XƏBƏRLƏR ARXİVİ
23 February 2026
21:01
1068
Ramazan ayının on altıncı gününün duası
İlahi, bu gün məni yaxşı adamlarla dostluq etməyə müvəffəq et. Bu gün məni pis insanlardan uzaqlaşdır. Öz rəhmətinlə məni əbədi məkan olan behiştində məskunlaşdır. Sənə allahlığını and verirəm, ey aləmlərin Rəbbi!
23 February 2026
21:01
1171
Ramazan ayının on beşinci gününün duası
İlahi, bu gün mənə Sənə həqiqi baş əyənlərin itaətini nəsib et. Sənə yaxşı bəndələr kimi tövbə etməklə qəlbimi genişləndir. Ey qorxanlara aman verən!
23 February 2026
21:01
1131
Həzrət İmam Həsən Müctəbanın (əleyhissəlam) təvəllüdü
Hicri qəməri 1440-cı il Ramazan ayının 15-i, miladi 2019-cu il may ayının 21-i həzrət İmam Həsən Muctəba əleyhissəlamın təvəllüd günüdür
23 February 2026
21:01
1117
Ramazan ayının on dördüncü gününün duası
İlahi, bu gün məni azğınlıqlarıma görə məzəmmət etmə. Bur gün xəta və günahlarıma göz yum. Öz qüdrətinlə məni bəlalara hədəf tutma. Ey müsəlmanların izzəti!
23 February 2026
21:01
1109
Ramazan ayının on üçüncü gününün duası
İlahi, bu gün məni çirkin əməl və pis işlərdən pak et. Bu gün qarşımıza çıxan hər bir asan və ya çətin işə qarşı səbir və dözüm ver. Məni təqvalı və yaxşı insanlarla yoldaşlıq etməyə müvəffəq et. Ey yoxsulların gözünün işığı!
23 February 2026
21:01
1071
Ramazan ayının on ikinci gününün duası
İlahi, bu gün məni günahlardan qorunmaq və iffətli olmaqla zinətləndir. Mənə qənaət və kifayət libasını geyindir. Məni bur gün ədalət və insafla yaşamaqda müvəffəq et. Məni qorxduğum işlərdən amanda saxla. Ey qorxanların gözətçisi!
23 February 2026
21:01
1065
Ramazan ayının gecələrinin müştərək əməlləri
İlahi, ey Ramazan ayının Rəbbi! Bu ayda Quranı nazil və oruc tutmağı bəndələrinə vacib etmisən. Peyğəmbər və onun Əhli-beytinə (əleyhimussəlam) salam və rəhmət göndər, bu il və hər ildə öz evinin ziyarətini mənə nəsib et və mənim o böyük günahlarımı bağışla. Çünki həmin günahları Səndən başqası bağışlaya bilməz, ey bağışlayan və xəbərdar Allah!
23 February 2026
21:01
1093
Ramazan ayının on birinci gününün duası
İlahi, bu gün məni yaxşı əməllərə rəğbətləndir, məndə günah və əxlaqsızlığa qarşı nifrət oyat, mənə qəzəb və cəhənnəm atəşini haram et! Ey pənahsızların ən ulu pənahı!
پربازدیدترین خبرها
23 February 2026
21:01
۱۳,۷۵۶
23 February 2026
21:01
۱۲,۳۳۳
23 February 2026
21:01
۱۰,۸۰۶
23 February 2026
21:01
۷,۸۵۲
23 February 2026
21:01
۷,۶۴۰
23 February 2026
21:01
۷,۱۱۵