn (ə) özü də, dəvəyə minib hərəkət edən yeganə şəxs Fatimədir (s.ə) (Hədisdə var ki, səhabələr Peyğəmbəri (s.ə) narahat görəndə və onu şad etmək üçün heç bir yol tapmayanda bir bəhanə ilə həzrət Zəhranın (s.ə) mübarək adını dilə gətirərdilər).

  Görün məhşər səhrasında hamının çətinlikdə olduğu vaxt Allah həzrət Fatimə (s.ə) üçün necə məqam qərar verib.

  Bu gözəl hədisə diqqət din: Allah tərəfindən nida gəldiyi zaman hamıya əmr edəcək: «مَعاشِرَ الخَلائِق غَضُّوا أَبصارَكُم وَ نَكِسُوا رُؤُوسَكُم، هذِهِ فاطِمَة بِنتَ مُحَمَّد نَبيِّكُم» Gözünüzü yumun, başınızı aşağı salın! Bu peyğəmbəriniz Məhəmmədin (s) qızı Fatimədir (s.ə)”.  Həzrət (s.ə) siratdan keçərək cənnətə daxil olacaq və görəcək ki, Allah ona hansı dərəcələri veribdir. Həzrət (s.ə) cənnətə daxil olanda bu ayəni oxuyacaq:        « بِسمِ اللهِ الرَّحمنِ الرَّحيم اَلحَمدُ لِلّهِ الَّذی أَذهَبَ عَنَّا الحُزنَ...»   Bismillahir-Rəhmanir-Rəhim. Hüzn və qəm-qüssənin sona çatdıran Allaha şükür olsun ... . İstəyirəm bu hədisdə bu mətləbə daha çox işarə edəm və bu hədisdə mühüm nöqtə budur ki, Allah Fatiməyə (s.ə) buyurar: Məndən istə. Nə istəsən sənə verəcəyəm. Görün bu necə dərəcədir ki, Allah onunla bu cür danışır. Bu həqiqətin əzəmətini də, həzrət Zəhranın (s) Allaha cavabında görmək lazımdır. Çünki insanın cəmiyyətdə olan dəyəri budur ki, özündən qabaq başqalarını fikirləşsin, öz sağlığından öncə camaatın salamatlığını düşünsün, cəmiyyətin inkişafını düşünsün. Bizim cəmiyyətdə dəyəri olan məsul cəmiyyəti irəliyə doğru aparan məsuldur. Həzrət Zəhra (s.ə) Allaha ərz edəcək: «إلهي أَنتَ المُني وَ فوقَ المُني، أَسئَلُك أَن لا تُعذِّب مُحِبّي وَ مُحِبّ عِترَتـى بِالنّارِ»  İlahi məni və övladlarımı sevənlərə cəhənnəm əzabı vermə. Görün bu xanımın bütün vücudunu hansı fikir əhatə edib?

  Beləliklə Allah da, onun cavabını qəbul edəcək və hətta and içəcək ki, səni və övladlarını sevənləri heç vaxt əzab vermərəm. Həzrət Zəhra (s.ə) bu cürdür. Onu tanımaq olduqca çətindir. Bu cümləni də, deyim söhbətimi sona çatdırım. Çünki çox mühüm məsələdir. Bu gün biz hamımız, kişilərimiz, qadınlarımız, cavanlarımız o Həzrəti (s.ə) tanımağa ehtiyacımız var və bilməliyik ki, Qiyamət günü o ali dərəcəni tapmasına, Həzrətin (s.ə) hansı xüsusiyyətləri səbəb olub.    Məgər Allah onu yaratmaqla və əvvəldən də, bu cür qərar verməklə onu camaata tanıtdırmaq istəmirdimi, yoxsa bu dərəcələr o Həzrətə (s.ə) olduğu üçün idi? İnsan onun ibadətini, yaşayışını, Allahdan qorxusunu görəndə təəccüblənir.

  Şübhəsiz ki, Cəhənnəm onların hamısına vəd olunmuş (onları gözləyən) yerdir!.
(Cəhənnəmin) yeddi qapısı (təbəqəsi) var. Hər qapıdan müəyyən bir dəstə girər.
(bunun özündə də, çoxlu əxlaqi və tərbiyəvi nöqtələr vardır ki, günahkarlardan hərəsi özünə xas olduğu qapılardan ora daxil olacaq) (Hicr/43, 44) ayəsi nazil olanda Peyğəmbər (s) elə şiddətlə ağladı ki, yanında olan səhabələr də, ağlamağa başladı və məclis hüzn məclisinə çevrildi. Bu vaxt Peyğəmbərin (s) hüzurunda danışmağa heç kim cürət etmirdi.

  Salman yaxud səhabələrdən biri dərhal həzrət Zəhranın (s.ə) yanına gəldi və gördü ki, xanım evdə un üyüdərək bu ayəni oxuyur: ... Allah yanında olan (nemətlər) isə daha yaxşı və daha baqidir (əbədidir) (Hicr/60). Salman Həzrətə (s.ə) salam verdi və Peyğəmbərin (s) ağlamaq məsələsini ona danışdı. Rəvayətdə var ki, Həzrət (s.ə) çoxlu yamağı olan bir parça ilə Peyğəmbərin (s) xidmətinə yetişdi. Salman orda dedi: Sultan və padşahların qızı hansı vəziyyətdə gəlir, Allahın mürsəl peyğəmbərlərinin sonuncusunun qızı hansı vəziyyətdə? (bunlar mühüm nöqtələrdir ki, başqa vaxtlarda gərək onlara işarə edək). Fatimə (s.ə) gəldi və atasına ərz etdi: « فَدَتك نَفسـى يا أبَة مَا الَّذى أبكاك» canım sənə fəda olsun atacan ağlamağına səbəb nədir? (bu cür müraciət həzrət Zəhranın (s.ə) atasına nə dərəcədə bağlı olduğundan xəbər verir). Peyğəmbər (s) buyurdu: Cəbrail (ə) nazil oldu və bu iki ayəni (Hicr/43, 44) oxudu (Peyğəmbər (s) bu iki ayəni həzrət Zəhra (s.ə) üçün oxudu). Xanım (s.ə) üzü üstə yerə yıxıldı. (Amma biz bu ayəni nə qədər oxumuşuq və onun üstündən ötəri keçmişik. Nə qədər cəhənnəm sözü qulağımıza dəysə də, bizə təsir etməyib). İstəyirəm bunu deyəm ki, görün Fatimənin (s.ə) dərəcəsi Peyğəmbərin (s) dərəcəsinə yaxın olmalıdır ki, cəhənnəmin əzəmətini və Allahın əzabını elə dərk edir ki, üzü üstə yerə yıxılır. «وَ هيَ تَقوُل اَلوَيل ثُمَّ الوَيل لِمَن دَخَل النّار»  və belə deyir: vay olsun yenə vay olsun cəhənnəmə daxil olana. Yəni camaat! Cəhənnəmi kiçik bir iş sanmayın, Allahın rəhmətinin kənarında Onun əzabını da, nəzərə alın. Elə düşünməyin Allahın əzabı adi bir əzabdır sadəcə bir az dünya əzabından şiddətlidir.

  Mən ona görə bu hədisə işarə etdim ki, həqiqətən də, görün ki, Quranın bir ayəsi Peyğəmbərin (s) əzəmətli vücudunu dəyişir. Hal bu ki, heç kim Peyğəmbər (s) kimi bu cür əzəmətə malik deyil. Lakin bununla belə görürük ki, Peyğəmbər (s) Fatimənin (s.ə) də, halı dəyişir. Bu hal o Həzrətin (s.ə) olduqca böyük məqamından xəbər verir.

 Biz Fatimədən (s.ə) Allah qorxusunu öyrənməliyik. Necə ki, o qədər ibadət halında durardı amma ibadətdən yorulmazdı. Məgər biz elə düşünürük ki, Allahın həzrət Fatimə (s.ə) üçün qiyamət günü qərar verdiyi məqamı yalnız fəzilətli bir məqamdırmı? Xeyir, Fatimə (s.ə) ibadətdə bu cürdür, Allah: Şübhəsiz ki, Cəhənnəm onların hamısına vəd olunmuş (onları gözləyən) yerdir!. (Cəhənnəmin) yeddi qapısı (təbəqəsi) var – buyurduqda, üzü üstə yerə yıxılır. İbadətdə o qədər Allahdan qorxusu vardır ki, Allah onun vücuduna görə mələklərin yanında fəxr edirdi. Biz həzrət Zəhranı (s.ə) yenidən tanımalı və sorağına getməliyik.

«عَلي مَعرِفَتِها دارَتِ القُرُونِ الاولي» yəni Fatiməni (s.ə) tanımadan insan dünyada azğındır. Fatiməni (s.ə) tanımadan insan pənahsızdır. Onu tanımadan Allaha çatmaq olmaz. Fatimə (s.ə) həzrət Peyğəmbərin (s) qızı, əmirəl-möminin həzrət Əlinin (ə) həyat yoldaşıdır. Bu xüsusiyyətlərlə yanaşı biz onu mütləq tanımalıyıq. Ümidvarıq ki, məhşərdə, Allahın böyük şəfaətçisi olan o Həzrətin (s.ə) şəfaəti bizim və o Həzrəti (s.ə) sevənlərin halına olsun. İnşallah!

Allahın salamı, rəhməti və bərəkəti olsun sizə.

 

Etiketlər :