Ərəfə günü
25 November 2024
08:39
۵۲۱
Xəbərin xülasəsi :
-
Həzrət Fatiməi-Zəhranın (əleyhasəlam) şəhadəti
-
Həzrət Zeynəbi-Kubra əleyhasəlamın təvəllüdü
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) qısa ziyarətnaməsi
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) vəfatı
-
Həzrət imam Həsən Əsgərinin (əleyhissəlam) təvəllüdü
-
Həzrət Ayətullah Fazel Lənkəraninin əhli-sünnə cümə və camaat imamları ilə toplantısında verdiyi açıqlamalar
Həzrət imam Sadiq əleyhissəlam buyurur:
الإمامُ الصّادقُ عليه السلام : مَن لَم يُغفَرْ لَهُ في شهرِ رمضانَ لَم يُغفَرْ لَهُ إلى مِثلِهِ مِن قابِلٍ إلاّ أن يَشهَدَ عَرَفَةَ
“Hər kəs Ramazan ayında bağışlanmasa, gələn ilin həmin vaxtına qədər bağışlanmaz, məgər Ərəfədə hazır olsun (və bağışlanmasın diləsin).”[1]1. Qüsl.
2. İmam Hüseynin (əleyhissəlam) ziyarəti ki, bu ziyarətin savabı min həcc, min ümrə və min cihada bərabərdir və daha üstündür.
4. İmam Hüseynin (əleyhissəlam) Ərəfə duasını oxumaq. (Mənbə: Məfatihul-cinan)
5. Ümmü Davud duasını oxumaq. (Mənbə: Məfatihul-cinan)
6. Ərəfə günü oruc tutmaq. Əlbəttə bu oruc tutmaq insanı zəiflədərək Ərəfə duasını oxumaqdan məhrum edərsə, oruc tutmaq lazım deyil.
7. Dörd rəkət namaz qılmaq və hər rəkətdə "Həmd" surəsindən sonra 50 dəfə "İxlas" surəsini oxumaq.
8. İmam Sadiqin (əleyhissəlam) Ərəfə günü oxuduğu xüsusi salavatı oxumaq ki, qəlblərə şadlıq və təravət gətirir və həmçinin Əhli-Beyti (əleyhimussəlam) də şad edir. (Mənbə: Məfatihul-cinan)9. Aşağıdakı duanı oxumaq:
"Ya mən huvə əqrəbu iləyyə min həblil-vərid. Ya fəallən lima yürid. Ya mən yəhulu bəynəl-mər`i və qəlbihi. Ya mən huvə bil-mənzəril-ə`la. Ya mən ləysə kəmislihi şəy. Və huvəs-səmiul-bəsir. Əsəlukə ən tusəlliyə əla Muhəmmədin və ali Muhəmməd".
Duadan sonra hacət və istəklərini hacətlər qapısından istəmək.10. Ərəfə gününün sonunda bu duanı oxumaq:
"Ya Rəbbi, innə zunubi la təzurrukə və innə məğfirətəkə li la tənqusukə, fə əətini ma la yənqusukə, vəğfirli ma la yəzurrukə".
"Əllahummə la təhrimni xəyrə ma indəkə lişərri ma indi. Fə in əntə ləm tərhəmni bi təəbi və nəsəbi, fəla təhrimni əcrəl-musabi əla musibətihi".