Əmirəl-möminin Əli ibn Əbi Talib əleyhissəlam

14 December 2024

19:31

۸۷۴

Xəbərin xülasəsi :
Həzrət Ayətullah Muhəmmədcavad Fazil Lənkəraninin (Allah ömrünü uzun etsin) həzrət Əmirəl-möminin Əli ibn Əbi Talib əleyhissəlamın məqam və şəxsiyyəti haqda bəyan etdiyi söhbətin bir hissəsi
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim


Həzrət Ayətullah Muhəmmədcavad Fazil Lənkəraninin (Allah ömrünü uzun etsin) həzrət Əmirəl-möminin Əli ibn Əbi Talib əleyhissəlamın məqam və şəxsiyyəti haqda bəyan etdiyi söhbətin bir hissəsi

Həzrət Əli (əleyhissəlam) imanın meyarı və Quranın həqiqəti

(ardı)

Hədislərdə olan başqa bir heyrətəngiz ünvan budur ki, «عَلِیٌّ مَعَ القُرآن وَ القُرآنُ مَعَ عَلِیٍّ» (Əli Quranladır və Quran Əli ilədir) və bu məsələ ancaq Əmirəl-möminin əleyhissəlama məxsus deyil, həqiqətdə Məsum imamlara (əleyhimussəlam) da şamil olur.

Qədir-Xum vaqiəsi baş verdikdə birinci və ikinci “bəxxun, bəxxun” deyə, Əmirəl-mömininə təbrik dedilər, amma ürəkləri rahatlıq tapmadı. Peyğəmbərdən soruşdular ki, bu vilayət və imamət ancaq Əliyə məxsusdur, ya başqaları da ondan faydalana bilər? Peyğəmbər buyurdu, Allah tərəfindən sizə çatdırdığım bu vilayət Əliyə, ondan sonra Həsənə, ondan sonra Huseynə və ondan da sonra Huseynin doqquz övladına aiddir.

Bu bir çox əhli-sünnə kitablarında nəql olunan və “isna əşər hədisi” kimi tanınmış hədislər qismindəndir. İsna əşər hədisi, yəni biz şiələrin Əmirəl-möminindən həzrət Hüccətə qədər (Allah onun zühurunu tezləşdirsin) etiqadlı olduğumuz on iki imamın adları gələn hədisdir ki, Peyğəmbər bəyan edib və əhli-sünnə də onun mütəvatir olduğunu deyir.

Qədir-Xum günündə həzrət Peyğəmbər (sallallahu əleyhi və alih) Əlinin övladlarının adlarını zikr etdikdən sonra bu cümləni buyurdu: «هُم مَعَ القُرآنِ وَ القُرآنُ مَعَهُم لَن یَفتَرِقَا حَتَّی یَرِدَا عَلَیَّ الحَوضُ» , “bunlar Quranladır, Quran da onlarladır və Qiyamətə qədər bir-birindən ayrılmazlar.”

Məqsədim, diqqəti bu incəliyə cəlb etməkdir ki, “möminin səhifəsinin ünvanı Əli ibn Əbi Talib əleyhissəlama məhəbbətli olması” cəhəti ona görədir ki, Əli və onun pak övladları Quranın həqiqətidirlər və onların Qurandan ayrılmaları mümkün deyil. Belə olan halda, əgər bütün ömrünü Quran oxusan, lakin Əlini qəbul etməsən, faydasızdır. Nə bu kitabın Əlisiz mənası vardır, nə də Əlinin Quransız.

Bunlar gərək birgə olsunlar, çünki birgə məna tapırlar. Nəticədə, bu ikisi insanın imanını kamil edirlər, Quranın həqiqətinin təcəllisi Əlidir.

Bu ki, Peyğəmbər buyurur “Qiyamət günündə möminin namei-əmalının ünvanı Əli ibn Əbi Talib əleyhissəlamın məhəbbətidir”, ona görədir ki, Əli (əleyhissəlam) Quranın həqiqətidir və Qurandan ayrılmazdır; «عَلِيٌّ مَعَ الْقُرْآنِ وَ الْقُرْآنُ مَعَ عَلِي». Ona olan iman Qurana olan imandır, Qurana olan iman Əli ibn Əabi Talibə olan imandır. Demək, bunları bir-birində ayıran insanın imanı düzgün və kamil iman deyil.

Peyğəmbər Əkrəm (sallallahu əleyhi və alih) Əmirəl-möminin əleyhissəlamın məqam və fəzilətləri haqda o qədər çox mətləb buyurubdur ki, hədd-hesabı yoxdur. Bununla belə, buyurur ki, ey Əli sənin barəndə bildiyim bir çox mətləbləri xalqa demirəm, çünki qorxuram camaat Allahın əvəzinə sənə pərəstiş edərlər...


والسلام علیکم و رحمه الله و برکاته


Etiketlər :

Həzrət Əli (əleyhissəlam) imanın meyarı və Quranın həqiqəti