Əllamə Hillinin (r.ə) oğlu Fəxrul Muhəqqiqinə (r.ə) vəsiyyəti

درس قبل

Əllamə Hillinin (r.ə) oğlu Fəxrul Muhəqqiqinə (r.ə) vəsiyyəti

درس قبل

موضوع: ƏXLAQ DƏRSLƏRİ


تاریخ جلسه : 1391/4/13


شماره جلسه : ۵

PDF درس صوت درس
چکیده درس
  • Əllamə Hillinin Qəvaid kitabının sonunda oğlu Fəxrul Muhəqqiqinə olan vəsiyyətini ərz edirəm ki, o vəsiyyətdə buyurur: indiki yaşım əlliyə çatıb və altmış yaşa daxil olmuşam özümə lazım bilirəm ki, vəsiyyət yazım.

دیگر جلسات



Bismillahir-Rəhmanir-Rəhim

 

Əllamə Hillinin (r.ə) oğlu Fəxrul Muhəqqiqinə (r.ə) vəsiyyəti

 

Əllamə Hillinin Qəvaid kitabının sonunda oğlu Fəxrul Muhəqqiqinə olan vəsiyyətini ərz edirəm ki, o vəsiyyətdə buyurur: indiki yaşım əlliyə çatıb və altmış yaşa daxil olmuşam özümə lazım bilirəm ki, vəsiyyət yazım.

Əllamə Hilli orada olduqca yaxşı nöqtələr qeyd edib ki, onlardan birində belə buyurur: Fəxrul Muhəqqiqin cənablarına sifariş edir ki, alimlərlə yoldaşlıq et və bir yerdə ol. Bu, kamilliyə çatmaq üçün tam bir hazırlıq yaradır.

Elmi hövzələrin qədim sünnəti: böyüklərdən mənəvi və elmi faydalanmaq

Bu qədim hövzələrin cəhətlərindən biri idi ki, cavan tələbələr çox vaxt böyüklərin və alimlərin yanına gedər, onlardan mənəvi və elmi cəhətdən faydalanardı. İndi bir qədər, əlbəttə təəssüflər olsun bir qədərdən çox bu (yəni alimlərdən istifadə etmək) solğun olub və bizim hövzələrdə yoxdur. Həqiqi elmi və mənəvi kamilliyə çatan böyüklərimizin həyatını təhqiq edəndə mühüm cəhətlərdən birinin bu məsələ olduğunu görürük. Elə şəxslər var idi elmi cəhətdən güclü idi amma alimlərlə yoldaşlıq və onlarla elmi mübahisələr edərək onlardan faydalanardılar. Nəzərə çarpır ki, gərək hər tələbə böyük bir şəxsi nəzərdə tutub onun yanına getsin və ondan faydalansın. Qədimdə tələbə ilə böyüklər və ustadlar arasında güclü əlaqə var idi. Amma indi bu əlaqə azalaraq başqa bir şəklə düşüb və tələbələrin öz arasında əlaqə çoxalıb ki, bu da problemlərin öz aralarında bəyan etməsinə səbəb olur. Amma özünü gözəlləşdirən və elmi cəhətdən həqiqətən güclü olan insanlarla get-gəl etməyin çoxlu faydaları vardır ki, gərək həyatınızda buna diqqət edəsiniz. Əgər ondan qafil olsanız bərəkətlərindən və təsirlərindən məhrum olarsınız.         

Etiketlər :


نظری ثبت نشده است .