درس بعد

İnqilab və hövzə məsələlərinə dərin elmi diqqətin zəruriyyəti.

درس قبل

İnqilab və hövzə məsələlərinə dərin elmi diqqətin zəruriyyəti.

درس بعد

درس قبل

موضوع: ƏXLAQ DƏRSLƏRİ


تاریخ جلسه : 1391/4/13


شماره جلسه : ۳

PDF درس صوت درس
چکیده درس
  • Allaha həmd olsun ki, inqilabın böyük rəhbərinin Quma gəlişi ərəfəsidir. Bununla əlaqədar hər tələbə və ümumiyyətlə hər kəs elmi hövzədədirsə bizim hövzənin həssas bir şəraitdə olmasına çox diqqətli olmalıdır. Bu hövzəmizdə inqilabın bərəkəti ilə çox yaxşı tutumlu şəxsiyyətlər meydana gəlib. Allaha şükür inkişaf sahələri yarandı.

دیگر جلسات



Bismillahir-Rəhmanir-Rəhim

 

İnqilab və hövzə məsələlərinə dərin elmi diqqətin zəruriyyəti.

 

Allaha həmd olsun ki, inqilabın böyük rəhbərinin Quma gəlişi ərəfəsidir. Bununla əlaqədar hər tələbə və ümumiyyətlə hər kəs elmi hövzədədirsə bizim hövzənin həssas bir şəraitdə olmasına çox diqqətli olmalıdır. Bu hövzəmizdə inqilabın bərəkəti ilə çox yaxşı tutumlu şəxsiyyətlər meydana gəlib. Allaha şükür inkişaf sahələri yarandı. Lakin digər tərəfdən hövzədə zəiflik, nöqsanlar, nigarançılıqlar və bütün yönlərdən narahatçılıqlar da, var. Əgər bu gün kimsə hövzə məsullarından soruşsa görəcək ki, məsulların hövzənin elmi məsələlərində böyük narahatçılıqları vardır. Hövzəmiz inqilabdan otuz il keçməsindən sonra müxtəlif sahələrdə cəmiyyətə çoxlu şəxsiyyət təhvil verməli idi. İndi hövzəmizdə yüzlərlə birinci dərəcəli təfsirçi, olmalıdır. Yüzlərlə mübariz və günün məsələləri ilə tanış olan, halal məsələləri, müasir məsələlərə cavab verə bilən ekspertimiz olmalıdır. Yüzlərlə filosofumuz olmalıdır lakin təəssüflər olsun ki, bu arzumuz yerinə yetməyib və bu mətləbi etiraf etməliyik ki, elmi, siyasi, nigarançılıqlar var. Ölkəmizdən qıraqda olan bəziləri bu fikirdədir ki, Qum elmi hövzəsini bir müddətdən sonra söndürsünlər. Ölkəmizin daxilində də elələri var ki, hövzədən öz məqsədləri üçün istifadə etmək istəyirlər. Xülasə budur ki, hövzə bir tərəfdən tələbə və alimlərin inkişafı üçün çox münasib şəraiti var digər tərəfdən də, qeyd etdiyimiz nigarançılıqları var.

 

 

İnqilabın böyük rəhbəri, hövzənin və inqilabın gələcəyinə ən çox can yandıran və ən çox məlumatı olan şəxsdir.

 

Bunu heç də şişirtmədən və heç bir mübaliğəyə yol vermədən deyirəm və bu mənim şəxsi əqidəmdir. Bu şəraitdə hövzə məsələlərinə qarşı ən çox məlumatı olan, hövzəyə canyandıranlar sırasında birinci yerdə duran və hövzənin gələcəyi üçün düşüncə, plan, səbir və aydın layihələr dalınca olan şəxs inqilabın böyük rəhbəridir. İnşallah gərək bu səfərində (yəni Qum şəhərinə gəlişi səfəri - mütərcim:) bu məsələlər bəyan olunsun. Həqiqətən də hövzənin müsbət cəhətləri problemlər həmişə onun tərəfindən təyin edilmiş qrupların vasitəsi ilə həll olduğu kimi gərək yenə də tədqiq olunsun və gücləndirilsin. Böyüklərin, mərcəyi-təqlidlərin iztirabları, ustad və müəllimlərin iztirabları gərək bunların hamısı müzakirə olunsun. İnşallah bu səfərdə hövzə inkişaf edərək gələcək üçün ümid və birləşmə nöqtəsi olacaq. Ümidvarıq ki, rəhbərimizin öncəki səfərləri kimi bu səfəri də, Qum şəhəri, onun camaatı və elmiyə hövzə üçün çoxlu xeyir-bərəkət gətirəcək.

İnşallah alim, müəllim və tələbələr də, xatirələrdə qalan və unudulmayan formada inqilabın böyük rəhbərinin Quma gəlişi ərəfəsində iştirak etsinlər. Növbəti iclasa qədər inşallah.

 

 

Etiketlər :


نظری ثبت نشده است .