Təthir ayəsinin təfsiri
24 November 2024
11:53
۲۵۴
Xəbərin xülasəsi :
-
Həzrət Fatiməi-Zəhranın (əleyhasəlam) şəhadəti
-
Həzrət Zeynəbi-Kubra əleyhasəlamın təvəllüdü
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) qısa ziyarətnaməsi
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) vəfatı
-
Həzrət imam Həsən Əsgərinin (əleyhissəlam) təvəllüdü
-
Həzrət Ayətullah Fazel Lənkəraninin əhli-sünnə cümə və camaat imamları ilə toplantısında verdiyi açıqlamalar
Bismilləhir-Rahmənir-Rahim
Həzrət Ayətullah Uzma Fazil Lənkəraninin (Allah ruhunu şad etsin) “Təthir” ayəsinin təfsiri adlı dəyərli kitabından
(ardı)
BİRİNCİ MƏSƏLƏ BARƏSİNDƏ TƏHQİQ
Şübhəsiz, sözügedən ayələr Mədinədə nazil olmuşdur. Çünki, mübarək "Əhzab" surəsinin bütün ayələri mədənidir. Xüsusilə bunu nəzərə alaq ki, Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) -in zövcələri barəsində nazil olan ayələr Həzrətin onlarla izdivac etməsindən sonra nazil edilmişdir.
Deməli, bu ayə Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) -in bərəkətli ömrünün axırlarında nazil olub. Bu zaman o Həzrətin bir neçə zövcəsi var idi və əsas etibarı ilə onların hamısı, yaxud əksəriyyəti həmin halda qalmışdılar. Həzrətin vəfatından sonra özlərinə "Ümmül-möminin" (möminlərin anası) ləqəbini alıb, böyük iftixar sahibi oldular.
Bu ayələr mühüm bir işlə əlaqədar Peyğəmbərin zövcələrinə xitab edərək onlara faydalı nəsihətlər verir. Çünki o Həzrətin vəfatından sonra onun zövcələri İslamın gələcəyində mühüm fəaliyyət göstərə bilər və "Ümmül-möminin" ləqəbindən sui-istifadə edərək təxribatçı ünsürlərin təsirinə məruz qalar, həqiqətdən agah olmayan avam müsəlman kütlələrini İslamın haqq yolundan azdırıb, onları İslam və müsəlmanların zərərinə tamam olan hansısa bir yola vadar edə bilərdilər. Məhz buna görə də Qurani-Kərim onlara öyüd-nəsihət verərək xatırladır ki, gələcəkdə öz vəzifələrinə düzgün şəkildə əməl etsinlər, İslamın zərərinə tamamlanan, müsəlmanların həqiqi rəhbərlərinin çətinliklərlə qarşılaşmasına və İslam ümmətinin parçalanmasına səbəb olan bir iş görməsinlər.
Birinci ayədə Allah-Taala Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) -in zövcələrinə xitab edərək belə buyurur:
"Ey Peyğəmbər, öz zövcələrinə de ki, əgər dünya həyatı və onun zinətini istəyib ona məftun olsanız, qadınlara xas olan həvəslərə düçar olsanız, bilin ki, bu cür düşüncələr və maddi həyata qapılmaq Allahın Rəsulunun şəninə layiq deyil və çox keçməz ki, o Həzrətin zövcəsi olmaq iftixarından məhrum olarsınız belə olan halda gəlin sizi bəhrələndirib təlaq verim"gözəl bir təlaq ilə."[1]
İkinci ayədə buyurulur ki, əgər Peyğəmbərin hədəfinə diqqət yetirsələr, (hansı ki, o Həzrətin bütün niyyət və diqqəti Allaha yönəlmişdi) bu iftixarlı üslubun və o Həzrətlə birgə həyat sürməyin ən böyük mükafatlarına çatarlar.
Üçüncü ayədə isə onların həssas mövqeyi, məqam və rəftarları barəsində buyurulur: "Güman etməsinlər ki, aşkar günahlara batsalar, yaramaz işlər görsələr adi camaat kimi sadəcə bəyənilməz işlər görmüşlər. Əksinə, Peyğəmbərin zövcələri olduqlarına görə, bu işlər çox həssas və ağır cəzanı gərəkli edir."[2]
Buradan iki əsas və mühüm nəticə alınır:
(ardını izləyin)