Günün hədisi

17 May 2024

09:33

۱,۴۴۰

Xəbərin xülasəsi :
Allah Rəsulu (sallallahu aleyhi və alih) bir hədisin əsnasında buyurdu: “Hər kəs bir ağac əkərsə Allah bəndələrindən bir nəfər həmin ağacdan istifadə edənə qədər, ağacı əkən şəxs əcr və savaba nail olacaqdır “
آخرین رویداد ها

Bismilləhir Rahmənir-Rahim

Günün hədisi

“Ağac əkmək və savab”

Allah Rəsulu (sallallahu aleyhi və alih) bir hədisin əsnasında buyurdu: “Hər kəs bir ağac əkərsə Allah bəndələrindən  bir nəfər həmin ağacdan  istifadə edənə qədər, ağacı əkən şəxs əcr və savaba nail olacaqdır “.

Mənbə: “Müstədrəkül-vəsail”, c. 13, s. 460. (Setadfatemyheurmia)

Tərcümə: “Fatimiyyeheyati”

Ağac əkməkdən daha halal iş yoxdur

Bir kişi İmam Sadiqdən (əleyhissəlam) soruşdu: “Eşitdiyimə görə əkinçilikməkruhdur” (pislənilir)!? İmam (əleyhissəlam) buyurdu: [Əksinə,] əkinçilik edin, ağac əkin. And olsun Allaha ondan daha halal və daha pak olan bir iş yoxdur!

Mənbə: “Kafi”, c. 5. (Setadfatemyheurmia)

Tərcümə: “Fatimiyyeheyati”

Etiketlər :

Günün hədisi