Ərəfə günü

26 April 2024

21:14

۴۷۶

Xəbərin xülasəsi :
Həzrət imam Sadiq əleyhissəlam buyurur: Hər kəs Ramazan ayında bağışlanmasa, gələn ilin həmin vaxtına qədər bağışlanmaz, məgər Ərəfədə hazır olsun (və bağışlanmasın diləsin)
آخرین رویداد ها
Bismillahir-Rahmənir-Rahim
Ərəfə günü
Ərəfə günü ilin məşhur və fəzilətli günlərindən biridir ki, İlahi məğfirət və bərəkətdən bəhrələnmək və günahların bağışlanması üçün münasib bir fürsətdir.
Hədisdə belə deyilir ki, bir dəfə İmam Zeynul-Abidin (əleyhissəlam) Ərəfə günü bir dilənçinin insanlardan kömək dilədiyini gördü. Bu zaman o dilənçiyə dedi: "Vay olsun sənə! Belə bir gündə Allahdan başqasından kömək diləyirsən? Halbuki bu gün ana bətnində olan uşaqlar da Allahın lütfündən faydalanıb xoşbəxt doğulacaqlar və xoşbəxt olacaqlar".

Həzrət imam Sadiq əleyhissəlam buyurur: 

الإمامُ الصّادقُ عليه السلام : مَن لَم يُغفَرْ لَهُ في شهرِ رمضانَ لَم يُغفَرْ لَهُ إلى مِثلِهِ مِن قابِلٍ إلاّ أن يَشهَدَ عَرَفَةَ

“Hər kəs Ramazan ayında bağışlanmasa, gələn ilin həmin vaxtına qədər bağışlanmaz, məgər Ərəfədə hazır olsun (və bağışlanmasın diləsin).”[1]

Ərəfə günü üçün tövsiyə edilmiş əməllər:

1. Qüsl.

2. İmam Hüseynin (əleyhissəlam) ziyarəti ki, bu ziyarətin savabı min həcc, min ümrə və min cihada bərabərdir və daha üstündür.

3. İki rəkət namaz qılmaq: Əsr namazından sonra Ərəfə duası oxunmamışdan öncə açıq havada iki rəkət namaz qılmaq – (birinci rəkətdə "Həmd" (Fatihə) və "İxlas" (Tövhid) surələrini oxumaq və ikinci rəkətdə "Həmd" və "Qul ya əyyuhəl kafirun" surələrini oxumaq), Allah qarşısında öz günahlarına etiraf edib, bağışlanmaq diləmək. Bu iki rəkət namazın savabı Ərəfat çölündə ibadət edənlərin savabı qədərdir.

4. İmam Hüseynin (əleyhissəlam) Ərəfə duasını oxumaq. (Mənbə: Məfatihul-cinan) 

5. Ümmü Davud duasını oxumaq. (Mənbə: Məfatihul-cinan)

6. Ərəfə günü oruc tutmaq. Əlbəttə bu oruc tutmaq insanı zəiflədərək Ərəfə duasını oxumaqdan məhrum edərsə, oruc tutmaq lazım deyil.

7. Dörd rəkət namaz qılmaq və hər rəkətdə "Həmd" surəsindən sonra 50 dəfə "İxlas" surəsini oxumaq.

8. İmam Sadiqin (əleyhissəlam) Ərəfə günü oxuduğu xüsusi salavatı oxumaq ki, qəlblərə şadlıq və təravət gətirir və həmçinin Əhli-Beyti (əleyhimussəlam) də şad edir. (Mənbə: Məfatihul-cinan)

9. Aşağıdakı duanı oxumaq:

يَا مَنْ هُوَ أَقْرَبُ إِلَيَّ مِنْ حَبْلِ الْوَرِيدِ يَا فَعَّالًا لِما يُرِيدُ يَا مَنْ يَحُولُ بَيْنَ الْمَرْءِ وَ قَلْبِهِ يَا مَنْ هُوَ بِالْمَنْظَرِ الْأَعْلَى يَا مَنْ لَيْسَ كَمِثْلِهِ شَيْ‏ءٌ وَ هُوَ السَّمیعُ الْبَصیرُ اَسْئَلُک اَنْ تُصَلِّىَ عَلى مُحَمَّدٍ وَ الِ مُحَمَّدٍ

"Ya mən huvə əqrəbu iləyyə min həblil-vərid. Ya fəallən lima yürid. Ya mən yəhulu bəynəl-mər`i və qəlbihi. Ya mən huvə bil-mənzəril-ə`la. Ya mən ləysə kəmislihi şəy. Və huvəs-səmiul-bəsir. Əsəlukə ən tusəlliyə əla Muhəmmədin və ali Muhəmməd".

Duadan sonra hacət və istəklərini hacətlər qapısından istəmək.

10. Ərəfə gününün sonunda bu duanı oxumaq:

يَا رَبِ‏ إِنَ‏ ذُنُوبِي‏ لَا تَضُرُّكَ‏ وَ إِنَّ مَغْفِرَتَكَ لِي لَا تَنْقُصُكَ فَأَعْطِنِي مَا لَا يَنْقُصُكَ وَ اغْفِرْ لِي مَا لَا يَضُرُّك.

"Ya Rəbbi, innə zunubi la təzurrukə və innə məğfirətəkə li la tənqusukə, fə əətini ma la yənqusukə, vəğfirli ma la yəzurrukə".

"İlahi, mənim günahlarımın Sənə zərəri yoxdur və Sənin məni bağışlamağın Səndən nə isə azaltmır. İlahi, belə isə, Səndən azalmayandan (məğfirətindən) mənə əta et və Sənə zərəri olmayanı (günahlarımı) mənə bağışla". 
اللَّهُمَّ لا تَحْرِمْنِي خَيْرَ ما عِنْدَكَ‏ لِشَرِّ ما عِنْدِي‏، فَانْ أَنْتَ لَمْ تَرْحَمْنِي بِتَعَبِي‏ وَ نَصَبِي، فَلا تَحْرِمْنِي أَجْرَ الْمُصابِ عَلى‏ مُصِيبَتِهِ‏

"Əllahummə la təhrimni xəyrə ma indəkə lişərri ma indi. Fə in əntə ləm tərhəmni bi təəbi və nəsəbi, fəla təhrimni əcrəl-musabi əla musibətihi".

"İlahi, mənim pis və şər əməllərimə görə Öz xeyirindən məni məhrum etmə. Əgər mənim zəhmətim və yorğunluğuma görə mənə rəhm etməyəcəksənsə, müsibət görəni mükafatlandırdığın savabdan məhrum etmə".[2]

Mənbə: 
1-Vəsailuş-şiə, cild-7, səh. 219, hədis-3
2-Məfatihul-cinan, Ərəfə gününün əməlləri


Etiketlər :

Ərəfə günü üçün tövsiyə edilmiş əməllər